Yaxın və uzaq Borçalı.
İlya
Çavçavadze: “Azərbaycan türkü xəyanət
etməz”; Erməni terroru; Borçalı bəyləri və
qaçaqçılıq hərəkatı; Qurtuluş
mücadiləsi; Gürcü-Müsəlman İttifaqı;
Dağ Borçalının qondarma Ermənistana ilhaqı;
Veliçkonun “hörümçək erməniləri”;
Qarşı yatan qarlı dağlar; “Zalqamız
köçdü gidər, Su kimin axar gidər”;
“Qıpçaq qonaqsevərliyi”; Terrorçu Baqramyan batalyonu;
Dostluq və qardaşlıq şəhəri.
Ulu
Borçalı – tanış olduğu qədər
məchul, qayım olduğu qədər kövrək,
şaqraq olduğu qədər hüznlü yurdumuz...
Sazlı-sözlü, davul-zurnalı, duz-çörəkli məskənimiz...
Qır atların belində, yay-kamanı çiynində,
xançalı kəmərində Türküstanı, Dəşti-Qıpçağı,
Qafqazı, Anadolunu yel tək aşıb dolaşan qarapapaq
türklərinin son duracağı... Qocaman dağ kimi dəryalara
sinə gərən nigaran məmləkətimiz...
Və bu
qutsal yurdumuzun döyünən ürəyi – Sarvan şəhəri...
Uzaq yollarının qovşağı Sarvan... Sərhədlərin,
siyasətin, maraqların kəsişməsi... 1932-ci ildən
Borçalı, 1947-dən Marneuli adlandırılan can Sarvan! Üləmalar, aşıqlar, dərvişlər,
qabarlı əllər, çalpapaq qaçaqlar, ağalar-bəylər
yurdu. Dosta sadiq, düşmənə kəsərli, qəlbi
geniş, torpağı bərəkətli, süfrəsi
ruzili Sarvan! Bu torpaqları yurd yapan, Gürcüstan və Azərbaycan
dostluğuna sadiq ağır türk uruğlarının,
qocaman qarapapaq sülalələrinin comərd şəhəri...
Bu dostluq
və qardaşlığa, borçalıların vəfa və
mərdliyinə İ.Çavçavadze, A.Sereteli,
A.Çavçavadze, Q.Orbeliani, N.Barataşvili, M.Cavaxaşvili
kimi gürcü ziyalıları, əcnəbi səyyahlar,
alimlər, yazıçılar, hərbçilər
şahidlik edib, eyni zamanda bu gürcü vətənpərvərləri
və hətta ermənilərə xidmət etmiş
A.S.Puşkin, A.S.Qriboyedov, G.Mayevski, V.Veliçko,
N.İ.Şavrov, S.N.Beqiçev, İ.O.Simonin, N.N.Muravyov kimi
bir çox rus ziyalıları bu xalqın
riyakarlığından, hiylələrindən, nəinki
torpaqlarına, mülklərinə yiyələndikləri
türklərə, həm də hmayədarları olan ruslara,
gürcülərə qarşı düşmənliklərindən
heyrətlənmişdir.
... Məşhur
gürcü ədibi İlya Çavçavadze 1887-ci ildə
yazırdı: «Azərbaycan türkləri… ürəyiaçıq,
sakit, təmkinli və vüqarlıdırlar. Azərbaycanlı
bir adama hörmət edib inanarsa, heç vaxt ona xəyanət
etməz. Azərbaycanlılar yalnız
ağıllı və mərd adama hörmət edirlər.
Ermənilər adımızı ləkələməklə,
milli ləyaqətimizi tapdamaqla kifayətlənməyərək
bizi yer üzündən birdəfəlik silmək
üçün bütün tariximizin, salnamələrimizin
üstündən qələm çəkir, tarixi
yadigarlarımızı, abidələrimizi… bütün tarixi
sərvətlərimizi müxtəlif hiylələrlə
öz adlarına çıxırlar» (Dilarə Əliyeva
Ürək bir, dilək bir. Bakı, 1981, s. 145).
... Qafqaza
yaxşı bələd olan rus məmuru və publisisti
V.L.Veliçko “Qafqaz...” kitabında yazır ki,
iranlıların təqibindən qurtularaq II İrakliyə pənah
gətirmiş, Borçalı torpağında ermənilər
üçün salınmış Şulaverdə yerləşdirilmiş
erməni məlikləri Abo və Məcnun 1795-ci ildə
İran şahı Qacar Tiflisə hücum edəndə,
öz gürcü himayədarlarını, xristian
dindaşlarını sataraq, şah qoşunlarına bələdçilik
etmişlər. Borçalı igidləri isə Yadigar
oğullarından Sadıq Bəyin, oğlu Allahverdi Bəyin,
qardaşı oğlu Xudu Bəyin
başçılığı ilə II İraklinin tərəfində
iranlılara qarşı vuruşmuşlar. Allahverdi
Bəyin arvadı Nabat xanım isə dağ yolları ilə
çarın arvadı Darecanı və uşaqlarını
xilas edərək Duşetə müşayiət etmişdir.
... Tiflisdə
milli varlığımızı yaşadan fədakar
ziyalımız Mirzə Məmmədoğlu Maşov “Xudu
Borçalı” tarixi povestində və
“Yadigaröyünün yadigar qılıncı” sənədli
hekayəsində borçalılarla gürcülərin silah
dostluğunu təsvir edərək, sənədlər əsasında
göstərir ki, iranlılarla həmin müharibədə
150 nəfər say-seçmə Borçalı igidi sayca
qat-qat çox İran ordusunu qəhrəmancasına dəf
etmiş və onların hamısı “vətən uğrunda,
torpaq uğrunda mübarizə apararaq həlak olmuşdur”.
... Vaxtilə
əzəli yurdlarımızda yaradılmış qondarma Ermənistan
dövləti 1918-ci ildə Gürcüstana qarşı
işğalçı müharibəyə başlayanda da
Borçalı türkləri gürcülərlə
çiyin-çiyinə ümumi düşmənlə
döyüşmüş və işğalçı erməni
ordusunu rəzil etmişlər...
... Vətənpərvər və istedadlı alim
dostumuz rəhmətlik Rövşən Mustafayevin rəhbərliyi
ilə tarixi mənbələr əsasında
hazırlanmış çox dəyərli ensiklopediyadan (Ïðåñòóïëåíèÿ àðìÿíñêèõ òåððîðèñòè÷åñêèõ è áàíäèòñêèõ ôîðìèðîâàíèé ïðîòèâ ÷åëîâå÷åñòâà (XIX-XXI ââ.). Êðàòêàÿ
õðîíîëîãè÷åñêàÿ ýíöèêëîïåäèÿ. Àâòîð èäåè è íàó÷íûé ðóêîâîäèòåëü Ðîâøàí
Ìóñòàôàåâ. Áàêó, 2002) cənubi Gürcüstanda
keçən əsrin əvvəllərində ermənilərin
türklərə və gürcülərə qarşı
törətdikləri soyqırımından bəzi
faktları təqdm edək: 5
yanvar 1918. Axılkələk. Erməni bandaları
Açaraça, Danqal, Mulanis, Murçaxet, Radızka, Gavur,
Gümriz kəndlərinə hücum etmişlər. Həmin
kəndlərin sakinləri vəhşicəsnə
öldürülmüşdür (s.60); 21 may 1918. Axılkələk.
Rus hərbi həkimi Xoroşenkonun məlumatına görə,
Axılkələkdə və ətraf kəndlərdə erməni
terror təşkilatı «Daşnaksütyun»un peşəkar
qatilləri bir-neçə yüz azərbaycanlını qətlə
yetirmişlər (s.88); may 1918. Ahıska. Erməni bandaları
tərəfindən erməni terror təşkilatı
«Daşnaksütyun»un proqramına görə «əzəli erməni»
torpağı sayılan Ahıska tutulmuşdur. Vəhşicəsinə
öldürülən dinc əhali əsasən gürcülərdir.
Və bir qayda olaraq, erməni qətlinin qurbanları –
qadınlar, qocalar, uşaqlardır (s.89); 31 avqust 1918. Xəlil paşanın erməni terroruna son
qoyacağı barədə bəyanatından qorxuya
düşən qondarma erməni hökuməti rəsmi
üzr istəyir, rəqəmləri xeyli azaltsa da, rəsmən
etiraf edir ki, 1918-ci ildə erməni terror təşkilatları
və quldur birləşmələri 400.000 azərbaycanlı,
120.000 gürcü, 22.000 ləzgi, 15.000 kürd qətlə
yetirmişlər (s.93-94); 1919-cu ilin baharı. Paris. «Daşnaksütyun»un liderlərindən
Ov.Kaçaznuni proqram xarakterli çıxış edərək,
erməni respublikası və milli nümayəndə heyətinin
sülh konfransına verdiyi Böyük Ermənistan
haqqında sərsəm Memorandum barədə, bu Memoranduma
görə erməni dövlətinə daxil olacaq Türkiyə,
Azərbaycan, Gürcüstan əraziləri haqqında
danışır, bu plana Ahıska-Axılkələk və
Borçalı da daxil edilir (s.121-127); 1920. Tiflis. Quldur Dronun dəstələri
Tiflisə hücum edərək şəhər ətrafında
dinc kəndliləri qırır (s.144); fevral-mart 1921. Daşnak S.Vrasyanın başçılıq etdiyi
quldur dəstələri dinc azərbaycanlıları kütləvi
şəkildə qırır, 1926-cı ildə xaricə
qaçan və ABŞ Dövlət departamentinin Yaxın
Şərq üzrə gizli müşaviri olan Simon Vrasyan
daşnak həmkarı, SSRİ-nin böyüklərindən
olan A.Mikoyana erməni agenturası vasitəsilə
Ahıska türklərinin, Krım tatarlarının,
çeçen və inquşların, azərbaycanlıların
sürülməsi barədə təlimatlar verir (s.147);
aprel-iyun 1945. Moskva. «Daşnaksütyun» və erməni kilsəsi
Türkiyə, Azərbaycan
torpaqlarını tutmaq üçün Stalinlə
danışıqlar aparır; Ahıska türkləri
sürüldükdən 3 il sonra, 23 dekabr 1947-ci ildə və
10 mart 1948-ci ildə SSRİ Nazrlər Sovetinin azərbaycanlıların
Ermənistan SSR-dən köçürülməsi
haqqında qərarları çıxır və həyata
keçirilir (s.154-164)...
