Elif Şəfəqin violonçelinin səsi
Əslən Türkiyədən olan məşhur yazar Elif Şəfəq bir müddət öncə Tvitterdəki hesabında bir paylaşım etdi. Çoxlarımızı qıcıqlandıran, incidən
bir paylaşım.
Şuşa şəhərində
dağıdılmış kilsədə violonçel
ifa edən erməni musiqiçinin videosunu paylaşaraq "barışa inanan və müdafiədən
əl çəkməyən
hər kəs üçündür bu paylaşım... Dağıntılar
arasında sənət,
təşəkkürlər" yazıb.
Həmin paylaşım niyə bu qədər aqressiya ilə qarşılandı? Niyə dərhal münasibət bildirmək istədi hamı? Bir az əvvələ
gedək. Yadınızdadırsa,
bir ara
televiziya verilişlərində
"cin tutan",
"cin çıxaran"lar
təbliğ edilirdi. Tamaşaçı sayını artırmaq
xətrinə aparıcıların
yalançı həyəcanları,
süni təəccübləri
adiləşmişdi. Heç kim
o aparıcılardan həqiqət
ummurdu. Çünki onları ciddi
qəbul etmirdilər.
Amma bir gün hər kəsin savadına, peşəkarlığına çox
inandığı, özü
də, qonaqları da daim səviyyəli
olan bir aparıcı (sonralar məlum oldu ki, canlı yayımda bu, ondan tələb olunub və imtina edə bilməyib) efirdə bu cin uydurmasını
həqiqət kimi verməyə çalışanda
(guya həmin an cin ortalığı dağıdaraq qarışdırmışdı),
tamaşaçılarının qəzəbinə tuş gəldi. Əli klaviaturaya çatan, qələm tutan kim varsa,
onu qınamağa başladı. Çünki
bu dəfə onların güvəndiyi,
dəyər verdiyi şəxs ciddiyə
alınmayan digər aparıcıların obrazında
idi. İnsanlar ona olan inamlarının
qarşılığında bunu görüncə sarsılmış və iradlarını bildirmişdilər.
Təbii ki, haqları da varıydı...
Elif Şəfəq
Azərbaycan oxucusu üçün təptəzə
bir nəfəs idi. Yox deməyək, etiraz
etməyək. Təbii
ki, yazarlarımız,
eləcə də sadə oxucularımız arasında
bəyənməyənlər də var, ya
yaradıcılığını, ya yolunu dəyərləndirməyənlər
də var, amma həqiqət budur ki, Elif
Şəfəq sevilir
və oxunur. Buralarda daha çox "Eşq" romanı ilə sevilən müəllif elə həmin romanda adını eşidib də, əslində, özünün
nə olduğunu tam mənasıyla bilməyənlər
üçün
Eşqin əlifbasını
öyrətdi, izahını
verdi. Hərf-hərf,
cümlə-cümlə izahını...
Romanı oxuyan ən duyumsuz oxucu da İlahi eşqin
izinə düşə
bildi, onun qapısını açmağı
bacarmasa belə, harada olduğunu uzaqdan da olsa
müəyyən etməyi
bacardı. Bir sözlə, Elif Şəfəq sevməyi
öyrətdi oxucuya.
Kor-koranə yox, ürəkdən, bütün
ruhunla, bütün vücudunla, bütün varlığınla sevməyi...
Müəllifin yalnız bir neçə romanını
oxumuşam. Buna görə də,
yaradıcılığını
bütünlüklə tərifləmək
fikrim yoxdur. Amma oxuduqlarım kifayət
edib ki, o, mənim sevimli yazarım olsun. Müsahibələrini, çıxışlarını
sevərək izləmişəm.
Bilirəm ki, yüzlərlə
oxucu da yazara ürəkdən inanıb, ürəkdən
sevib. İnsanlıq
adına deyilən nə gözəllik varsa bu qadında cəmləşdiyini düşünüb.
