Xalq şairi Məmməd
Araz haqqında monoqrafiya
nəşr edilib
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun Ədəbiyyatşünaslıq
şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun
"Milli yaddaşın
məhək daşı:
Xalq şairi Məmməd Araz" adlı monoqrafiyası nəşr olunub.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə işıq üzü görən tədqiqat əsəri
"Məmməd Araz
dünyası elmi-ədəbi
yaddaş işığında"
adlı "ön söz"dən, giriş,
2 fəsil nəticə
və ədəbiyyat
siyahısından ibarətdir.
Müəllif Xalq şairi Məmməd Arazın çoxcəhətli və
zəngin yaradıcılığını
tədqiqata cəlb edib. Monoqrafiyada Məmməd Araz
yaradıcılığında ümummilli məsələlər,
Azərbaycan xalqının
milli-mənəvi taleyi
və dəyərlərini
əhatə edən, qüdrətli söz ustadının sənətkarlıq
məsələləri və
məharətini özündə
ehtiva edən problemlər təhlil obyektinə çevrilib.
Burada şairin yaradıcılığındakı
xalq yaradıcılığı,
düşüncəsi və
dəyərlərinə sədaqət,
yaradıcılığının milli-mənəvi məğzi
və qayəsi, şeirlərinin dil-üslub
xüsusiyyətləri kimi
məsələlər əksini
tapıb.
Ali məktəb tələbələri,
elmi tədqiqatçılar,
ədəbiyyat adamları
və geniş oxucu kütləsi üçün nəzərdə
tutulan vəsaitdən
Məmməd Araz yaradıcılığını sevən hər kəs istifadə edə bilər.
525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.13.