UNEC-in 90 illik
yubileyinə töhfə - nəfis tərtibatda altı kitab
Bu ilin iyunun 19-da regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris
mərkəzi sayılan
Azərbaycan Dövlət
İqtisad Universitetinin
(UNEC) yaradılmasının 90 ili tamam
olub. Bu gün Azərbaycanın və bütövlükdə Qafqazın
mühüm ali təhsil ocaqlarından
olan UNEC kifayət qədər mürəkkəb bir tarixi inkişaf yolu keçib.
1930-cu ildə yaranan universitet sovet ali təhsil
siyasətinin çox
vaxt anlaşılması
çətin olan islahatlarına məruz qalsa da, o dövrdə
də öz nüfuzunu qoruyub saxlaya bilib və
abituriyentlərin ən
çox üstünlük
verdiyi ali təhsil müəssisələrindən
olub.
Azərbaycan müstəqillik əldə
etdikdən sonra UNEC-in
inkişafı üçün
yeni və geniş imkanlar açılıb. UNEC müstəqillik
dövründə ölkədə
aparılan ali təhsil islahatlarına uyğun olaraq, öz inkişaf yolunu müəyyənləşdirib və
bu yolda əhəmiyyətli nəticələr
əldə edib. UNEC artıq
dünyanın elm müzakirə
mərkəzinə çevrilib.
Regionun elmi müzakirə mərkəzinə
çevrilən UNEC dünyanın
nüfuzlu universitetlərinin
nümayəndələrini, Nobel mükafatçılarını, elm adamlarını, iqtisadçılarını
bir araya toplayan, beynəlxalq konfranslara ev
sahibliyi edə bilən universitet statusuna malikdir. UNEC-in ölkənin
yeganə ali
iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların
hazırlanmasında müstəsna
xidmətləri var. Universitet
artıq ölkədə
sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr hazırlığı və
elmi-tədqiqat mərkəzinə
çevrilib.
UNEC yeganə ali
məktəbdir ki, 4 dildə - ingilis, rus, türk və Azərbaycan dillərində tədris həyata keçirir. Yeganə universitetdir ki, xarici ölkədə
- Rusiyada filialı var və yeganə
dövlət universitetidir
ki, onun İSO beynəlxalq keyfiyyət standartı var. Bir sözlə, UNEC bu 90 il müddətində uğurlu bir inkişaf yolu keçib.
Yubileyi münasibətilə universitetin
90 illik zəngin fəaliyyətinin əks olunduğu, universitetin rektorları, professorları,
məzunları, eləcə
də yubiley münasibətilə universitetə
ünvanlanan təbriklərin
yer aldığı və universitet barədə 90 faktın əks olunduğu nəfis tərtibatda kitablar nəşr edilib.
Kitablar
UNEC rektoru, professor Ədalət
Muradovun əmri ilə təsdiqlənən
"Azərbaycan Dövlət
İqtisad Universitetinin
90 illik yubileyinin keçirilməsi haqqında"
Tədbirlər planı
çərçivəsində "İqtisad Universiteti" nəşriyyatında çap
olunub.
UNEC 90 illik fəaliyyətindən
bəhs edən, çoxsaylı
müəllif kollektivi
tərəfindən qələmə
alınan kitablarda universitetin inkişaf yolu və bu
yolda əldə edilən əsas nəticələr, həmçinin,
universitetin rektorları,
professorları, məzunları,
yubiley təbrikləri əksini tapıb.
Kitabların hazırlanması və
nəşri professor və
müəllim kollektivinin gərgin əməyi nəticəsində
ərsəyə gəlib.
Müəllif və redaksiya
heyəti üzvlərinin
əməyi isə xüsusi qeyd edilməlidir.
UNEC 90 yaşını qeyd edərkən, eyni zamanda da, 100 yaşının tamam olacağı 2030-cu il üçün nəzərdə tutulan hədəfələrinə fokuslanıb.
"Azərbaycan Dövlət İqtisas
Universiteti
90" adlı kitab
universitetin 90 illik tarixi inkişaf yolunu və bu yolda əldə
etdiyi əsas nəticələri özündə
ehtiva dir. Kitab 5 fəsildən ibarətdir. Toplunun baş redaktoru UNEC rektoru,
professor Ədalət
Muradovdur.
Birinci fəsildə 1930-cu ilə
qədər, yəni Azərbaycan Dövlət İqtisad Universitetinin
ilk sələfi olan ali təhsil müəssisəsinə qədər
ölkədə iqtisadçı
kadr hazırlığı
sahəsində ilk təşəbbüsdən
bəhs edilir.
İkinci
fəsil, Azərbaycanda
iqtisad yönümlü
müstəqil ali təhsil ocağının formalaşması
prosesinə həsr edilib.
Üçüncü fəsil, II Dünya müharibəsi və ondan sonrakı
dövrdə Azərbaycanda
ali iqtisadi
təhsilin əsas inkişaf xüsusiyyətlərindən
bəhs olunur. Dördüncü fəsildə,
müstəqil Azərbaycanda
həyata keçirilən
ali təhsil
islahatları fonunda
UNEC-in əsas inkişaf
mərhələləri şərh
edilir. Beşinci fəsildə isə,
90 yaşında UNEC-in mövcud
vəziyyəti, son illər
əldə etdiyi uğurlar öz əksini tapıb.
"Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC rektorları 1930-2020" kitabında bu günədək universitetin
rektoru olan 18 alimdən bəhs edilir. Məlumat üçün
bildirək ki, universitetin ilk rektoru Mehdibəy İsmayılov,
sonuncusu və hazırkı rektoru
isə professor Ədalət Muradovdur.
"Azərbaycan Dövlət İqtisad Universitetinin professorları 1930-2020" kitabında
geniş olaraq universitetin keçmişdən
bugünə olan
professor heyətindən bəhs
edilir. Kitabda 164
professor haqda ətraflı
məlumat yer alıb.
"Azərbaycan Dövlət
İqtisad Universitetinin
məzunları" adlı
kitabda universiteti əla göstəricilərlə
baş vurub hazırda müəyyən
vacib vəzifələrdə
çalışan məzunları
yer alıb. Bunların
sırasında Azərbaycan
Respublikası Prezidentinin
köməkçisi-Prezident Administrasiyasının İqtisadi
siyasət və sənaye məsələləri
şöbəsinin müdiri
Natiq Əmirov, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi
Emin Hüseynov, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi
Xaliq Əhədov, Baş nazirin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər naziri Ceyhun Bayramov, Ekologiya və Təbii Sərvətlər
naziri Muxtar Babayev, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Millət
vəkilləri Vüqar
Bayramov, Şahin Seyidzadə və başqa şəxslərə
yer verilib.
"Azərbaycan Dövlət
İqtisad Universiteti,
UNEC- 90 fakt 1930-2020" kitabında
universitet haqda maraqlı məlumatlar yer alıb. Qeyd olunub
ki, Universitetin əsas tədris binası 1901-1904-cü illərdə
memar D.Buynovun layihəsi ilə inşa olunub. İtaliya intibahı stilində olan monumental binanın tikilməsində simmetrik plandan tamamilə imtina edilib. Ərazinin relyefinə və keçmiş Nikolayev küçəsinin
(indiki İstiqlaliyyət
küçəsi) quruluşuna
uyğun tikilən bina Bakının memarlıq ansamblının
nadir incilərindən sayılır.
Kitabda yer alan məlumatlarda
bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinın
əsas tədris binası ilk olaraq Bakı Real Məktəbi üçün inşa edilib. Universitetin əsas tədris
binasının tikintisinə
Hacı Zeynalabdin Tağıyev 38.000 rubl, Ağa Musa Nağıyev isə 25000 rubl vəsait ayırıb.
1918-ci ildə ölkədə ilk ana dilli orta məktəb
böyük pedaqoq
Abdulla Şaiqin təşəbbüsü
ilə Azərbaycan Dövlət İqtisad Universitetinın hazırkı
binasında yerləşib.
"UNEC-90 Yubiley təbrikləri" kitabında universitetin yaranmasının 90 illiyi münasibətilə UNEC-in ünvanına ölkəmizin dövlət idarəetmə orqanlarından, Milli Məclis üzvlərindən, yerli və xarici ali təhsil müəssisələlərindən, icra hakimiyyəti orqanlarından, özəl qurumlardan və ictimaiyyət nümayəndələrindən çoxsaylı təbrik məktubları daxil olub.
Kitabda Azərbaycanın Baş nazir Əli Əsədovun, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynovun, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun, Maliyyə naziri Samir Şərifovun, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin, Kənd Təsərrüfatı naziri İman Kərimovun, Energetika naziri Pərviz Şahbazovun, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, universitet rektorlarının, ziyalıların, ictimaiyyət nümayəndələrinin təbrik məktubları yer alıb.
UNEC-ə təbrik məktubu ünvanlayanlar arasında Nobel mükafatı laureatı, Şimali Korolina Tibb Məktəbi Universitetinin Biokimya və Biofizika professoru Aziz Sancar, Almaniyanın Münxen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim Məsud Əfəndiyev, Haccettepe Universitetinin rektoru Haluk Özen, İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca, Süleyman Dəmirəl Universitetinin rektoru Hüseyin Çarıkçı, Sakarya Universitetinin rektoru Fatih Savaşan, Türk Standartları İnstitutunun rektoru Adem Şahin və başqaları da var.
Təbriklərdə qeyd olunub ki, UNEC bu gün ən nüfuzlu ali təhsil mərkəzlərindən birinə çevrilməkdə, dünyanın ən tanınmış universitetləri, iqtisadçı alimlərilə geniş əməkdaşlıq etməkdədir. Bu ali təhsil ocağının diplomları artıq dünyanın hər yerində tanınır, qəbul edilir. UNEC ali təhsil ocağı olmaqla yanaşı, həm də güclü elmi potensiala malik olan bir mərkəzdir. İnkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin edən əsas mənbədir.
UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir. UNEC öz missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə uğurla irəliləyir.
Təbriklərdə qeyd olunan səmimi sözlərin, arzu və diləklərin UNEC üçün əhəmiyyəti nəzərə alınaraq kitab halında çap edilib.
S.QARAYEVA
525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.14.