İşğaldan zərər çəkmiş
Azərbaycan
abidələrilə bağlı layihə gerçəkləşib
Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və
İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının birgə əməkdaşlığı
çərçivəsində “Azərbaycanın
işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət
abidələrinə vurulan zərər” adlı irimiqyaslı
layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə
çərçivəsində eyniadlı kitab və fotoşəkillərdən
ibarət olan kataloq işıq üzü görüb.
İki mərhələdən ibarət olan layihənin birinci mərhələsi kimi “Azərbaycanın işğal
olunmuş ərazilərindəki
tarix və mədəniyyət abidələrinə
vurulan zərər” adlı kitabda Ermənistanın Azərbaycana
qarşı təcavüzü,
Dağlıq Qarabağ
və ətrafındakı
yeddi rayonun işğalı nəticəsində məhv
edilən abidələrin
taleyi ilə bağlı acı faktlar, Azərbaycana dəymiş maddi və mənəvi zərərin həcmi barədə məlumatlar yer alıb. Layihənin ikinci mərhələsi olaraq münaqişə nəticəsində Qarabağ
və ətrafındakı
ərazilərdə təcavüzə
məruz qalmış
milli-mədəni abidələrin
dağıntıdan öncəki
və sonrakı fotoşəkillərdən ibarət
kataloq işıq üzü görüb.
Tədqiqatçı alim Faiq İsmayılovun müəllifi
olduğu kitablar Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın və
AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadənin “Ön söz”ü ilə açılır.
Layihə bu
gün Cənubi Qafqazda təhlükəsizliyə
və sabitliyə mane olan erməni
təcavüzkarlığını, Dağlıq Qarabağ münaqişəsi zəminində
baş verən vandalizm siyasətini oxuculara çatdırmaq və dünya birliyin
525-ci qəzet.- 2020.-
17 oktyabr.- S.24.