... Ermənilərin insanlığa
qarşı cinayətləri Gürcüstan ərazisində
bu gün də davam edir. Bu yaxınlarda gürcülər və
Borçalı türkləri, Gürcüstana növbəti
dəfə xəyanət etmiş ermənilərlə
Abxaziyada üz-üzə gəlmişlər...
... Bu gün də gürcülər,
borçalılar və ahıskalılar Samsxe-Cavaxetdə,
Kvemo-Kartlidə, Tiflisdə xain erməni təxribatı, ərazi
iddiaları, separatçılıq, mədəni sərvətlərin
mənimsənilməsi, torpaqların zəbt olunması ilə
üzləşməkdədirlər...
Erməni xisləti dəyişmir
və vaxtilə gəlmə erməniləri Axılkələkdəki
Dırqına kəndində ürək genişliyi ilə
qarşılamış, onlara yer vermiş, əvəzində
xeyirxahlarının otlağına yiyələnmiş təzə
qonşuların həyasız nankorluğu ilə üzləşmiş
məşhur el şairi Xasta Hasanın söylədikləri
yada düşür:
Erməniyə yol açıldı,
Yuva saldı Dırqınada
Yerli getdi, yersiz qaldı,
Əcəb haldı Dırqınada.
Adına deyillər Tigrən,
Üzündəki ətdən igrən,
Əlindəki dəmir dirgən
Çalhaçaldı Dırqınada.
Çayırları düz gördülər,
Özlərini yüz gördülər,
Xəstəni yalnız gördülər,
Qalmaqaldı Dırqınada,
Yersiz gəldi, yerli qaç.
Məşhur el şairi Pulateli Molla Məhəmməd
Səfili keçən əsrin əvvəllərində
Ahıskada ermənilərin şərəfsiz hərəkətlərinə,
insanlığa, dinə-imana zidd davranışına ürək
yanğısıyla münasibət bildirib:
Xerolilar Osmannıya qaçarlar,
Ermənilər sədirlərə keçərlar,
Cami havlisində şarab içərlər,
Nə gündən günlərə qaldın,
camican.
Ermənilər gəlür bunda dururlar,
İstikani bir-birinə vururlar,
Əzənin yerinə zəngi vururlar,
Oxunmaz əzənlər, qaldın, camican.
Ermənilər
kəndi dinin taparlar,
İstikani
bir-birindən qaparlar,
Mehrabın yerinə bir xaç tikarlar.
Nə gündən günlərə qaldın, camican.
Səfili
bekar durub gəzməsin,
Ermənilər
camiləri bozmasın,
Allah sənin
işin hillə bəzəsin,
Xeyir olsun sənin işin, camican.
Tarix boyu dostluğa sadiq olmuş Borçalı türkləri
bu gün də Gürcüstanda, Qarabağda vəfa borcunu ləyaqətlə
ödəyir, erməni fitnələrinə sinə gərir,
torpaq savaşında şəhid verirlər. Borçalını
Borçalı edən də məhz bu milli xarakter, bu ruhu
yaşadan və gənc nəslə ötürən
insanlarımız, ailələrimiz, nəsillər-soylarımızdır.
Borçalı əhalisi etnik kimliyini və gələnəkləri,
sosial qaydaları, o cümlədən tərəkəmə-qarapapaq
elatında müstəsna əhəmiyyəti olan ağa-bəy
titullarını və qaçaqçılıq gələnəyini
uzun illər yaşatmışlar. Ağalar-bəylər
tarix boyu xalqa öndərlik etmiş, milli mənafeyi
qorumuşlar. Ermənilər məhz buna
görə dövlət məmurları ilə müsəlman
zadəganlarının münasibətini pozmağa
çalışmışlar, rusiyalı mənur və hərbçilərin
ilk dövrlərdə Qafqaza nabələdliyindən məharətlə
istifadə etmişlər. Qafqaz
xalqlarının mental xüsusiyyətlərinə bələd
olmayan çar məmurları ermənilərin təhriki ilə
türk və dağlılarla ünsiyyətdə kobud səhvlərə
yol vermişlər. Qafqazda, Anadoluda, Türküstanda uzun
müddət xidmət etmiş, Ahıska və Qarsın fəthinin
fəal iştirakçısı olmuş, Abbasqulu ağa
Bakıxanovla birlikdə Ahıska mədrəsəsinin
kitabxanasını müsadirə etmiş, Şərq dillərini
bilən general N.N.Muravyovun xatırladığı kimi, yerli
psixologiyanı bilməyən rusiyalı məmurun Qafqazda sadə
görkəmli ağsaqqala qarşı
sayqısızlığı böyük bir tayfanı
ayağa qaldırmış, iğtişaşlar və
toqquşmalarla nəticələnmişdir. Lakin qabaqcıl rus
ziyalıları, hərbçi və məmurlar son nəticədə
xəbis erməni xislətini anlamış, dağlı və
türk xalqlarına rəğbət və hörmətlə
yanaşmış, A.S.Puşkin, M.Y.Lermontov,
A.A.Bestujev-Marlinski, L.N.Tolstoy kimi böyük rus ədibləri
bu münasibəti öz məşhur bədii əsərlərində
ifadə etmişlər.
Ahıska
kitabxanasının müsadirəsi zamanı baş vermiş,
Qars fatehi adlandırılan general Muravyovun xatırlayıb
sonradan qələmə aldığı təsirli hadisənin
Qafqazdakı tarixi münasibətlər baxımından ibrətamiz
olacağını düşünərək təqdim edirəm
(Òèôëèññêèå Âåäîìîñòè, ¹ 4, 25 ÿíâàðÿ, 1829 ã.). Muravyov yazır ki,
Əhmədiyyə camesindəki kitabxananı araşdırmaq
üçün 70 yaşlı ağsaqqal olan Ahıska əfəndisini
köməyə dəvət etdik. Əlyazmaları
araşdırılan vaxt kitabxanada, bu müqəddəs elm məbədində,
bir top mərmisi tapılır. Mərmi kitabxananın
divarını deşib içəri düşmüş,
amma partlamamışdı. Muravyov mərmini götürüb
ixtiyar əfəndiyə yaxınlaşır və kədərli
təbəssümlə soruşur:
– Hörmətli
əfəndi, bəs bu naməni hansı sıraya yazaq?
Rus
zabitinin bu sözləri qocaya çox təsir edir, sifəti
tutulmuş əfəndi mərmini alıb əlində hərləyir
və dərindən köks ötürüb deyir:
– Bunu isə
bu dünyanın faniliyi haqqında xatirələr cərgəsinə
yazın…
Bu kimi bir
çox siyasi, psixoloji, iqtisadi amillər, məmurların ədalətsizliyi,
yerli mülkədarların zülmkarlığı və erməni
təxribatı Borçalıda Mehralı Bəy, Halay Bəy,
Aslan Bəy kimi əsilzadələri, eləcə də,
Cöyrə oğlu Qara, Şıxlı Məmməd oğlu
Kəjdər, Xaccaoğlu Qəmbər, Cöyrə oğlu Xəlil
kimi sadə zümrədən olan bir çox dəliqanlıları
qiyama qaldırmış, qaçaqçılığa
sövq etmişdir. Borçalının
ağa-bəyləri milli amalla, xalq təəssübkeşliyi
ilə mübarizə aparmış, həmvətənlərinin
hüquq və ləyaqətini qorumuş, tariximizin
şanlı qəhrəmanlıq salnaməsini
yaratmışlar.
Darvazlı Abdulla Bəy oğlu Borçalı
Mehralı Bəyin adı Qafqaz və Osmanlı tarixinə
qızıl hərflərlə yazılmışdır. Zalım məmurlara,
istismarçı zadəganlara və mülkədarlara, erməni
terroruna qarşı mübarizə aparmış, xalqın
haqqını qorumuş Mehralı Bəy həbs və təqiblərə
görə öz atlıları ilə Çıldır
hüdudundan Osmanlıya keçmişdir. Qars-Çıldır
əhalisi Mehralı Bəyin gəlişini bayram kimi
qutlamış, Aşıq Şenlik uca qaya üstündən
“Mehralı Bəy atlıları” koçaklamasını
oxumuşdur. Türk mənbələrində
deyildiyi kimi, Çıldır mahalının əhalisi bu
türkünü Qarsın işğalda olduğu qırx ilin
təsəllisi və qara günlərin “İstiqlal
marşı” adlandırmışdır. Osmanlıya
göstərdiyi müstəsna xidmətlərə görə
Mehralı Bəy Paşa rütbəsinə yüksəlmiş,
beşinci Rütbədən Məcidiyyə Nişanı
(Ordeni) ilə təltif olunmuş, Sivasda qurulan, əsasən
qarapapaqlardan və çərkəzlərdən ibarət
qırx (40) həmidiyyə alayının komandiri olmuşdur.
Qarapapaq alayı ilə ağır görəvlə Yəmənə
göndərilən Mehralı Bəy yalquzaq səhralarda
misilsiz qəhrəmanlıq göstərir, az
bir qüvvə və sursatla, yardımsız, dözülməz
istilərdə və susuzluqda iri miqyaslı üsyanları
yatırır. Yəmən döyüşlərinin
sonlarında, artıq qələbənin əldə
olunduğu vaxt namərd gülləsinə tuş gəlib
şəhid olur. Hərbi birlikləri gəmi
ilə geri dönərkən təxribat nəticəsində
qardaşı yüzbaşı Əli Bəy də şəhid
olur. Mehralı Bəyin xatirəsi
xalqın yaddaşında əbədiləşmiş,
haqqında bu gün də Borçalıda və Türkiyədə
dastanlar və türkülər söylənir. Mehralı Bəy türküsü Atatürkün də
sevimli nəğməsi olmuşdur.
