İlham Əliyevin rəhbərliyilə
Azərbaycan yeni tarixinin
ən şərəfli səhifələrini yazır
Sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatı
ilə başlayan Azərbaycan Silahlı Qüvvələrinin əks
hücum əməliyyatları
uğurla davam etməkdədir.
Hər zaman olduğu kimi bu günlərdə
də Azərbaycan xalqı bir yumruq kimi, ölkə
Prezidentinin, Ali Baş
Komandanın ətrafında
sıx birləşərək,
öz həmrəyliyini
nümayiş etdirir. Çünki Azərbaycan xalqı
öz liderinə inanır, ona güvənir. Bizim indi döyüş meydanında qələbələr
qazanmağımız və
bu günlər ərzində bütün
ölkələrlə siyasi
danışıqlarda haqlı
mövqeyimizi çatdıra
bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi
müdrik fəaliyyəti,
ötən dövr ərzində Azərbaycanı
dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir. Xalqımız bir daha əmin
oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün
addımlarını ən
xırda detalınadək
hesablayarır. Həm danışıqlar
masasında, həm də hərb meydanında. Dövlət başçısı öz
çıxışlarında dəfələrlə vurğulayıb
ki, xalqın milli maraqları onun üçün birinci sıradadır.
Milli Məclisin
deputatı Azər Badamov deyib ki,
bu gün Azərbaycan xalqı öz lideri, Ali Baş Komandanın ətrafında sıx birləşib. Prezident İlham Əliyev
dünya səviyyəli,
müdrik, uzaqgörən
siyasi liderdir. Deputat bildirib ki, sentyabrın 27-də düşmən tərəf
qoşunların təmas
xəttində növbəti
təxribata əl ataraq mövqelərimizi, o
cümlədən də,
dinc əhalini, kəndlərimizi atəşə
tutdu və buna cavab olaraq,
Azərbaycan Ordusunun komandanlığı tərəfindən
Ermənistan silahlı
qüvvələrinin döyüş
aktivliyinin qarşısını
almaq, mülki əhalinin təhlükəsizliyini
təmin etmək məqsədilə qoşunlarımızın
bütün cəbhəboyu
əks-hücum əməliyyatlarına
başlaması barədə
qərar qəbul edildi. Ötən günlər ərzində
isə ordumuz döyüş meydanında
nəyə qadir olduğunu nümayiş etdirərək düşmənə
layiqli dərs verməkdədir. Məhz Silahlı
Qüvvələrimizin uğurları
Dağlıq Qarabağ
münaqişəsinin nizamlama
prosesində yeni bir mərhələ açıb - artıq nizamlama prosesində diktə edən tərəf Azərbaycandır.
A.Badamov vurğulayıb ki, istər regionda, istərsə də qlobal miqyasda hər zaman sülhün və inkişafın dəstəkçisi
qismində çıxış
edən Azərbaycan dövləti bu münaqişənin sülh
yolu ilə tənzimlənməsinin tərəfdarı
olub. Yerləşdiyi regionun əsas
iqtisadi-siyasi aktoru və lider dövləti
olan Azərbaycan istər hərbi müstəvidə, istərsə
də iqtisadi platformada Ermənistandan dəfələrlə güclüdür
və bu, sirr deyil. Bununla belə, biz illərdir ki, bu münaqişənin
beynəlxalq hüququn
prinsipləri əsasında,
Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması ilə həllini tələb edirik. Bu
faktın özü Azərbaycanın sülhpərvər
olduğunu aşkar şəkildə ortaya qoyur: "Bu gün Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yeni tarixinin ən şərəfli səhifələrini yazmaqdadır.
İnanırıq ki, ötən
illər ərzində
öz iqtisadi, hərbi potensialını
artıran, böyük
bir inkişaf yolu keçən Azərbaycan dövləti
qısa zamanda öz ərazi bütövlüyünü təmin
edəcək, Dağlıq
Qarabağ və digər rayonlarımız
azadlığa qovuşacaq".
Deputat deyib ki, qısa zaman kəsiyində - cəmi 20 gündə 3 şəhər və 50-dən artıq kəndimizin, strateji yüksəkliklərin düşməndən azad olunması Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığının faktoloji sübutudur. Bu ordunun qurucusu, rəhbəri isə İlham Əliyevdir: "Müasir dünyada öz məram və məqsədlərinin beynəlxalq platformada bəyan etmək, bütün dünyaya çatdırmaq olduqca mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Ordusu düşmənə döyüş meydanında böyük zərbələr vurur, öz üstünlüyünü təmin edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan informasiya müharibəsində də Azərbaycan açıq üstünlüyünü təmin edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimiz və xalqımız üçün bir nömrəli ümummilli məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bütün beynəlxalq platformalardan istifadə edir. Prezidentin bütün sferalarda apardığı fəaliyyət Azərbaycanı tam qalib dövlətə çevirib və bu gün istər döyüş meydanında, istərsə də masa arxasında diktə edən tərəf güclü Azərbaycan dövlətidir".
PƏRVANƏ
525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.6.