İşğalçının saxta və gülünc
ideologiyası
Bu gün torpaqlarımız
uğrunda müqəddəs
müharibə gedir. Hər gün
işğalçıya vurulan
növbəti zərbə
bizi son qələbəyə
daha da yaxınlaşdırır.
Qələbəyə və ədalətin
bərpasına inamımız
yenilməzdir.
Qonşu xalqların, dövlətlərin
tarixi torpaqlarını
işğal etmək üçün aparılan
müharibələr adətən
saxta ideologiya ilə müşayiət olunur. Azərbaycana qarşı erməni
təcavüzünün ideoloji
bazası uzun illər öncə yaradılmağa başlamışdı.
XIX əsrdə Rusiya imperiyası tərəfindən
kütləvi surətdə
Cənubi Qafqaza köçürülən ermənilər
bütün bu müddət ərzində
saxta təbliğatla məşğul olaraq, guya ərazidə əcdadlarının yaşadıqlarını
"sübut edən"
tarixi abidələrin
olduğunu iddia edirlər.
Əsl elmi həqiqətlər budur ki, ermənilər
Qafqaza özlərinin
dili və dini ilə, artıq kənarda erməni kimi tam formalaşmış halda gəliblər. Hətta erməni "alimləri"
daha qədim dövrlərdən bəhs
etdikləri halda da məhz "erməni", "erməni
xalqı"
sözlərindən istifadə
edirlər. Buna görə də bütün cəhdlərinə
baxmayaraq, onların Cənubi Qafqazda yerli xalq olduğu
heç bir halda təsdiqini tapmır. Tarix elminin bu sadə həqiqətini erməni ideoloqları dərk etmək istəmirlər.
Amma bunun tam
əksi olaraq, onilliklər ərzində
aparılmış arxeoloji-antropoloji
tədqiqatlar azərbaycanlıların
ulu əcdadlarının
Qafqazın yerli əhalisi olduğunu, əsrlər boyu bu ərazidə təşəkkül tapıb
formalaşdığını sübut etmişdir. Yəni bu
araşdırmalar Azərbaycanın
müasir əhalisinin
minilliklər öncəyə
bağlandığını maddi, təkzibolunmaz faktlarla sübuta yetirmişdir.
Cənab Prezident İlham Əliyev əvvəlki çıxışlarında olduğu
kimi, yaxın günlərdə döyüşlərdə
yaralanmış hərbçilərlə
görüşündə də Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş
əra-zilərimizdəki tarixi
abidələrimizi məhv
etdiklərini xüsusilə
vurğulamışdı. İşğal olunmuş bölgədə
yüzlərlə abidələrimiz
erməni vandalları
tərəfindən kütləvi
surətdə dağıdılır
və ya özününküləşdirilir. Ermənilər işğal
etdikləri ərazilərdə
ilk növbədə islam mədəniyyəti
abidələrini kütləvi
surətdə məhv
edirlər. Çünki bu dini memarlıq tikililərini, epiqrafik yazılarla müşayiət edilən
abidələri erməniləşdirmək
mümkün deyil.
Digər tərəfdən, ermənilər
Azərbaycanın alban
xristian memarlıq abidələrini erməniləşdirirlər. Bununla bu qədim xristian abidələrinin guya onlara məxsusluğunu və ermənilərin bu ərazilərin qədim sakinləri olduğunu saxta yollarla sübut etməyə çalışırlar.
Dünyanın nadir abidələrindən olan
Azıx mağara düşərgəsi erməni
işğalçıları tərəfindən əvvəllər
hərbi sursat anbarına çevrilib, sonra isə orada qeyri-qanuni "arxeoloji qazıntılar"
aparılıb. Siyasi mübarizə arenasında
tam məğlubiyyətini dərk
edən Ermənistan işğal faktına tarixi-hüquqi don geyindirmək
məqsədi ilə həmin ərazilərdəki
qədim abidələrin
guya ermənilərə
məxsus olması barədə cəfəngiyat
dolu təbliğat aparırlar.
Ermənistan "Silahlı münaqişələr
zamanı mədəni
mülkiyyətin qorunması
haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il
protokolunun üzvüdür.
Bu Konvensiyada işğal
olunmuş ərazilərdə
hər hansı arxeoloji qazıntıların
aparılması, mədəni
mülkiyyətə dəyişikliklər
edilməsi, mədəni,
tarixi və elmi dəlillərin gizlədilməsi və ya məhv edilməsi
məqsədilə onların
istifadəsi qadağan
edilib. Buna baxmayaraq, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni
arxeoloji qazıntı
işləri aparır.
Ağdamın işğal olunmuş
ərazisindəki qədim
abidəni ermənilər
"Tiqranakert" elan
edərək orada
"arxeoloji qazıntılar"
gerçəkləşdirir. Halbuki "Tiqranakert" adlı qədim şəhər bütövlükdə Cənubi
Qafqaz ərazisində
mövcud olmamışdır.
Ümumiyyətlə, erməni xalqına
aid qədim antropoloji materiallar və hər hansı maddi mədəniyyət qalıqları həm işğal olunmuş bölgədən, həm
də indi Ermənistan adlandırılan
Qərbi Azərbaycan torpaqlarından məlum deyildir.
Bütün bunlar erməni tarixçilərinin və
ideoloqlarının yad
torpaqların ələ
keçirilməsi planlarını
icra edən işğalçı qüvvələrə
tutarlı cavabların
verilməsini tələb
edir. Şanlı ordumuz indi məhz bu işlə
məşğuldur.
Bu günlərdə xalq-dövlət
birliyi hər bir vaxt olduğundan
daha güclüdür. İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz torpaqlarımızı işğaldan
azad edəcək və tarixi ədalət bərpa olunacaq. Şuşada
Azərbaycan müzəffər
əsgərinə abidənin
ucaldılacağı gün
uzaqda deyil!
Nəcəf MÜSEYİBLİ
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun direktor müavini,
tarix
elmləri doktoru, professor
525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.17.