Yaddaşlarda əbədiləşmiş və
türklüyün tarixinə düşmüş öndər
şəxsiyyətlərdən biri də Kəpənəkçi
Emin ağa Acalovdur. Çar məhkəməsi tərəfindən
əsassız təqib edilən, istintaqdan yayınaraq qaçaqılığa
başlayan Emin ağa kiçik dəstəsi ilə
Borçalı, Qars, Ərzurum, İrəvan, Ağbaba,
Ahıska çevrəsində haqq və ədalətin bərpasına
çalışmışdır. Məhkəmə
işinə xitam verildikdən sonra 1905-ci ilə qədər
doğma kəndi Kəpənəkçidə dinc həyat
sürmüşdür. Bu dövrdə Borçalı
və Tiflisdə erməni terroru şiddətləndikdə
Emin ağa bu qətliama biganə qalmamış və 1912-ci
ilə qədər silahlı mübarizə apararaq, əhalini
qırğınından qurtarmışdur. Növbəti dəfə 1917-ci ildə baş
qaldıran erməni terroruna qarşı da Emin ağa silaha
sarılmış və mübarizəsini zəfərlə
davam etmiş, bəyləri, qaçaqları səfərbər
edərək, erməni quldurlarına sarsıdıcı zərbələr
endirmişdir. Bu dövrlərdə erməni
terroru şaxələnərək gürcüləri də təhdid
edir, vəziyyətin gərginliyi türkləri və
gürcüləri 1917-ci ilin yayında Tiflisdə kəndlilərin
qurultayında ermənilərə qarşı
Gürcü-Müsəlman İttifaqını yaratmağa məcbur
edir (V. Qurko-Kryajin. Erməni məsələsi.
Bakı, 1990). Həmin ilin
oktyabrında isə, Gürcüstana ərazi iddiaları
qaldıran həyasızlaşmış ermənilərin
quldur liderləri Tiflisin özündə erməni milli
konqresinə toplaşır, Erməni Milli Mərkəzi və
Milli Şurası yaradılır.
Bu təhlükəli vəziyyət Emin ağa və məsləkdaşlarını
siyasi fəaliyyəti genişləndirməyə vadar edir. Ermənilər
tərəfindən amansız təqib, qətliamlar, qarət
və işgəncələr Borçalı türklərini
çıxılmaz vəziyyətə salır. Heç yerdən dəstək görməyən,
soyqırım təhlükəsi ilə üzləşən
borçalıların dünyəvi və dini liderləri
1918-ci ilin noyabrında Borçalı-Qarapapaq Hökuməti
yaratdıqlarını elan edir, müxtəlf ölkələrə
müraciət edirlər. Bu Hökumət
tezliklə Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinə (Qars
İslam Şurası) birləşir və Emin ağa Qars
Cümhuriyyətinin başqanı seçilir. Mirzə Cəlilin məsləkdaşı, “Molla Nəsrəddin”
dərgisinin yaradıcısı, siyasi-ictimai və ədəbi
xadim Ömər Faiq Nemanzadə isə bu Cümhuriyyətin
Nazirlər Şurasının sədri və Ahıska
Hökuməti Müvəqqətəsinin
başçısı kimi fəaliyyət göstərir.
1919-cu ilin aprelində ingilis ordusu Qars
Cümhuriyyətini buraxır və rəhbərlərini, o
cümlədən Emin ağanı həbs edərək Maltaya
sürgün edir. Azərbaycan Xalq
Cümhuriyyətinin Baş Naziri Fətəli Xan Xoyskinin
xahişi ilə Emin ağa Maltadan Tiflisə göndərilib
Metex həbsxanasına yerləşdirlir. Məhbəsdən
qaçan Emin ağa Qazağa köçərək,
ömrünün sonuna qədər burada yaşayır, 1937-ci
ildə vəfat edir və orada da dəfn olunur.
Qars
hökuməti dağıldıqdan sonra xalqı erməni-bolşevik
terrorundan qorumaq üçün Cənubi Qafqazda
aşağıdakı müvəqqəti hökumətlər
qurulur: Naxçıvan Şurası, Çingiz bəy
hökuməti (Şahtaxtı mərkəz olmaqla Vedi,
Eçmiyazın yörəsi, Zəngibasarın bəzi kəndləri),
Qulp (Duzluca) Şurası, Oltu müvəqqəti hökuməti,
Ağbaba Şurası, Çıldır milli Şurası,
Batum İslam cəmiyyəti, Şəvşət milli
Şurası, Borçalı-Qarapapaq İslam Şurası,
Əcərə və Çürüksu hökumətləri,
eləcə də digər türk yurdlarında Krım
Respublikası, İdel-Ural Respublikası, Türküstan
Respublikası, Dağıstan Respublikası...
Borçalı bəylərindən Əlimərdan bəy
Topçubaşov Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin Sədri olmuş, bu sülalənin digər
nümayəndələri də ölkəmizə ləyaqətlə
xidmət etmişlər. Ahıskadan Osman Sərvər Atabəy,
Borçalıdan Nağı xan, İsrafil ağa Acalov, Nərimanovlar,
Əmircanlılar, Ağalarovlar da tariximizdə iz
buraxmış öndərlərdir. Sarvanın Bayramlı
sülaləsindən İsmayıl ağa, Hüseyn ağa,
Hacıxəlil ağa, Mursaqulovlar sülaləsindən Almaz
ağa, Halay ağa, Təkəlinin Yadigarovlar nəslindən
Sadiq Bəy, Allahverdi Bəy, Xudu Bəy, Mustafa bəy, bu nəsildən
məşhur hərbçilər və generallar Nadir bəy,
Abuzər bəy, Əli bəy, İsrafil bəy, Davud bəy,
Kərim bəy, Həsən bəy, Əsədulla bəy, Vəli
bəy xalqa öndərlik etmiş, tarixi-milli proseslərin
iştirakçısı, vətən, xalq amallı şəxsiyyətlər
olmuşlar.
Zadəganlarla
yanaşı, Borçalının sadə təbəqədən
olan cəsur insanları – Xaccaoğlu Qəmbər, Umud
Salmanlı, Cöyrə öğlu Qara, Sarvandan
Şıxlı Məmməd oğlu Kəjdər, Cöyrə
oğlu Xəlil kimi igidlər də əhalinin
yaddaşında erməni quldurları, əzazil mülkədarlar
və soyğunçu məmurlarla mübarizə aparan el qəhrəmanları
kimi qalmışlar.
Bu bəylərin və el qəhrəmanlarının
başçılıq etdiyi azsaylı qaçaq dəstələri
öz şücaəti ilə hətta çar ordusunun nizami
hərbi qüvvələrini də yenə bilmişlər. Mehralı Bəy, sonradan
imperiyanın daxili işlər naziri olmuş “intriqa sərkərdəsi”
erməni Loris-Melikovun başçılıq etdiyi nizami kazak
qoşununu azsaylı silahdaşları ilə, bu
döyüşün şahidi olmuş el şairi Rəmzinin
yazdığı kimi, “qırıb, peşman etmişdir”:
Loris
Melkon dedi: kəsdim arayı,
Kaptan
Paşa mana vurdu yarayı,
Mehralı
Bəy verməz oldu sırayı,
Qırıldı
qazağım, peşman yeridi...
Cənubi
Qafqazda, o cümlədən Borçalıda türklərin
qaçaqçılıq hərəkatı çarizmə
qarşı müqavimətin və aşağı təbəqələrin
narazılığının təzahürü idi.
Qazax-Borçalı və Ahıska bölgəsinin mədəniyyətinin
və hərb tarixinin dəyərli tədqiqatçısı
Valeh Hacılar türk
qaçaqçılığının milli azadlıq
amalı və sosial amillərlə
bağlılığını belə ifadə edir:
“Borçalı-Qazax mahallarında sinfi qarşıdurmanın
və çarizmə qarşı azadlıq uğrunda
mübarizənin ilk və ən geniş yayılmış
forması qaçaq hərəkatı idi” (Valeh
Hacılar. XIX
yüzillikdə Borçalıda qaçaqçılıq hərəkatı.
Tbilisi, 2003, s.6).
Qaçaqçılıq hərəkatı
bolşeviklərin dövründə də mövcud olub və
1940-cı illərə qədər davam edib. Bolşeviklər
qaçaq hərəkatını öz sinfi ideologiyalarına
uyğunlaşdırmaq istəsələr də, bu cəhd
baş tutmur. Qafqazda
qaçaqçılıq, Orta Asiyada basmaçılıq,
Şimali Qafqazda abreklik bolşevizmlə toqquşur. Bu
proses Borçalıda da izlənir. 1918-ci ildə
hərbi eşelonla Ermənistandan qayıdan erməni-bolşevik
qoşunu Sarvan dəmiryolu stansiyasında (başqa adla “Sandar”
stansiyası) dayanır, yerli əhali ilə konflikt yaranır
və atışma başlayır. Bu xəbəri
eşidən Sarvandan Bayramlı Hacıxəlil ağa öz dəstəsi
ilə yetişərək, bolşeviklərin hərbi
eşelonunu ərazini tərk etməyə məcbur edir.
