Azərbaycanlı rəssamın daha bir beynəlxalq uğuru
Oktyabrın
8-10-da Dubayda Yaxın Şərq regionunun ən böyük
incəsənət sərgi-yarmarkası "World Art Dubai"
baş tutub.
Sərgi
ənənəvi olaraq
hər il
dünyanın ən seçilmiş və müasir rəssamlarını
bir yerə toplayır. Builki lahiyə üçün
dünyanın müxtəlif
ölkələrindən 2000-ə yaxın rəsm əsəri toplanmış
Beynəlxalq Ticarət
Mərkəzinin (World Trade Centre) "Şeyx Said" salonunda
ABŞ, Almaniya, İspaniya,
Fransa, Avstraliya, Yaponiya, Çin, Ərəb Əmirlikləri,
Rusiya və Hindistandan ən tanınmış sənət
xadimləri ilə bərabər, gənc rəssamlar da iştirak ediblər. Əsas mövzusu "Düşüncəni
azad et" olan proqram çərçivəsində
yaradıcılıq seminarları,
görkəmli rəssamların
açıq ustad dərsləri, moda dünyasının novatorlarının
təqdimatları, foto
və rəqəmsal incəsənət sahəsində
çalışan tanınmış
mütəxəssislərin çıxışları keçirilib.
Bu il forumda
Azərbaycanı beynəlxalq
müsabiqələr laureatı,
Rəssamlar İttifaqının
üzvü, istedadlı
rəssam, "Nargiz
Art Studio"nun rəhbəri
Nərgiz Quliyeva təmsil edib. Geniş pavilyonu əhatə edən gənc rəssamın əsərlərinin
nümayişi Azərbaycanın
ərazi bütövlüyü
uğrunda Qarabağda
mübarizə aparan Azərbaycan Milli Ordusuna həsr olunub. Rəssam Nərgiz Quliyevanın Azərbaycana ("Xəzər"
və "Bahar qızı"), Türkiyəyə
("İzmir" və "Alaçatı") həsr
etdiyi rəsmləri, eyni zamanda, multikulturalizm
mövzusunda çəkilmiş
"Çin şahzadəsi",
"Afrikalı" və
"Mərakeşli qız"
və digər əsərləri incəsənət
yarmarkasının ən
uğurlu və yaddaqalan hadisəsi kimi qiymətləndirilib. Sərginin sonunda Nərgiz Quliyeva dünyanın tanınmış
yaradıcı təşkilatları
və şirkətləri
olan - "Arabian boutique", "Origins collective"dən əməkdaşlıq
təklifi alıb, eyni zamanda, "Artistree Gallery"in dəvəti ilə Hindistanda 2021-ci ildə fərdi sərginin keçirilməsi barədə
razılığa gəlinib.
Qeyd etmək
lazımdır ki, rəssam Nərgiz Quliyevanın "World Art Dubai" incəsənət sərgisində
iştirakına təşkilatı
dəstəyi Azərbaycanın
Dubayda Baş konsulluğu verib.
ŞAHANƏ
525-ci qəzet.- 2020.-
17 oktyabr.- S.24.