"Qardaş qələmlər"dən
haqq savaşımıza dəstək
Avrasiya Yazıçılar
Birliyi tərəfindən
çap olunan Türk dünyası ortaq ədəbiyyat jurnalı "Qardaş qələmlər"in oktyabr
sayı "Azərbaycan,
səninləyik" üz
qapağı ilə nəşr olunub.
Jurnalın müəlliflərini Azərbaycanı dəstəkləməyə
çağıran dərginin
redaktorundan yazısında
Cənubi Qafqazda sülh və ədalətin bərpa olunması üçün
Qarabağ torpaqlarının
işğaldan azad edilməyinin şərt olduğu və haqlı savaşında Azərbaycanın yanında
olduqları bildirilib:
"Azərbaycan ordusu
vətən torpaqlarında
işğalçıları və yad ünsürləri
təmizləmək, torpaqlarını
azad etmək üçün sentyabrın
27-də əks-hücum əməliyyatına
başladı. Avrasiya
Yazıçılar Birliyi olaraq bu əməliyyatı
dəstəkləyirik. "Qardaş qələmlər"
dərgisi olaraq Azərbaycan
torpaqlarının yad ünsürlərdən
təmizlənməsi əməliyyatının
yanındayıq. İşğalçı Ermənistanı
və dəstəkçilərini şiddətlə
qınayırıq.
Jurnalımızın səhifələrində 26 ölkədən yüzlərlə yazar və şairin əsərlərini çap etdik. Bütün müəlliflərimizi Azərbaycanın yanında olmağa çağırırıq. Bilirik ki, bizim müəlliflərimiz sülh və ədalətin tərəfindədirlər. Bölgədə əbədi sülhün yaradılması, Xocalı kimi soyqırımların yaşanmaması üçün Ermənistanın işğal etdiyi torpaqları tərk etməsi vacibdir. Bu torpaqlar gerçək sahiblərinə qaytarılmadan sülhün olacağını düşünmək mümkün deyil. Yüzillərdir babalarının yaşadığı, özlərinin doğulduğu, övladlarını dünyaya gətirdikləri evləri, kəndləri tərk etməyə məcbur qoyulan bir milyondan çox insan 30 ildir yurd-yuvalarına qayıtmağı gözləyirlər.
BMT,
ATƏT, AŞ və Şanxay İşbirliyi Təşkilatını
öz qərarlarına sahib çıxmağa və
sülhün təminatı üçün Azərbaycanın
yanında olmağa çağırır, Ermənistana
işğal etdiyi torpaqlardan çıxmağı
üçün təzyiq göstərməyə dəvət
edirik.
Dünya
ölkələrini sülh naminə Qarabağın həqiqi
sahiblərilə qovuşması,
işğalçıların qovulması üçün hərəkətə
çağırırıq. Yoxsa bilin ki, Qarabağda
ölən qadın, uşaq və hər
günahsızın qanı sizin də əllərinizə
bulaşacaq.
"Qardaşlıq
hüququ, sülh və ədalət nə tələb edirsə,
hər şeyimizlə Azərbaycanın yanındayıq"
- deyən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib
Ərdoğanı və Türk dövlətlərinin
mövqeyini alqışlayırıq.
Əməliyyatları
qətiyyətlə və uğurla idarə edən,
işğal altındakı torpaqları azad edən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və
qəhrəman Azərbaycan ordusunun şanlı tariximizdə
"Qarabağ fatehi" kimi qızıl hərflərlə
yer alacaqlarından əmin olaraq, hər şeyimizlə Azərbaycanın
yanında olduğumuzu bildiririk.
Azərbaycan, Səninləyik!"
Avrasiya
Yazıçılar Birliyi tərəfindən Ankarada
çap olunan "Qardaş qələmlər" dərgisinin
18 ölkədə oxucuları var.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.8.