V.L.Veliçko Qafqazda qaçaqçılıq hərəkatı
və bu hərəkatda ermənilərin təhrikedici rolu
haqqında maraqlı məlumat verir. Azərbaycanlıların Xan Baba
(Bakı qəzası), Qaçaq Kərəm (Gəncə qəzası),
Halay Bəy Mursaqulov (Borçalı) kimi
qaçaqlarının çar məmurlarının ədalətsizliyindən
qaçaqlığa başladıqlarını, kasıblara,
qadınlara, uşaqlara qətiyyən
toxunmadıqlarını, əksinə, köməksizlərə,
fəqirlərə yardım etdiklərini, məzlumların
haqlarını qoruduqlarını yazan Veliçko azərbaycanlı-müsəlman
qaçağının öz mənəvi-əxlaqi keyfiyyətlərinə
görə “cibində fəlsəfə doktoru diplomu və
vizit kartında fəxri adı göstərilən çox
hörmətli xristian-ermənidən... hiyləgər
tülküdən” qat-qat üstün olduğunu bildirir:
“Aclıq döyüşkən adamı qarətçi edə
bilər... hörümçək ermənilər tərəfindən
maddi istismara məruz qalan və müxtəlif idarələrdəki
rus mundirli adamların həmişə erməniləri
müdafiə etdiyini görən təbiətən
çılğın və döyüşkən tatar
özgə nə etməlidir?..”
Veliçko Azərbaycan qaçaqlarının ermənilərə
qarşı mübarizəni də ləyaqət və mərdliklə
apardığını göstərir. Borçalının
Qızılhacılı kəndindən olan, mərdliyi,
şücaəti və alicənablığı ilə ad
çıxarmış, məşhur əsilzadə nəslinin
nümayəndəsi Halay Bəy Mursaqulovu çar məmurları
haqsız həbs etmişlər. Veliçko
yazır ki, Halay Bəyin qohumu saxtakarlıq edərək onun
mülkünü zəbt etmiş və sonra da
nişanlısını qaçırmışdır. Təbii ki, Halay Bəy bu təhqirə dözə
bilməzdi və o, həmin adamı öldürür. Veliçko bu məqamın qafqazlı
üçün anlaşılan olduğunu, ancaq çar məmurlarının
bunu qavramadığını, Bəyi həbs edərək
Sibirə sürgün etdiklərini yazır. Müəllif vurğulayır ki, çar məmurları
formalist olmasaydılar, yerli anlayışları qavrayıb mərd
və cəsur Halay Bəyi əfv etsəydilər, yaxud orduya
göndərsəydilər, o, hökumətə sədaqətlə
qulluq edər, qəhrəman olardı. Lakin
məmurların “küt formalizminə”, yerli psixologiyanı
anlamadığına görə, savadlı, hökumətə
loyal olmuş Halay Bəy Sibir sürgünündən
qaçaraq qaçaqçılığa
başlamışdır. Alicənab Halay Bəyin
qaçaqlığı da mərdanə olmuşdur. Veliçko yazır ki, Halay Bəy bir-neçə nəfərlə
100-dən çox adamdan, əsasən, hərbçilərdən
ibarət karvanı basarkən, qadınların zinət əşyalarının
çoxunu özlərinə qaytarmışdır. Dörd silahdaşı ilə hərbçilər tərəfindən
ciddi qorunan, erməni varlılarının dincəldiyi Borjoma
enib, xalqı istismar və təhqir edən milyonçu erməni
qadınına çay dəmlətdirib özlərinə
qulluq etdirmiş, bununla da onun nüfuzunu
sarsıtmışdır. Müəllif
yazır ki, bu hadisə erməni varlılarının
istismarından və həyasızlığından təngə
gəlmiş yerli əhaliyə ləzzət etmişdir.
«Ermənilərin orada (Qafqazda – A.H.) XIX yüzilliyin birinci
yarısında böyük miqdarda peyda olduğunu» deyən
V.L.Veliçko, yalnız 1828-1830-cu illərdə Cənub
Qafqaza «qırx mindən artıq İran və səksən
dörd mindən artıq Türkiyə erməniləri gətirilərək
Gəncə və İrəvan quberniyalarının ən yaxşı
dövlət torpaqlarında yerləşdirilmiş, bu ermənilər
Gəncə quberniyasının dağlıq hissəsi və
Göycə gölü sahillərində müsəlmanların
şəxsi torpaqlarında məskunlaşdırılmışdır.
Eləcə də,
yalan şəhadətlə torpaqsız gəlmə
ermənilər nəhəng dövlət torpaqlarını
tutmuşlar» yazan N.İ.Şavrov, V.Veliçko,
İ.Çavçavadze, A.S.Puşkin, A.S.Qriboyedov
(A.Qriboyedovun ölümünə erməni şərəfsizliyinin
səbəb olmasını S.N.Beqiçev, İ.O.Simonin,
N.N.Muravyov kimi rus şahidlər özləri təsdiqləyir.
Bax: Äâå âåðñèè îäíîé òðàãåäèè // Çà ñòåíîé
Êàâêàçà. Ì., 1989, ñ. 468-479; Asif Hacılı. Vəzir
Muxtarın ölümü: müsəlman fanatizmi, yaxud erməni
fitnəsi // “Mütərcim”, 2012, 1-2) təəccübləndirən
erməni saxtakarlığı daim türk mədəniyyətinə,
abidələrimizə, məzarlarımıza, musiqimizə,
folklorumuza, mətbəximizə də tətbiq olunub.
Bir çox rus, avropalı,
amerikalı ziyalılar Qafqaz müsəlmanlarının, ilk
növbədə, Azərbaycan türklərinin tarixi faciələrinə,
eləcə də rusların burada düçar olduğu
konfliktlərə məhz ermənilərin səbəb
olduğunu, ermənilərin türklərdən fərqli
olaraq, ruslara patoloji nifrət bəslədiyini
və hər məqamda xəyanət etdiyini,
“hörümçək-ermənilərin” müsəlmanları
çar məmurlarının köməyi ilə
amansızlıqla istismar etdiyini, torpaqlarını
tutduğunu, Gürcüstanı erməniləşdirməkdə
olduqlarını konkret faktlarla göstərirlər.
1846-1851-ci illərdə Tiflisdə Zaqafqaziya
canişininin dəftərxanasında işləmiş, Azərbaycan
dilini və mədəniyyətini öyrənmiş məşhur
rus ədibi Yakov Polonski də əsərlərində
Borçalı qaçaqlarının alicənab xarakterini tərənnüm
etmişdir. Tədqiqatçılar prof. Murtuz Sadıxov və
ptof. Valeh Hacılar onun natamam “Karvan” poemasının (1851)
baş qəhrəmanının («Òàìóð-Ãàñàí», «Òàø-Òàìóð», «Òàìó»
adlarıyla) prototipinin Borçalı mahalının
Qasımlı kəndindən Daşdəmir Ağa olduğunu
təsdiqləmişlər.
Dediyimiz kimi, yalnız əsilzadələr deyil,
sadə insanlar da zülmə boyun əyməmiş və
mübarizəyə qalxmış, öz sərkərdəlik
istedadı, cəsarəti və ədaləti ilə xalq
arasında ad çıxarmışlar. Borçalının
məşhur qaçağı Cöyrə oğlu Qara
çar üsul-idarəsi, yerli soyğunçular və
istismarçı ermənilərlə mübarizə
aparıb, zalım mülkədarları və ədalətsiz
məmurları cəzalandırıb, yoxsulların, zəhmət
adamlarını haqqını qoruyub. Adil bəylər, o
cümlədən Halay Bəy, İsmayıl ağa,
Qasımlı Aslan ağa Cöyrə oğlu Qara ilə isti
münasibətdə olub. Sonradan çar idarəçiliyi ilə
düz gəlməyən, yerli müftəxorlar və
zalımlarla toqquşan Halay Bəy Mursaqulav və Aslan Ağa
dağlara çəkilib, qaçaq düşdükdə
Cöyrə oğlu Qara ilə silahdaşlıq ediblər.
Borçalının Qaçaq Nəbisi
sayılan, maarifpərvər şəxs, N.Nərimanova
Qızılhacılıda məktəb fəaliyyətində
yardım edən, başqalarını təşviq
üçün öz bacısını bu məktəbə
yazdıran Cöyrə oğlu Qaranın həyat yolu və əhvalatları
bir dastan mövzusudur. Cöyrə oğlu
Qara erməni terroruna qarşı fəal mübarizə
aparıb: 1918-ci ildə qatil Andronikin
başçılığı ilə ermənilər böyük
dəstə ilə Qızılhacılıya hüçum edərkən,
Cöyrə oğlu Qara onların qarşısını kəsib
darmadağın edib; Andronikin 800 nəfərlik
qoşunu və ətraf erməni kəndlərinin namərd
sakinləri Çörük-Qəmərliyə hücum edəndə
Cöyrə oğlu Qara Qızılhacılıdan İsrafil
Ağaya köməyə yetişib, ağ atlı və
ağ çərkəzi paltarlı Qaçaq Qaranı
görən ermənilər vahimə içində
qaçışıb. Cöyrə oğlu Qaranın dəstəsi
Axılkələk, Boqdanovka tərəflərdə türklərə
divan tutan ermənilərin daşnak-quldur dəstələrini
də Yel dağındakı döyüşdə
böyük itkilərə məruz qoyub. Cöyrə oğlu
Qara xalq arasında məşhur olub və sevilib, haqqında rəvayətlər,
nəğmələr qoşulub. Sovet dönəmində
bunlar unutdurulsa da, bəziləri xalqın yaddaşında
qalıb.
Bu rəvayətlərdən birində deyildiyinə
görə, Tiflisdə, Meydanda kələkbazların felinə
düşən, pulu əlindən çıxan və çətin
vəziyyətdə qalan Faxralı şair Nəbi bu dar məqamda
bədahətən qaçaq Qaranı anır:
Hardan
alım Cöyrə oğlu Qaranı,
Çəkə xəncərini, kəsə aranı.
