İnformasiya müharibəsində dezinformasiya təhlükəsi
DOĞRUNU YALANDAN NECƏ AYIRMALI?
XXI əsrin texnologiyalar
əsri olması informasiya axınının
dünyanın hər
yerində sürətlənməsinə
gətirib çıxarıb.
Belə bir dövrdə hətta bu texnologiyaları
yaradan dövlətlər
də onun qarşısında aciz qala bilir, daha
dəqiq desək, onun "əsirinə"
çevrilirlər. Yaradılan texnoloji
imkanlar sayəsində
daha asan və sürətlə yayılan informasiya bazası formalaşır və informasiya bilavasitə insanlara təsir edir, onları yönləndirə
bilir. Bu isə istənilən cəmiyyətə
və dövlətə
müxtəlif sahələrdə
- siyasətdə, iqtisadiyyatda,
hərbdə özünü
ifadə etmək baxımından ideal vasitə
hesab edilir. Yeni imkanlar artdıqca onların fərqli sahələrə tətbiqi
yeni terminlərin də yaranmasına gətirib çıxarır.
Son illər ən
çox istifadə edilən terminlərdən
biri "informasiya müharibəsi" ifadəsidir.
Müasir dövrdə baş verən hərbi toqquşmalar və müharibələr onu deməyə əsas verir ki, qarşı
tərəf üzərində
üstünlük təkcə
silah gücünə
deyil, həm də informasiyanın gücünə əldə
edilir. Bu sahədə
zəif olan tərəf, digər baxımdan nə qədər güclü olmasına baxmayaraq, ağır məğlubiyyətlə
üzləşə bilər.
İnformasiyanın toplanması, ələ
keçirilməsi, operativ
reaksiya və digər bu kimi
proseslər düşmənlə
aparılan informasiya müharibəsində böyük
üstünlük yaradır.
Həmçinin, dövrümüzdə açıq informasiya şəbəkələrinin genişlənməsi
yüksək səviyyədə
informasiya hücumu təhlükələrinin çoxalmasına
da səbəb olur. Bu isə
informasiya təhlükəsizliyi
kimi məsələləri
ortaya çıxarır.
Azərbaycan Ordusu Qarabağın mənfur düşmən
işğalından azad
edilməsi uğrunda hərbi əməliyyatlar
keçirir. Lakin düşmənlə mübarizə təkcə
cəbhədə aparılmır.
İndi bizim üçün də əsas mübarizələrdən biri
həm də informasiya cəhətdən
üstünlük əldə
etməkdədir. Doğru informasiyanı
operativ şəkildə
xalqımıza və
dünyaya çatdırmaq
üçün həm
KİV, həm də vətəndaşların müsbət
fəaliyyətini qeyd
etmək lazımdır.
Qeyd edim ki, texnoloji
proseslərin inkişaf
etdiyi zamanda hərbi əməliyyatlar
aparan tərəflər,
həmçinin, əhalinin
mənəvi-psixoloji ruhunu
sarsıtmaq üçün
müxtəlif vasitələrdən
istifadəyə üstünlük
verirlər. Çünki müharibədə əsas
amillərdən biri də informasiya və psixoloji təzyiq məsələsidir.
Bu səbəbdən informasiyanın sui-istifadə
metodu sayılan dezinformasiya da sürətlə yayılır.
Dezinformasiyanın məqsədi şəxsləri
yanlış istiqamətləndirmək
üçün doğruluq
payı olmayan, təhrif olunmuş məlumatlar verməkdir.
Bu, dünyada ideoloji müharibə metodu hesab edilir
və əks-təbliğat
gücünə malik
inandırıcı üsuldur.
Doğruları gizlətməklə
əks məlumat vermək insanları inandırmağın, yaxud
aldatmağın ən
təsirli yoludur.
Artıq
bir həftədir davam edən və Azərbaycanın açıq üstünlüyünün
bəlli olduğu müharibədə
düşmən yenidən
hər zamankı işə yaramayan metodlarından istifadə edir. Biz onların
yenidən informasiya və psixoloji təzyiq proseslərinə
əl atdığının
şahidi oluruq. Döyüş meydanında uduzan
düşmən öz
əhalisi arasında panika və təşviş düşməsin
deyə heç bir həqiqəti əks etdirməyən videolar, fotoşəkillər
və mətnlər yaymaqla məşğuldur.
Bu hallara sosial
mediada daha çox rast gəlirik. Ermənilərin müxtəlif vasitələrlə
yaydığı dezinformasiyalar
onların öz çarəsizliklərini göstərmələrindən
başqa bir şey deyil. Ancaq təəssüf ki,
həqiqətə uyğun
olmayan belə məlumatlar təkcə düşmən tərəfində
yayılmaqla qalmır,
ölkəmizdə də
yayılaraq insanlar arasında ajiotaja səbəb olur. İnsanlar müəyyən hisslərə
qapılaraq bəzən
belə görüntüləri
təhlil etmədən
gördüklərinə inanırlar.
