Bakı Dövlət Peşə Təhsil
Mərkəzi yeni tədris ilinə uğurla başlayıb
Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzinə tələbə qəbulu tam
yekunlaşıb.
Nəticələr həm də tələbatın göstəricisidir. Koreya təhsil standartları əsasında fəaliyyət
göstərən müəssisə
2020-2021-ci tədris ilinə
böyük yeniliklərlə
start verib. Mərkəzin direktoru Rəşad
Xanlarovun sözlərinə
görə, bütün
peşə müəssisələrində
olduğu kimi, Sənaye və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzində də
qəbul prosesi yüksək səviyyədə
həyata keçirilib.
Qeyd edək ki, digər
peşə müəssisələri
ilə müqayisədə
Sənaye və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi pilot mərkəz
olduğundan qəbul prosesi 3 mərhələdə:
iyulun 6-31-i, avqustun
10-24-ü və sentyabrın
4-14-ü tarixlərində həyata keçirilib. Üç mərhələ
üzrə ümumilikdə
900 müraciətçi müsabiqədə
iştirak edib: "Ən müasir texniki baza ilə
təchiz olunmuş mərkəzdə İKT, avtomobil,
mexanika, sənayedə
quraşdırma işləri,
elektronika, elektrotexnika,
avtomatika və inşaat istiqamətləri
üzrə artıq
2019-cu ildən etibarən
kadr hazırlığı
aparılır. 2020-2021-ci tədris
ili üçün bu istiqamətlərin
"Torna və frezer dəzgahlarının
operatoru", "Avtomobil
diaqnostikası və təmiri ustası",
"Sənayedə quraşdırma
işləri üzrə
usta", "Elektronika
ustası", "Elektrik
avadanlıqlarına xidmət
və təmir üzrə elektrik montyoru", "İnşaat
ustası", "Mebel
ustası", "Veb
dizayner və proqram təminatçısı"
və "Avtomatika üzrə usta" ixtisasları üzrə
1, "Nəqliyyat vasitələrinin
texniki istismarı"
və "Kompüter
sistemlərində proqram
təminatı" ixtisasları
üzrə 3 illik (subbakalavr) təhsil üzrə ümumilikdə
640 vakant yer elan olunub.
Bu il üçün
nəzərdə tutulmuş
qəbul planı üzrə qəbul göstəricisi keçən
illə müqayisədə
daha yüksək olub. Dövlət hesabına olan
bütün ixtisaslar üzrə ayrılmış
yerlər dolub. Vakant yerlər, sadəcə ödənişli əsaslarla
təhsil həyata keçirilən bir neçə ixtisas üzrədir. Avtomobil və
İKT istiqamətləri üzrə
müraciət sayının
çoxluğu artıq
qəbulun birinci mərhələsindən müşahidə
olunurdu. Qəbul prosesinin
sonunda bu istiqamətlər üzrə,
təhsil növündən
asılı olmayaraq, boş yer qalmayıb.
Subbakalavr qruplarının dolması da bu pilləyə olan tələbatın göstəricisidir".
Onun dediyinə
görə, 2020-2021-ci tədris
ilindən etibarən Mərkəzdə subbakalavr
dərəcəsi üzrə
yüksək texniki peşə təhsil pilləsi üzrə təhsil verilir. İlkin olaraq
"Nəqliyyat vasitələrinin
texniki istismarı"
və "Kompüter
sistemlərində proqram
təminatı" ixtisaslarına
qəbul elan olundu. Hər ixtisas üzrə
bir qrup fəaliyyət göstərəcək
və hər bir qrupda artıq
20 nəfər təhsilalan
yerləşdirilib. Növbəti illərdə mərkəzdə
tədris olunan digər 6 ixtisas üzrə subbakalavr dərəcəsinin tətbiqi
nəzərdə tutulub.
Xüsusi ilə qeyd etmək istərdim ki, sözügedən 3 illik proqram da
koreyalı mütəxəssislərlə
birlikdə ölkənin
sənayedə olan kadr ehtiyaclarına uyğun hazırlanıb.
Bununla yanaşı, ilkin mərhələdə Azərbaycan
Texniki Universiteti ilə razılıq əldə olunub. Razılığa əsasən, subbakalavrlarımız
təhsilini AzTU-da davam etdirmək imkanı qazanıblar".
Mərkəz direktoru bildirib ki, mövcud karantin vəziyyətini nəzərə alaraq tədris ilinə ikinci və üçüncü kurs
tələbələri ilə
başlanılıb. Onlarla onlayn
dərslər davam edir. 2020-2021-ci tədris ilinə yazılanlar üçün
məsafədən təhsilin
başlanılması nəzərdə
tutulub.
Oktyabrın 15-dən karantin qaydalarına
tabe olmaqla hibrid təlim formatı - həm onlayn və əyani dərslər tətbiq ediləcək:
"Microsoft" ilə əməkdaşlıq
çərçivəsində
"Microsoft Teams" proqramından onlayn dərslər təşkil etmək üçün istifadə
etdik. Müvəffəqiyyətli təcrübəmizi digər peşə təhsili müəssisələrinin
mühəndis və müəllim heyəti üçün təlimlər
verərək bölüşdük.