Təsadüfən
Şeytanbazarda olan Qara yetişərək məsələni
çözür... Sovet dönəmində ermənilərin
fitnə-fəsadı ilə Cöyrə oğlu Qara təqib
olunur, 1928-ci ildə həbs edilir, 1929-da
öldürülür. 1933-cü ildə
ailəsi Qazaxıstana sürgün edilir. Cöyrə
oğlu Qaranın dəstəsinə babam Məhəmmədin
bacısı oğlu Sarvanlı Kəjdər Şıxlı
Məhəmməd oğlu da üzv olub...
Borçalıların, Sarvan şəhərinim əhalisinin
həyat tərzi, xarakteri həm də bu mahalın
özünəməxsus coğrafiyasından, füsunkar təbiətindən,
rəngarəng ətraf mühitindən gəlir. Babakər, Ləlvər,
Qaradağ, Yağlıca dağlarını,
Güllübağ, Ağqula, Ağkörpü, Mollaoğlu,
Xocerin, Sadaxlı meşələrini, bol sulu Kür,
Anaxatır, Əlgət çaylarını, Pərvanə,
Gümüş, Armudlu kimi dumduru gölləri, gur
bulaqları, düzənləri, yarğanları, təpələri
əhatə edən bu bölgənin coğrafi rəngarəngliyi
əhalinin həyat tərzinin, etnoqrafiyasının müxtəlifliyinə,
çoxşaxəli təsərrüfatın
formalaşmasına səbəb olub. Təbii şəraitə
uyğun olaraq, qışlaq – yaylaq arasında tərəkəmə
heyvandarlığı və selləmə suvarmaya əsaslanan
əkinçilik əsas təsərrüfat növləri kim inkişaf edib.
Lakin 1921-ci ildə boışeviklər tərəfindən
Borçalının iki hissəyə parçalanması və
Dağ Borçalı adlanan cənub hissəsinin Ermənistana
verilməsi borçalıların tarixi taleyinə,
güzaranına və təsərrüfatına ağır zərbə
vurub.
Qaraxaç (indiki Cavaxet) və Ağlağan (indiki Bazum)
dağ silsilələri boyu yerləşən Loru-Pəmbək,
Cəlaloğlu, Ağbaba (Amasya), Allahverdi, Kalinino, Abaran (indiki
Noyamberyan) kimi yeraltı və yerüstü sərvətləri
ilə zəngin mahallardan ibarət Dağ
Borçalının tarixi ərazilərinin bolşeviklər
tərəfindən ermənilərə verilməsi ilə,
xalqımıza qarşı müdhiş cinayət törədilib.
Əzəli Azərbaycan torpaqlarında yeni
yaradılmış qondarma erməni dövlətinə əlavə
olaraq Borçalının dağlıq hissəsinin verilməsi
milli-mənəvi, tarixi-siyasi faciə oldu, ənənəvi həyat
tərzinə, insani əlaqələrə, iqtisadiyyata,
demoqrafiyaya, xalqın bütöv orqanizm kimi yaşamına
sağalmaz zərbə vurdu. Dağ
Borçalının Ermənistana verildikdən sonra qarapapaq
türklərinin xeyli hissəsi Osmanlıya köçdü.
Bolşeviklər bununla kifayətlənməyərək,
türklərə qarşıı növbəti cinayəti
1944-cü ildə törətdirlər – Krım, karaçay,
balkar, Ahıska türkləri ilə bərabər 1944-cü
ildə qarapapaqlar da Orta Asiyaya sürgün edildi. XX
yüzilliyin sonlarında isə Dağ Borçalıda, Qərbi
Azərbaycandakı digər mahallarımızda qalmış
soydaşlarımız hamılıqla yurdlarından
çıxarıldı.
... Bu
yaxınlarda Tovuz sınırlarında ölkəmizə
qarşı silahlı təcavüz törədilən,
qondarma Tavuş adı verilmiş ərazi də erməni əsarətində
olan yurdumuz Dağ Borçalının bir hissəsidir...
Bu məqamda,
istedadlı alim, tərcüməçi, şair, rəhmətlik
Arif Abdullazadənin fəhmlə söylədiyi sətirlər
yada düşür:
Torpağımız
həmsərhəddi torpağımızla,
Torpağımız
həm də səddi torpağımıza,
Torpağımız
həm də dərddi torpağımıza,
Qoca
dünya özbaşına fırlanır hələ...
Ərazisinin bölünməsi Aran Borçalıya xas
bir çox tarixi təsərrüfat növlərini və ənənəvi
əlaqələri sarsıtdı, əhali yeni şəraitə
uyğunlaşmağa məcbur oldu. Tarixən heyvandarlıq, əkinçilik,
dəmirçilik, xarratlıq, dulusçuluq,
xalçaçılıq, boyaçılıq kimi peşələrin
geniş yayıldığı Aran Borçalıda ticarət
və sənaye, ictimai iaşə və xidmət sahələri
inkişaf etməyə başladı.
Kür, Əlgət, Anaxatır (Xram), Debet
çayları axan bölgədə
bağçılığın və
bostançlığın inkişafı ilə emal sənayesi
genişləndi. Beləliklə, Yağılca
düzü, Babakər, Ləlvər dağları ilə əhatələnmiş
Sarvan mühüm kənd təsərrüfatı, emal sənayesi,
ticarət mərkəzinə və tranzit qovşağına
çevrildi.
Bütün Borçalıda olduğu kimi, sarvanlılar
da tərəkəmə həyatının başqa bir
mühüm atributunu – təsərrüfat və istirahət əhəmiyyətli
yaylaqları və köç gələnəyini qoruyub
saxlamışlar. Borçalıda hər kəndin öz
yaylaq sahəsi var. Sarvan əhalisinin ənənəvi yaylaq
yeri Barmaqsız (Zalqa) mahalında, Dəlidağ çevrəsindədir.
Gur çəmənlik və şəfalı
bulaqlarla, o cümlədən babam Nayvəlinin adıyla
bağlı buz bulaqla məşhur olan həmin ərazi bu
gün də sarvanlıların sevimli yaylaq, istirahət və
məclis yeridir. Qeyd edək ki, Sarvan qonaqpərvərliyi,
dadlı-duzlu, sazlı-sözlü məclisləri, müxtəlif
xalqların mətbəxinin sintezi olan çeşidli və ləzzətli
süfrəsi ilə məşhurdur. Lakin
mətbəxdəki yeniliklərə və rəngarəngliyə
baxmayaraq, əsl sarvanlılar üçün süfrənin
şahı klassik tərəkəmə yeməkləri olan
qurutlu xəngəl və sadə bozartma ilə qovurma,
şirniyyatdan isə qatlama olaraq qalır.
Qarapapaq-tərəkəmə ruhunda yaylaq
anlayışının məhrəm duyğu və
detallarını Sarvanlı ədib Abdulla Şaiq
“Köç” hekayəsində uşaq dili ilə gözəl
təsvir edib.
Sarvanın köklü sakinləri olan Abdulla
Şaiqi və nəslini sarvanlılar dərin hörmətlə
anır. Görkəmli ədib Abdulla Şaiqin
böyük qardaşı Axund Yusif Ziya Mustafa oğlu
Talıbzadə – dövlət xadimi, hərbçi, diplomat
olmuş, Tiflis, Xorasan və Bağdadda yüksək dini savad
almış, Naxçıvanın ilk hərbi komissarı
işləmişdir. Bolşeviklərin məqsəd və məramını
qəbul etməyən, Yusif Ziya bu vəzifədən istefa verərək
Orta Asiyaya gedib sovetlərə qarşı basmaçı hərəkatına
qoşulmuş, bu hərəkatın komandanı Ənvər
paşanın müavini görəvində Qırmızı
ordu ilə döyüşlərdə şəhid
olmuşdur. Yusif Ziya Talıbzadənin adı
sovet dövründə yasaqlanmış və son vaxtlara qədər
ctimaiyyətə məlum olmamışdur. Bu nəslin əcdadı
– Abdulla Şaiqin və Yusif Ziyanın atası, Abdulla
Şaiqin oğlu, görkəmli alim akademik Kamal Talıbzadənin
babası, Sarvanın Talıblılar nəslindən Axund
Mustafa Axund Süleyman oğlu Zaqafqaziya
Şeyxülislamının müavini, Qafqaz diyarının
qazisi və Şiə Ruhani idarəsinin üzvü
olmuşdur. Geniş torpaq sahələri və yaylaq yerləri,
Sarvan dağlarında adına məşhur
bulaq olan, dini savadlı, ərəb və rus dillərini
yaxşı bilən, çar hökumətinin vergi sistemində
işləmiş ulu babam Nayvəli Axund Mustafa ilə yaxın
münasibətdə olmuşdur. Ata tərəfdən
nənəm Mileyla Söyün qızının anası Yetər
Cümbül qızı da Mustafalılar nəslindəndir,
Abdulla Şaiqin qohumudur. Mileyla Söyün
qızının ata tərəfdən nənəsi Molla
Qızlarbəyim isə Sarvanın seyid nəslindən savadlı
və bilikli xanım olub.
Abdulla
Şaiqlə bağlı bu böyük şəxsiyyətin
xarakterini bəlirləyən bir əhvalatın da maraqlı
olacağını düşünürəm: sovet rejimi
ziyalıları sınamaq üçün şəhərdə
şayiə yayır ki, Hüseyn Cavid azad edilib və filan
vaxtda gəmiylə dəniz limanına (və ya dəmiryol
vağzalına) gələcək. Həmin vaxtda limana Abdulla
Şaiqdən başqa heç kim gəlmir...
... Abdulla Şaiqin vəsf etdiyi köç
yollarında, sarvanlıların yaylaq yeri olan Barmaqsızda,
Sarvan kəndinin əkizi olan Dağ Sarvanı yerləşir.
