Haqq savaşımız zəfərlə
bitəcək!
Filologiya
üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan
Bölməsinin Folklorşünaslıq şöbəsini
müdiri
Son
günlərdəki zəfər sevinclərini dadaraq
özümü hədsiz dərəcə şanslı bir vətəndaş
kimi görürəm. Uzun illər həsrətini çəkdiyimiz
Qarabağ torpaqlarının düşmən
işğalından gündən-günə təmizlənməsi,
azad edilməsi hər bir Azərbaycan vətəndaşının
öz içində böyütdüyü arzusu idi.
Allaha
şükürlər olsun ki, bu günlərdə həmin
arzumuzun reallaşdığını həyəcanla izləyir,
cəbhəboyu aparılan uğurlu hərbi əməliyyatların
uğurlu müjdələri ilə tərifi
mümkünsüz hisslər yaşayırıq.
Ən əsası
isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli
qərarları xalq-dövlət birliyinin ən gözəl
ifadəsi kimi sinəmizi qabardır, könlümüzü
oxşayır, hər birimizi vətən yolunda son damla
qanımıza kimi savaşmağa kökləyir.
On
gündür ki, Qarabağın kəndbəkənd, zirvəbəzirvə
geri qaytarılması hər kəsin ürəyincədir, hər
kəsi həyat dolu inamla kökləyib. İnsanların 30
ildən bəri üzərində daşıdığı
məğlubluq hissi tamamilə sındırılıb və
bu gün uşağından yaşlısına kimi
bütün Azərbaycan xalqı qanıyla, canıyla, ruhuyla
- bütün varlığıyla döyüşə getməyə
hazırdır.
Qismən
səfərbərlik qərarından sonra cəbhəyə
gedənlərə bir çox gənclərimizin
qısqanclıqla yanaşması, onların da əldə
silah düşmənlə mübarizəyə atılma istəklərini
görmək nəyə desən dəyər. Xüsusilə
vətən oğulları ilə birlikdə
ana-bacılarımızın da bu yolda hazır
olduğuqlarını nümayiş etdirmələri xalq
olaraq birliyimizin ən bariz göstəricisidir. Hələ illər
əvvəl bir şeirimdə yazmışdım ki, Azərbaycan,
hər qarışın Vətənsə,
Vətən
mənəm, vətən odur, vətən sən.
Dünyanı
lərzəyə salaq vətəndən
Dünyanı
lərzəyə salsın bu birlik,
Bu gün
yox, hər zaman birləşməliyik.
Bax, bu
günlərdə xalq olaraq hər birimiz həmin birliyin
şahidiyik. Ön cəbhədə əsgərindən
generalına kimi necə yumruq kimi birləşiblərsə,
arxa cəbhədə də şəhid analarıyla gənc
analar, şəhid atalarıyla gənc atalar, müəllim və
tələbələr, müdir və işçilər, fəhlə
və ziyalılar, qadın və kişilər o şəkildə
birləşiblər, həmrəydirlər, yekdildirlər,
birqəlbdirlər.
Xalqımızın tarixi torpaqlarımız uğrundakı haqq savaşında canını vətən yolunda fəda edən şəhidlərimiz də olacaq. O şəhidlər ki, ən uca haqq zirvəsini, ən uca mənəviyyat zirvəsini, ən əsası isə xalqın qəlbində əbədi yaşama haqqını qazanırlar. Buna baxmayaraq, şəhidlərimiz öz əsgər yoldaşlarına yaxınlaşan zəfər günləri üçün yol açır, istiqamət verir, güc bağışlayır.
Haydı,
Azərbaycan əsgəri, alimiylə, şairiylə, müəllimiylə,
jurnalistiylə, fəhləsiylə, ustasıyla,
uşağıyla, böyüyüylə Azərbaycan
xalqı, türk dünyası sənin gücünə
arxalanır, sən öz dualarıyla qələbəyə
kökləyir.
Bu
yazdıqlarımı qələmə alarkən ruhumun
özünə yer tapmadığını, bədənimin
gizildədiyini, qanımın qaynadığını,
yumruğumun sıxıldığını, biləyimin
möhkəmləndiyini hiss edirəm. Təkcə mənmi?
Xeyr! Hər birimiz, hər bir azərbaycanlı bu gün bu
haldadır. Çünki biz haqq savaşındayıq, biz
haqqımız uğurunda mübarizədəyik və biz
haqqımızı alacağımıza əminik.
Ey səngərdəki
əsgər qardaşım, general komandirim, bilin ki, hələ
minlərlə, milyonlarla əsgərin əmrə müntəzirdir
və lazım olacağı təqdirdə bir
çağırışla sizin səflərinizdə olacaq,
sıralarınızda dayanacaq. Çünki...
Bu namus savaşıdır, bu torpaq savaşıdır,
Qarabağçün
darıxan bir bayraq savaşıdır,
Bu,
haqqını istəyən xalqın haqq savaşıdır,
Qoy
haqqın uğrunda da canımız olsun fəda,
Hamı
bilsin, Qarabağ Azərbaycandır, nida!
525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.16.