Beləliklə, müəyyən kütlənin informasiyanı
bir-birinə yollaması
dezinformasiyanın istəməyərəkdən
yayılmasına gətirib
çıxarır. Sadə dildə
desək, montajdan anlayışı olmayan kütlə informasiya müharibəsində uduzur.
Bəs montaj edilərək dəyişdirilən videoları
real görüntülərdən necə ayıra bilərik? Bunun üçün sadə üsullar varmı?
Məsələyə fotoqraf və videoqraf kimi fəaliyyət göstərən
Azər Kazımlı
da münasibət bildirdi. Gənc fotoqraf da bu tip əsassız
materialların sürətlə
yayıldığını vurğulayıb: "Bu haqda
öz gördüklərimə
əsasən onu deyə bilərəm ki, üzərində bir neçə loqo və yazı
olan videoları izləmirəm. Çünki onların reallığına
deyil, quraşdırma
olduğuna inanıram.
Səbəb odur ki, rəsmi videomaterial hərbi şəraitdə
telefonla da çəkilə bilir və təcili paylaşıldığından üzərində yazı
olmur. Lakin həmin materialı
maksimum paylaşan orqanın loqosu əlavə olunur. Hətta nümunə üçün
Suqovuşan kəndində
bayrağımızın qaldırılması
ilə bağlı yayımlanan videonu göstərə bilərəm.
Kəsintisiz olaraq bir dubla çəkilən
video telefonla çəkilib,
üzərində də
heç bir yazı, hətta loqo yox idi.
Saxta və dezinformasiya xarakterli videolar isə mürəkkəb olur: anlaşılmayan və keyfiyyətsiz görüntü,
müxtəlif yazılar
və loqolar. Təbii ki, sadə formada paylaşılan dezinformasiya
xarakterli videolar da ola bilər, bu zaman video ya köhnə olur, ya ümumiyyətlə, bu regionda çəkilməyən
bir material yayılır
və s. Bu kimi halları ayırd etmək üçün biraz araşdırma aparmaq kifayət edir".
Videoqraf Lalə Abbaslının dediyinə görə, paylaşılan videolar əslində, əsl videolardır, sadəcə,
üzərində oynanılmış
formada olur. Ona görə də saxta olduğunu anlamaq bir qədər
çətin olur:
"Belə görüntülərin
dezinformasiya xarakterli olduğu adətən rəsmi açıqlamalardan
sonra ortaya çıxır, çünki
videomaterialın çəkilmə
tarixi və digər məlumatları qeyd edilir. Misal üçün,
Mingəçevirdə çəkildiyi
deyilən bir video paylaşıldı sosial şəbəkələrdə, görüntüdə havada
fişəng işıqlarına
bənzər işıqlar
parıldayırdı, gecə
olduğundan onun bizdə olub-olmadığı,
yerin dəqiqliyi, ümumiyyətlə, orada
hər hansı işarənin olmasını
seçmək olmurdu.
Qısa müdətdə bu materialın dezinformasiya olduğu və görüntülərin Mingəçevirdə
çəkilmədiyi bildirildi.
Əslində, belə saxta
informasiyaları heç
də həmişə
düşmən yaymır.
İnsanlar çalışmalıdır ki, rəsmi olmayan informasiyalara, materiallara inanmasın, onları yaymasın.
Nə vaxtsa paylaşılmış videonu
yeni kimi yayırlarsa, videoda effekt fərqi ola bilər.
Hətta
videoya loqo vurmağa da vaxt tapırlar. Halbuki yeni videomaterialı loqolamaq zaman alır və bu, təcili materiallarda adətən yada düşmür.
Bəzən professional xəbər portalları belə ani hisslərə qapılıb həmin dezinformasiya materiallarını
dərc edirlər. Xəbər saytları bu barədə daha diqqətli
olmalıdır".
Müharibə
zamanı hər kəs öz cəbhəsində əsgərdir.
Ona görə də hər bir vətəndaş
çalışmalıdır ki, vətənə
bu çətin gündə yalnız dəstək
olsun. Unutmaq olmaz ki,
informasiyanın sürətlə yayıldığı və
bol olduğu zamanda istənilən şəxsin kiçik bir
yanlışı əslində, bütün
cəmiyyət üçün real təhlükəyə səbəb olur. Çalışın xəbər sizdə
olsun, siz xəbər
olmayın!
Afaq RZA
525-ci qəzet.- 2020.- 6 oktyabr.- S.15.