Yəni aran-dağ həyat tərzinə
uyğun olaraq, Sarvan cüt kəndlər quruluşu ilə
formalaşıb – Aran Sarvanı (Marneuli şəhəri) və
Barmaqsız (Zalqa) rayonunda Ərcivan Sarvanı (Dağ
Sarvanı) mövcuddur. Eyni adlı sakrebulonun inzibati mərkəzi
olan Ərcivan Sarvanının 300 il əvvəl
Aran Sarvandan yaylağa gedənlər tərəfindən
salımdığı deyilir.
Borçalı yaylaqları yalnız təbiət
baxımından deyil, tarixi-mədəni məkan kimi də zəngin
və məchul mənəvi aləmdir.
Barmaqsız (Zalqa) rayonu dağlıq ərazi
olduğundan bir çox qədim etnik, etnoqrafik, mədəni,
dil özəlliklərini qoruyub saxlayıb. Burada
gürcülər, Azərbaycan türkləri, ayrım, aysor,
molokan, alman, ermənilərdən başqa tarixi mənşə
və mədəniyyətinə görə maraqlı və
elə də geniş tanınmayan ernik qrup – berzenlər
(urumlar) – türkcə danışan, əksərən
özünü yunan hesab edən xristian (ortodoks) toplumu da
yaşamış və bu gün cüzi sayda yaşamaqda davam
edirlər. Berzenlər əsasən
heyvandarlıq və sənətkarlıqla, xüsusən,
daş, mərmər, qranit işi ilə məşğul
olmuşlar. 1990-cı illərdəki
ağır iqtisadi vəziyyət zamanı berzenlərin əksər
hissəsi Yunanıstana köçüb və onların
mülklərinin çox hissəsini beynəlxalq erməni
mafiyasının və kilsəsinin maliyyələşdirdiyi
ermənilər kələkbazlıqla və
insafsızcasına çox ucuz qiymətə alıblar.
Türkdilli urumların başqa bir hissəsi Krımda
yaşayıb, sonradan çar hökuməti onları
köçürərək, Ukraynanın Mariupol əyalətində
yerləşdirib. Sovet dövründə Gürcüstan berzenlərinin
müəyyən hissəsi Şimali Qafqaza, Rusiyanın
Stavropol vilayətinə köçürülüb və qədim
türk məskənləri olmuş Beştau (Pyatiqorsk),
Acısu (Kislovodsk), Həsəntiki (Yessentuki), Temirxan-kala
(Jeleznovodsk), İssi-su (Qoryaçevodsk) kimi şəhər və
qəsəbələrdə məskunlaşdırılıb.
Vaxtilə Osmanlıdan Qafqaza və Krımdan
Mariupola köçürülmüş urum-berzenlərin
etnik mədəniyyətində türklük güclü yer
tutur. Bəzi maraqlı məqamları diqqətə
çatdırmaq istərdim: urum folklorunda, o cümlədən
“Koroğlu”nun urum versiyasında, təmasda olduqları
bütün xalqlara iztirab və faciələr gətirmiş
ermənilər xristian urumların da əsas düşməni
kimi göstərilir:
...
Dağıstan çölüne çıxar canımız,
Ermeninin əlindən
axar qanımız...
Urumlar “İncil”i türk dilində, yəni öz
türk ləhcələrinə olan tərcümələrdə
oxuyur. Türk folkloruna xas əksər janrlar, dastanlar,
şeir növləri, musiqilər, rəqslər, nəğmələr
xalq yaradıcılığında geniş təmsil olunub.
Müğənniləri tərəfindən Azərbaycan
və Türkiyə nəğmələri geniş ifa edilir.
Xristian ayinləri ilə qədim türk mərasim
və inanclarının sintezi izlənir.
Vaxtilə Gürcüstandakı məskənlərindən,
səfalı və bərəkətli torpaqlardan yaxşı
həyat dalınca Yunanıstana köçmüş
urum-berzenlər bu gün doğma yurdları Barmaqsızın
– Zalqanın həsrətini çəkir, bu xiffət
onların türkcə manilərində, nəğmələrində
ifadə olunur.
Zalqa berzenlərinin folkloruna xas vətən həsrətli mətnlərdən
topladığım bəzi nümunələri təqdim edirəm:
Zalqamız
köçdü gidər,
Su kimin axar gidər.
Zalqamız
köçdü gidər,
Su kimin axar gidər.
İnsanlar
gözü yaşlı,
Ürəgim yaxar gidər.
İnsanlar
gözü yaşlı,
Ürəgim yaxar gidər.
Bağlandı
baca qapı,
Ah bənim
dərtli Zalqam.
Bağlandı
baca qapı,
Ah bənim
dərtli Zalqam.
Gürcüstanin
yollari,
Nə güzəldir dağlari.
Gəlin
gidəx biz orya,
Tütdurax ocaxlari.
Oğul,
uşax dağıldi,
Kövlər sahabsız qaldi.
Gəzir
ana, babalar,
Gözlərində yaş ğaldi.
Dərdim
çoxdir kimsələr görməz,
Zalqadan çıxdıq üzümüz gülməz.
Ayrılığa
dayanamam bənim Zalqam,
Ürəg görüb geri gidilməz.
Ayrılığa
dayanamam bənim Zalqam,
Ürəg görüb geri gidilməz.
Unudulmaz o
qarli dağlar,
Atəş düşdügi yeri yaxar.
Yürəgimdə
yaralıyam,
bənim
anam,
Zalqa
yürəgimizi yaxar...
Bəli,
vətən həsrəti ürəkləri yaxar, gözlər
yaşlı qalar, oğul-uşaq dağılar, bu
ayrılığa dayanılmaz! İnanıram
ki, borçalıların, ahıskalıların,
urumların, eləcə də gürcülərin nəğmələrlə
süslədiyi o dumanlı dağlar, çiskinli yaylalar,
göy çəmənlər, buz bulaqlar, qayalardan yonulmuş
məzarlıqlar unudulmayacaq, azğın erməniyə
qalmayacaq. Şükür ki, son illər
yaylaqlarımız şenlənib, yurddaşlarımız hər
yay avqustun əvvəli müxtəlif ölkələrdən
Borçalıya gələrək, yaylaqlarımıza
qalxıb bayramlaşır, Sarvanoba və digər kəndlər
də öz şənliklərini keçirir, yurd sevgisini
çocuqlara, gənclərə aşılayırlar.
... Nəhayət, Sarvan yaylaqlarından enək Sarvan
şəhərinə. 1932-ci ildən Borçalı,
1947-ci ildən Marneuli adlandırılmış, 1964-cü ildən
şəhər statusu verilmiş Sarvan 73 kəndi və 100
mindən çox əhalisi olan rayonun, keçmiş
Borçalı qəzasının, indiki Marneuli munisipalitetinin
inzibati mərkəzidir. Marneuli indiki Bolnisi,
Dmanisi, Qardabani, Tetriskaro, Zalqa iıə birlikdə, mərkəzi
Rustavi şəhəri olan Kvemo-Kartli regionuna daxildir. Tiflisdən 30 kilometr cənubdadır, qərbdən
Azərbaycan, cənubdan Ermənistanla həmsərhəddir.
Dəniz səviyyəsindən 420 metr yüksəklikdə
olan şəhərin 25 mindən çox əhalisinin 90 faizə
qədəri qarapapaq soylu Azərbaycan türkləridir.
Adı da, mənşəyi də, mahiyyəti də türk
olan aşağıdakı Sarvan nəsilləri bu
torpaqların əzəli sakinləri, yüz illərlə
gürcülərlə dostluq etmiş, çörək kəsmiş,
dar gündə onlara arxa durmuş köklü qarapapaq
soylarıdır: Alaxançallılar, Anteslər,
Bayramlılar, Bebanlar, Bədəllilər (Bədəlovlar), Cəfərlilər,
Çıldırlılar, Darğallılar, Dəmirçilər,
Gərəkməzlilər, Gülməmmədlilər,
Hacallılar (Hacalovlar), Hacıyevlər (Nayvəlilər),
Hasanuşağı, Hümbüllər, Hüseynovlar, Həzilər,
Xaslar (Xasməmmədovlar), Xaccauşagı, Xudular, Kələlər
(Kələyevlər), Qabulovlar, Qanlılar, Məşədiəlləzlər,
Məmmədxanlılar, Mustafalılar, Minasazlılar,
Novruzlular, Seyidlər, Şəriflilər, Talıblılar,
Yavıxlılar (Yaqubovlar), Yetirmişlilər...
Qədim
yolların üstündə olan Sarvan bir çox tarixi hadisələrə
şahidlik edib: 1625-ci ildə İran qoşunu ilə
gürcülərin tarixi Marabda döyüşü; 1918-ci
ilin dekabrında Gürcüstana xaincəsinə hərbi təcavüz
etmiş işğalçı Ermənistan ordusu ilə
Anaxatır çayının sahilindəki həlledici
döyüş; 1921-ci ildə bolşeviklərlə
silahlı toqquşma; 20-30-cu illərdə zorakı kollektivləşməyə
qarşı qiyam məhz Borçalı ərazisində
baş verib...
Borçalıların
əcdadları, qədimlərdən bu torpaqlarda məskunlaşmış
yerli türklər bütün dövrlərdə
gürcülərlə dost, qardaş və müttəfiq
olublar, gürcü dövlətçiyinin qorunmasında
böyük rol oynayıblar. XI əsrdə Qərbə
doğru qıpçaqların şimaldan, oğuzların cənubdan
yeni axını başlayır. Gürcülər bu
türkləri «yeni qıpçaqlar» («kivçakni axalni»)
adlandıraraq, yunan, gürcü, ərəb mənbələrinin
“yerli”, “bizim”, “buntürklər”, böyük şərqşünas
və qafqazşümas alim, akademik N. Y. Marrın «avtoxton»
adlandırdığı yerli türklərdən fərqləndirirlər.
