Özbəkistandakı Azərbaycan Mədəniyyət
Mərkəzindən ordumuza yardım
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin
Azərbaycana qarşı
təxribatları ilə
əlaqədar ordumuzun
əks-hücumu nəticəsində
işğal altında
olan ərazilərimizin
bir hissəsi azad edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzindən (AMM) verilən
məlumata görə,
mərkəzin əməkdaşları
torpaqlarımızın azad
edilməsi uğrunda şərəflə döyüşən
şanlı ordumuza dəstək məqsədilə
Silahlı Qüvvələrə
Yardım Fonduna öz maaşlarından vəsait köçürüblər.
Qeyd olunur ki, AMM-in əməkdaşları da
Ermənistanın Azərbaycana
təcavüzü və
işğalçılıq siyasətinə qarşı
dövlətimizin Vətən
torpaqlarının azadlığı
uğrunda apardığı
mübarizədə ölkəmizin
haqq işinə dəstək olmaqdan qürur duyur və Azərbaycan dövlətinin, müzəffər
ordumuzun yanındadır.
Vətən torpaqlarının işğalçı
Ermənistan ordusundan azad olunması yolunda Silahlı Qüvvələrimizə uğur
və tezliklə daha böyük zəfərlər arzulayırıq.
525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.13.