Bu məqsədlə xüsusi bir layihənin icrasına başladıq. Bu layihə onlayn dərslə yanaşı,
onlayn platforma yaratmağı təmin edir. Beləliklə, həmkarlarımız internet üzərindən tədris
materialı yaratmağı
və ondan istifadə edərək dərs keçməyi öyrəndilər.
Bir çox insan zəif internet sürətinin
məsafədən öyrənməyə
mane ola biləcəyinə
inanır. Bu vəziyyətdə
onlayn dərsi qeyd etmək və saxlamaq mümkündür. Yəni şagird
hər hansı səbəbdən bir dərsi buraxıb, daha sonra proqrama
qoşulmaqla video dərsi
izləyə bilər.
Yeri gəlmişkən, bütün
dərsliklərimiz də
rəqəmsallaşdırılıb və onlayn əldə edilə bilər. Distant təhsilin
əyani təhsili tamamilə əvəz edə bilməyəcəyini
başa düşürük,
lakin mövcud pandemiya şəraitində
bu üsul ən yaxşı həll yölüdür Uzaqdan
təhsil zamanı, ixtisasdan asılı olaraq müxtəlif onlayn simulyatorlardan istifadə etməyi nəzərdə tuturuq. İnformasiya
və kommunikasiya texnologiyaları ilə əlaqəli ixtisaslar üçün kodlaşdırma
şəklində praktiki
hissə və ya qrafik dizaynın
yaradılmasının da
onlayn həyata keçirilməsi tədris
prosesində heç bir problem yaratmır".
Onun sözlərinə
əsasən, mərkəzdə
Koreya ekspertləri tərəfindən hazırlanan
və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil
proqramları tətbiq
olunur. Belə ki, mərkəzdə
tətbiq olunan kurikulumlara əsasən təşkil olunan tədris prosesinin 60-70 faizi praktiki məşğələlərdən ibarətdir. Bu da təhsilalanların tədris olunan materialları daha yaxşı qavramasına və təcrübi bilik və bacarıqlara
yiyələnməsinə imkan
yaradır.
Mərkəz 30-dan artıq yerli və xarici şirkətlərlə dövlət-özəl
tərəfdaşlıq modeli
əsasında əməkdaşlıq
edir.
Qurulan əməkdaşlıq
çərçivəsində Sənaye və İnnovasiyalar üzrə
BDPTM-də tədris olunan kurikulumlara dair tərəfdaş şirkətlərin müvafiq
şöbələri tərəfindən
rəylər hazırlanır. Bunun
əsas məqsədi isə tətbiq olunan
tədris proqramının dinamik dəyişən
əmək bazarına
uyğunlaşdırılmasıdır. Bu
isə tələbələrin peşəkar
bacarıqlarının inkişafına, təcrübə
proqramları və təkmilləşdirmə kursları
keçirilməsinə, həmçinin, məzunların tərəfdaş
şirkətlərdə iş
imkanları əldə etməsinə şərait yaradır:
"Artıq ötən ilin
məzunlarının bir qismi
Abşeron Avtomobil Mərkəzi
("Mercedes Benz"),
"İmprotex Motors"
("BMW", "BMW Motorrad",
"MINI", "Rolls-Royce" və
"Yamaha"), STP, Bakı Gəmiqayırma
Zavodu, "Şərq Motors",
"Bravo", "Helind",
STDC, "Global İnteriors
Group", "Yeni Həyat"
kimi şirkətlərdə işlə təmin
olunublar. Bu əməkdaşlıq
çərçivəsi həm genişləndirilir, həm
də inkişaf etdirilir.
Yeni tədris ilinin
başlanması ilə əlaqədar işlə təmin olunan məzunlarımızla yeni
təhsilalanlar üçün istiqamət
məqsədli müsahibələr aparırıq. Onlar Sənaye və İnnovasiyalar
üzrə BDPTM haqqında ümumi fikirlərini,
burada təhsil almağın onlara qazandırdığı
üstünlükləri bizimlə bölüşürlər.
Həmçinin, xüsusi
bacarığı olan, lakin
ixtisas seçimində tərəddüd
edən şəxslərə peşə təhsilinin onlara nə qazandıracağı, nə üçün bu mərkəzi
seçmələrinin üstünlük
olduğunu göstərən video materiallar
hazırlanır.
Şəraitə gəlincə, müasir təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, 2 yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyib. Tədris prosesinin effektivliyinin artırılması üçün mərkəz 4300-dən çox texniki avadanlıqla təchiz olunub. Yataqxanaların hər birində 90 tələbənin yaşaması üçün zəruri olan şərait yaradılıb. Hər iki yataqxana binası yeni tədris ilindən etibarən fəaliyyətə başlayıb".
O qeyd edib ki, artıq ilkin mərhələdə keçirilən müsahibələr zamanı yeni tələbələr haqqında ümumi fikir formalaşıb. Ötən ilin təcrübəsi də onu göstərdi ki, mərkəzdə təhsil almaq istəyənlər arasında tam orta təhsil müəssisələrini bitirmiş tələbələrlə yanaşı, müxtəlif yaş kateqoriyalarında, fərqli peşə sahibləri, eləcə də ali- təhsilli və magistr pilləsinə çatmış şəxslər də mərkəzdə təhsil almağa çox maraqlıdırlar.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 6 oktyabr.- S.13.