Qurucu Davidin dövründə türk-gürcü
ittifaqı xüsusilə güclənir, yeni
türk-qıpçaq soyları Gürcüstanın siyasi həyatında
həlledici rol oynayır. «Şəhər və
qalaların qorunmağı, hətta öz drujinası»
üçün də qoşunu olmayan çar Qurucu David
1118-ci ildə qıpçaqları köməyə
çağırır. «Açıq bənizli, sarı
saçlı, mavi gözlü» qıpçaqların (rus mənbələrində
«polovslar», kumanlar) Qafqazdakı hökmdarı Artık xan (Atrak
xan) Qurucu Davidin qaynatası idi və onun dəvətini qəbul
edib 50 minlik ordu, ümumilikdə 300 minə qədər adamla
gələrək Gürcüstanın cənubunda yerləşir
(Êàðòëèñ Öõîâðåáà. Èñòîðèÿ Ãðóçèè. – Òáèëèñè, Èçäàòåëüñòâî ÀÐÒÀÍÓÄÆÈ,
2008, c. 189). Qıpçaqlar Atrak Saruxanın
başçılığıyla səlcuq-oğuzları məğlub
edərək, 1121-ci ildə Tiflisi alır,
Gürcüstanın paytaxtına çevirir və
qohumları olan Baqratlılara, Qurucu Davidə
bağışlayır. Qıpçaqlar
nəinki gürcü dövlətini qoruyub saxlayır, hətta
Qurucu Davidin fəal xarici ekspansiyalarının da təminatçısı
olurlar. III Georginin və Tamarın hakimiyyəti
dövründə də on minlərlə «yeni qıpçaq»
Gürcüstana dəvət olunmuş, istədikləri yerlərdə
yerləşdirilmiş yeni qıpçaqlar ölkənin hərbi,
siyasi, maliyyə işlərinə rəhbərlik etmiş,
XII əsr gürcü intibahının rəhni olmuşlar.
Gürcüstanın ən parlaq
çağlarının baş komandanları Kubasar, Qutluq
Arslan qıpçaq orduları ilə Gürcüstanın
rifahına şərait yaratmışlar. Bu
dövrdə Gürcüstanda türk-qıpçaq dili
geniş istifadə olunmuş, gürcü dövlətçilik,
hərb terminləri əsasən qıpçaq sözlərindən
yaranmışdır.
Qeyd edək
ki, Gürcüstanda əksər tarixi dövrlərdə,
Borçalıda isə indiyədək türk dili əsas
ünsiyyət vasitələrindən olub: «Keçmişdə
geniş ərazidə (o cümlədən
Gürcüstanın xeyli hissəsində) ünsiyyət dili
funksiyasını yerinə yetirmiş Azərbaycan dilini
çox vaxt azərbaycanlılarla qonşu olan gürcü əhali
də bilib, azərbaycanlılara isə digər xalqlarla təsərrüfat
ünsiyyətində gürcü dilini bilməyə
böyük ehtiyac olmayıb» (Í.Ñ.Âîëêîâà. Ýòíè÷åñêèå ïðîöåññû â Ãðóçèíñêîé ÑÑÐ // Ýòíè÷åñêèå è êóëüòóðíî-áûòîâûå ïðîöåññû íà Êàâêàçå. Ì., 1978, Ñ.17
N.S. Volkova. Gtniçeskie proüessı v truzinskoy SSR.// Gtniçeskie i kulğturno–bıtovie
proüessı na Kavkaze. M., 1978, s. 17).
Xristian qıpçaqlar Gürcüstanın bir çox
yerlərində öz dini ibadətgahlarını, o cümlədən
məşhur qıpçaq məbədi olan
«Qıfçax-avank» monastırını (À.Å.Êðûìñêèé. Íèçàìè è åãî ñîâðåìåííèêè. Á., 1981, ñ. 173) tikərək istifadə
etmişlər. Qıpçaqların Gürcüstana belə həvəslə
dəvət olunması barədə Ukrayna Elmlər
Akademiyasının qurucusu, 60-a qədər dil bilən, dünyacaməşhur
fenomenal Krım-tatar alimi Ağatanğel Efim Qırımlı
(Aqafangel Yefimoviç Krımski) yazır: «XII əsrdə bu
qıpçaqsevərlik gürcü
çarlığının irsi ənənəsi
olmuşdur» (Êðûìñêèé,
c.173).
... Ermənilər
də öz tarixi-irsi xislətinə sadiqdirlər: son 150 ildə
kütləvi məskunlaşdıqları Samsxe-Cavaxeti
regionunu bu gün də təhlükəli erməni
terrorçuluğu və separatçılığı mərkəzinə
çeviriblər... Kvemo-Kartlidə ərazi iddiaları və
təxribatdan əl çəkmirlər, erməni əhalinin
sayını süni şəkildə artırmağa
çalışırlar... Abxaziyada konflikt zamanı Baqramyan adına batalyon yaradıb 1990-95-ci illərdə
öz dindaşları olan gürcülərə qarşı
amansızcasına döyüşüb, mülki gürcü
əhalisini qətl edib, işgəncələr verib, təhqir
və qarət eləyib, yurdlarından didərgin
salıblar... Son illərdə isə, artıq
Abxaziyanın dord rayonunda erməni muxtariyyəti
yaradılması tələbi ilə fəaliyyətə
başlayıblar.
... Elə bu günlərdə Ninosminda rayonunda
yaşayan azərbaycanlı əhalinin otlaqlarına yiyələnməyə
cəhd ediblər və toqquşma baş verib. Ahıska
Universitetində təhsil alan Azərbaycan
vətəndaşları, Ahıska türkü olan tələbələrə
və orada yaşayan ailəyə basqın ediblər. Polis tələbələri Azərbaycana evakuasya etməyə
qərar verib.
Gürcü xalqı ilə tarixi dostluğa həmişə
sadiq olmuş borçalılar isə bu gün də
Gürcüstanın mənafeyini uca tutan sadiq vətəndaşlar
olaraq, suveren dövlət quruculuğunda fəal iştirak
edirlər.
Gürcüstan Respublikasının 1991-ci il
İstiqlal Bəyannaməsini imzalamış
istiqlalçı deputatlardan biri Sarvanlı millət vəkili,
ictimai-siyasi xadim Akif Həsənovdur. Borçalıda
yaşayan soydaşlarımız öz zəhməti, zəkası,
bilik və bacarığı ilə Gürcüstanın
müstəqilliyinə və inkişafına layiqli töhfələrini
verirlər.
Eyni
zamanda indiki Marneuli rayonundakı öz doğma
yurdlarını – Sarvan şəhərini və
Qızılhacılı, Gorarxı, Candar, Qaçağan,
Baydar, Keşəli, İlməzli, Kosalı, Lejbəddin, Təkəli,
Əmbərli, İmir, Saral, Sadaxlı, Kirəc
Muğanlı, Xancığazlı, Seyidxocalı,
Qayaxocalı, Axılmahmudlu, Ağqula, Daştəpə,
Ulaşlı, Kürüstü Kəpənəkçi,
Sahbuzlu, Baytallı, Mamay, Ağaməmmədli, Bəylər,
Hallavar, Mollaoğlu kimi tarixi məskənləri şenləndirirlər.
25 mindən çox əhalisi olan Sarvan şəhəri
bu gün sürətlə inkişaf edir, burada milli ənənəmiz
gürcü koloriti ilə ahəngdar şəkildə birləşir. Abdulla Şaiqin ev-muzeyi,
Nizami Gəncəvi və Şota Rustavelinin, Nəriman Nərimanovun,
Sarvanlı Mixeil Cavaxaşvilinin abidələri, Nizami, Nəsimi,
Füzuli, M.F.Axundov, Sabir, Səməd Vurğun, Məmmədəmin
Rəsulzadə, Şıxəli Qurbanov və Borçalı
kökənli tanınmışlardan Xudu Borçalı,
Abdulla Şaiq, Kərim Şərifov, Əmrah Aslanov, Ayvaz Həsənov,
Hacımurad Xəlilov adına küçələr, eləcə
də məscidlər, minarələr, çayxanalar,
aşıqlar, nərd, təsbeh, təndirlər, şəhərin
səsləri, ətirləri, qoxuları, bazar
satıcılarının hazırcavablığı, həftəbecər
musiqi birləşərək bu ecazkar şəhərdə
gürcü çalarlı Azərbaycan mühitini, iki
xalqın dostluq mücəssəməsi olan mədəni
sintezi canlandırır.
Sarvanın ərazisindən ölkələrarası dəmir
və avtomobil yolları keçir. Yüz əlli illik
tarixi olan Sarvan həftəbazarına ətraf kənd və
rayonlardan, Tiflisdən, Rustavidən alıcı və
satıcılar gəlir. Sarvan hazırda
Gürcüstanın ən dinamik, gur, işgüzar, çoxsəsli,
çoxdinli, çoxdilli, gəliş-gedişli, pozitiv
yaşayış məntəqəsidir desək,
yanılmarıq.
Bu qarışıq və gur mühitdə
soydaşlarımız tarixi adət və ənənələri,
milli kimlik şüuru və Azərbaycan sevgisini qoruyub
saxlayırlar.
Bəzən digər bölgələrimizdə
unudulmuş qədim türk adətləri, deyək ki, toyda
şirniyyat və meyvələrlə bəzədilmiş
şax gəzdirilməsi – Altaylardan gələn arxaik nəsil
ağacı tapıncına bağlanır. Pirlərə, o cümlədən Nayvəli
ocağındakı pirə inam, ağaclara əski, qaytan
bağlanması, pirdə şam yandırılması və
sairə qədim türk inanclarından qaynaqlanır.
Ramazan, Novruz, Yeni il və sovetdən qalma
Mayovka (keçmiş 1 May bayramı) böyük şövq
və məclislə qeyd olunur. Sarvan əhalisi
etnik və dini ayinləri icra eləyir. Son dövrlərdə
islam məbədləri
abadlaşdırılmış və yeniləri tikilmiş, dini
təhsil və ibadət üçün şərait
yaradılmışdır.
