Milli KitabxanadaQarabağ geyimləri” sərgisi  

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Qarabağ geyimləri” adlı virtual sərgi hazırlayıb.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

 

Burada xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri) də təqdim olunub.

 

525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.13.