“Nizami Gəncəvi
və Şota Rustaveli” layihəsinin yekunları müzakirə
olunub
AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
Şota Rustaveli adına Gürcü Ədəbiyyatı
İnstitutu və Kembric Universitetinin birgə həyata
keçirdiyi “Nizami Gəncəvi və Şota Rustaveli” beynəlxalq
layihəsinin yekunları barədə müzakirələr
aparılıb.
Üç ildir
davam edən layihə və proqramda Ədəbiyyat İnstitutunu AMEA-nın birinci vitse-prezidenti, müəssisənin direktoru,
akademik İsa Həbibbəyli və Nizamişünaslıq şöbəsinin
əməkdaşları təmsil
edirlər.
Onlayn keçirilən
iclasda çıxış
edən akademik İsa Həbibbəyli layihə üzrə görülən işlər
barədə məlumat
verib. O, Azərbaycan-Gürcüstan
ədəbi əlaqələrinin
son illərdə inkişaf etdiyini vurğulayıb, Nizami Gəncəvi və Şota Rustavelini Qafqaz renessansının baniləri adlandırıb.
Akademik Qərb və Şərq renessansı ilə bərabər, Qafqaz renessansının da mövcud olduğunu və Azərbaycandan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti
Gəncəvi, Gürcüstandan
isə Şota Rustavelinin bu böyük hərəkatın
əsas yaradıcıları
olduğunu nəzərə
çatdırıb.
İclasda çıxış
edən Nizamişünaslıq
şöbəsinin aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva Azərbaycan-Gürcüstan ədəbi
əlaqələrindən, həmçinin Gürcüstanda
nizamişünaslığın inkişafından danışıb.
O qeyd edib
ki, akademik İsa Həbibbəylinin
“Böyük Azərbaycan
şairi Nizami Gəncəvi” adlı tədqiqatı ilə yanaşı, Nizamişünaslıq
şöbəsinin müdiri,
AMEA-nın müxbir üzvü Nüşabə
Araslı və şöbənin digər
əmədaşları layihədə
üzərlərinə düşən
mövzuları tamamlayaraq
təqdim ediblər.
Tədbirdə layihənin Gürcüstan
tərəfindən icraçıları
professor İrma Ratiani, Gürcü ədəbiyatı İnstitutunun
direktoru, professor Maka Elbakidze və sözügedən qurumun əməkdaşları,
Kembric Universitetinin professoru Çarlz Melvil, Firuzə Melvil və digərləri layihənin
icrası istiqamətində
öz qənaətlərini
bölüşüblər.
525-ci qəzet.- 2020.- 17 oktyabr.-S.18.