Koloritini saxlamış Borçalı ləhcəsi,
Sarvan şivəsi öz və tədqiqatçılarını
gözləməkdədir. Akademik Məmmədağa
Şirəliyevin rəhbərliyi ilə 1950-ci illərdə
burada dialektoloji tədqiqatlar intensiv aparılırdı.
Babam Məhəmməd Hacı oğlunun dəfələrlə
qonağı olmuş ekspedisiya üzvləri
Borçalının türk ruhuna valeh olubmuş.
Bu torpaqlarda zəngin ənənələri olan
aşıq yaradıcılığına maraq yenə də
böyükdür. Borçalı aşıq məktəbinin özəlliyinin,
Aşıq Şenlik, Xındı Məmməd, Aşıq
Oruc, Aşıq Sadıq, Dost Pirməmməd, Alxasağa, Qul
Allahqulu, Şair Ağacan, Aşıq Hüseyn Saraclı,
Aşıq Əmrah, Aşıq Həsən, Aşıq
İsmayıl, Sarvan Bayram, Aşıq Kamandar, Aşıq
Göycə kimi ustadların ənənəsinin qorunub
inkişaf edəcəyinə ümid edirik.
Sarvan şəhərində Azərbaycan ədəbi-mədəni
mühiti də canlı və zəngindir, şəhərdə
istedadlı yerli ədiblər, müəllimlər, həkimlər,
jurnalistlər, musiqiçilər fəaliyyət göstərir,
maraqlı əsərlər yazılır, tədbirlər
keçirilir, müzakirələr aparılır, kitablar
çıxır. Borçalını son dərəcə
zəngin, rəngarəng, istedadlı ədiblər və
alimlərlə təmsil olunmuş çağdaş ədəbi
mühitinin yorulmaz tədqiqatçısı və naşiri
Müşfiq Borçalının fədakar fəaliyyətini
xüsusi qeyd etmək istərdim.
Tiflis-Borçalı
ədəb-mədən mühitində milli mətbuatımızın
olduqca zəngin ənənələri olmuş, burada «Tiflis əxbarı»
(1832), «Ziya» (1879-1880), «Ziyayi Qafqaziyyə» (1880-1884), «Kəşkül»
(1883) jurnalı, «Kəşkül» qəzeti (1884-1891), «Şərqi
Rus» (1903-1905), «Molla Nəsrəddin» (1906-1918), 1918-1921-ci illərdə
«Gələcək», «Al bayraq», «Vətən», «Yeni dünya»,
sovet dövründə «Kommunist» (1921), «Yeni fikir» (1922-1927),
«Yeni kənd» (1927-1938), «İşıqlı yol» (1924), «Dan
ulduzu» (1926-1931), «Şərq kolxozçusu» (1931),
«Qızıl Şəfəq» (1926-1930), «Yeni qüvvə»
(1930-1939), Adıgündə «Adıgün kolxozçusu»
(1931) və bir çox mətbuat orqanı dərc
olunmuşdur. Hazırda ölkə səviyyəsində gələn
ilin martında yüz ili tamamlanacaq, əvvəllər
“Kommunist”, “Yeni fikir”, “Yeni kənd”, “Sovet Gürcüstanı”
adları ilı çıxmış “Gürcüstan” qəzeti
çıxır. Gürcüstanda istedadlı və səriiştəli,
vətənpərvər və millətsevər, yüksək
peşəkarlığa malik bir ços azərbaycanlı
jurnalist fəaliyyət göstərir (Bax: Nizami Məmmədzadə,
Mahmud Kamaloğlu. Gurcustanin azərbaycanli
jurnalistləri. Tiflis, 2015).
Bu gün Borçalıda virtual mətbuat nümunələri,
yerli informasiya kanalları, internet səhifələri, TV və
radio kanalları, gənc blogerlər fəaliyyət göstərir. Azərbaycan
Respublikasının dəstəyi ilə Sarvanda Azərbaycan Mədəniyyət
mərkəzi yaradılıb, İnteqrasiya Mərkəzi
işləyir.
Cənubi
Qafqazda, o cümlədən Tiflisdə, Borçalıda,
Ahıskada türk dilli təhsilin qədim və zəngin ənənəsi
olub və XIX yüzildə Rusiyanın tərkibinə daxil
edildikdə də bu ənənə qorunub, üsuli-cədid məktəbləri
yaranıb. Hələ 1836-cı ildə Qazan universitetində
çıxışında Mirzə Kazım bəy əsas
yerli dil kimi türk dili tədrisinin vacib olduğu məntəqələr
arasında Qazax, Gəncə, Şuşa, Şamaxı, Quba, Dərbənd,
Bakı, İrəvan, Naxçıvan, Lənkəranla
yanaşı, Tiflis və Ahıskanın da adını
xüsusi qeyd edir, Tiflis dedikdə Azərbaycan türklərinin
yaşadığı Borçalı bölgəsini də nəzərdə
tutur (Ì.Êàçåì-áåê. Èçáðàííûå ñî÷èíåíèÿ. Á., 1985, ñ. 346).
Professor Şurəddin Məmmədli Tiflisdə “dünyəvi məktəbimizin
tarixi 1847–1849-cu illərdən” başladığını
göstərir (Ş.B.Məmmədli Gürcüstan Azərbaycanlıları.
Gürcüstanda Azəri Türkləri məskunlaşan
inzibati-ərazi vahidləri.Statistik-ensiklopedik bilgilər
(elektron kitab), s.4.), Ahıska ilk dünyəvi məktəblər
isə 1900-cü illərdən geniş fəaliyyətə
başlayıb.
Sovet
dövründə Gürcüstanda çoxsaylı türk
dilli orta təhsil müıssisələri, 1930-50-ci illərdə
Tiflisdə, Başkeçiddə, Ahıskada,
Çörük-Qəmərlidə və Borçalıda
Türk Pedaqoji Texnikumları, 2006-cı ilə qədər
Tiflis Pedaqoji Universitetinin nəzdində Azərbaycan dili və
ədəbiyyatı bölməsi fəaliyyət göstərmişdir.
Hazırda
Tiflisdə, Borçalı mahalında, o cümlədən
Sarvanda ana dilində orta məktəblər işləyir, 12
illik təhsil aparılır, Azərbaycan Respublikası bu məktəbləri
dərsliklə təmin edir. Son dövrlərdə
gürcü dilində orta təhsil alanlar da az
deyil. Gürcüstanın ali məktəblərində
təhsil alan Borçalı gənclərinin təhsil
haqqını SOKAR vasitəsi ilə Azərbaycan
Respublikası ödəyir. Lakin Gürcüstanda Azərbaycan
məktəblərinin problemləri də yox deyil, ilk növbədə,
məktəblərin gənc kadrlarla təmin olunması, iki
ölkə arasında azərbaycandilli təhsil sahəsində
müvafiq qurum və mütəxəssislərin əməkdaşlığı,
Gürcüstanda ali təhsil səviyyəsində azərbaycanşünaslıq
üzrə müəllim kadrların hazırlanması, məktəblərdə
çalışan müəllimlərə ixtisasartırma
kurslarının ölkəmizdə vəya Gürcüstanda
təşkil edilməsi, məktəblərin texniki təminatı
kimi həlli mümkün məsələləri qeyd etmək
istərdik.
Tarixən Sarvanın
Azərbaycan məktəblərində və Texnikumda
görkəmli müəllimlər
çalışmış və bu gün yüksək səviyyəli
pedaqoji kadrlar çalışmaqdadırlar. Sarvan məktəblərinin
məzunlarından bir çox
ziyalılar, alimlər, müəllimlər, həkimlər,
mühəndislər, iqtisadçılar, şair və
yazıçılar, jurnalistlər, dövlət xadimləri,
hərbçilər, idmançılar yetişmişdir.
Sarvan məktəblərinin və
Texnikumun müəllimlərindən Xəlil Bayramov, Halay
Bayramov, Mədəd Muradov, Mirzə Axundov, Kafiyə Almərdanova,
Rüstəm Şərifov, Rüstəm Hacıyev, Abbas
Hacıyev, Rüxsarə Əliyeva, Marklen Kuzmiç, Mirzə
Axundov, Məmməd Orucov, Rizvan Əliyev, Kamal Məmmədov,
Abbas Kərimov, Adil Gərəkməzli,
Əmirxan Əliyev, Midhət Qarayev, Ənvər Cəfərli,
Tofiq Hacıyev, Səyyad Xəlilov, Rafiq Hacıyev, Tariyel
Hacıyev, Roza Xudayeva, Həcər Qarabağlı, Elyura
Əliyeva, Elman Cəfərli və bir çoxları
xalqın böyük hörmətini qazanmışdır.
Tiflis və Borçalı ədəbi-mədəni
mühitinin dərin bilicisi və
araşdırıcısı Abbas Hacıyev söyləyirdi
ki, 1930-cu illərdən Borçalı Rayon Partiya Komitəsinin
birinci katibi vəzifəsində Əsgər Məmmədzadəni
əvəzləmiş Həsən Səbrinin
Borçalıda türk təhsilinin, mədəniyyətinin,
maarifinin inkişafında böyük rolu olub.
Borçalı türkləri bu
gün də doğma yurdlarında şərəflə
yaşayır, ölkənin inkişafına öz layiqli
töhfələrini verir, Azərbaycan və Gürcüstan
dostluğunu uca tutur, bu ölkələrin ərazi
bütövlüyü uğrunda mücadilədə fədakarlıqla
iştirak edirlər. Xalqımızın ayrılmaz
parçası olan borçalıların qəlbi Azərbaycan
sevgisi ilə döyünür, dərdimiz dərdləri,
sevincimiz sevincləridir, yağı düşmənə qələbə
sorağı ilə gözləri yolda, qulaqları səsdədir...
Asif HACILI
525-ci qəzet.- 2020.-
17 oktyabr.- S.20,21.