Və budur, həmin gün Azərbaycan oxucusunun bütün inamı, bütün sevgisi, müəllifin aşılamış olduğu
bütün bəşəri
duyğuları çiliklənib
tökülür. "Ovod"... Bu anda
nədənsə Ovod
yadıma düşdü.
Yadınıza salın bu əsəri. Təmiz, saf,
inamlı gənc olan Artur qəfil
yaşadığı sarsıntılardan
sonra ateist birinə çevrilir.
Çünki bütün ruhuyla
bağlandığı, inandığı,
sevdiyi insanlardan çox böyük mənəvi zərbələr
alır. Cavabsız sevgisiylə
yanaşı, doğmalarının
sarsıdıcı yalanı
onun bütün həyatını dəyişir.
İnandığı kim varsa, bir anda hamısı
onun gözündə
yox olur.
Təkcə onlar yox, Artur özü də yox olur. Bütün inamını itirən gənc İsa peyğəmbərin çarmıxa çəkilmiş təsvirini sındırmaqla sanki bugünədək aldadılmağının heyfini çıxır, hirsini onun üstünə tökür. Və beləcə, illər sonra o, Artur kimi yox, başqa adla və başqa xarakterlə ortaya çıxır. Əsərin qəhrəmanının xalqın azadlığı uğrunda canından keçməyə hazır olan inqilabçı olmağını kənara qoyub, məhz həmin şəxsi faciəsi ilə bugünkü durumu müqayisə etmək istədim. Elif Şəfəq də öz oxucusunun inamını belə itirdi. Öncə çalışdıq ki, onu anlayaq, hər zamankı kimi sülh tərəfdarı, insanlıq, sənət aşiqi olduğuna, dağıntılar arasında belə "sevgi yaratmağa" çalışan birini dəyərləndirdiyinə inanaq. Lakin bu vaxt Xocalıdakı körpələrin dəhşətli hayqırtısı sillə kimi çırpıldı üz-gözümüzə, qulaqlarımıza. Ona haqq qazandırmaqda nə qədər haqsız olduğumuzu hiss etdik. Milliyyəti, düşmənçiliyi kənara qoyub sadəcə insan kimi düşünəndə belə, Elif Şəfəqin məsələyə birtərəfli yanaşdığı məlum oldu. Xocalıya getməyək, elə həmin ərəfədə ermənilərin Gəncə şəhərində törətdiyi hələ birinci terror heç kimə gizli qalmadı. Yaralananlar, ölənlər oldu. Bir uşaq da vardı orada. O dağıntılardan yaralı halda xilas olmuş uşaq. Üzü-başı qan içindəykən həyata meydan oxuyaraq gülümsəyən uşaq. Çox yayıldı onun videogörüntüsü və fotosu. Hansı daha təsirli idi? Başqasının torpağında, başqasının yurdunda oturan, özünün səbəb olduğu dağıntılar arasında violonçel çalan erməni, yoxsa öz evində, doğma ocağında şipşirin yuxuda ikən qəfil terrora məruz qalıb bu boyda sarsıntıya baxmayaraq, yaralı canı ilə gülümsəyən körpə? Dağıntılar arasında musiqi yaratmaq düşünülmüş ssenari idi, diqqətçəkən görüntü yaratmaq xətrinə idi. Amma Gəncədəki uşağın məhz gerçək yaşantısı təqdim edilmişdi. Özü idi... Həqiqətin özü... Sevginin özü... Mübarizənin özü...
Elif abla, sənin çox sevdiyin Şəms Təbrizi deyirdi:
"Həqiqi Tanrı aşiqi bir meyxanaya girdimi, ora ona ibadətgah olur. Ancaq əyyaş ibadətgaha girərsə, ora onun üçün meyxana olur. Bu həyatda nə edirsək edək, bizi fərqli edən niyyətimizdir, görünüş və geyimimiz deyil".
Yəni sizi əmin edirəm
ki, o
dağıntılar arasındakı görüntü
əsla sənət, eşq deyildi.
Məhsəti MUSA
525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.16.