Erməni cinayətləri hüquqi sənədlərdə

 

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti Qarabağ hadisəsi ilə yaşıd deyil. Bu cinayətlər tarix kitabının çox əski səhifələrində rastımıza çıxır. Amma təəssüf ki, bu hadisələri dünyaya sübut etməkdə çox çətinlik çəkirik.

 

Sovet dövründə bir sıra dəlillərin aradan qaldırılması, müstəqillik əldə etdikdən sonrakı illərdə sistemləşdirilməmiş dövlət sturukturlarının pərakəndə fəaliyyəti erməni təcavüzkarlığını sübut edən dəlil bazasının yaranmasına imkan vermədi. 1993-cü ildən etibarən Azərbaycanda sistemləşdirilmiş, məqsədi dəqiq şəkildə müəyyən edilmiş ali dövlət strukturları yaradıldı. Ötən əsrin 90-cı illərinin əvvəlləri ilə bugünkü vəziyyəti müqayisə edərkən gözəçarpan ən vacib məqamlardan biri prokurorluq sisteminin, o cümlədən, hərbi prokurorluğun fəaliyyət mexanizmidir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun fəaliyyətində ən əsas məqam Ermənistanın törətdiyi cinayətlərin faktlaşdırılması dünya ictimaiyyətinə çatdırılmasıdır. Ermənistanın törətdiyi hər bir hadisəyə görə dərhal cinayət işinin başlanması, istintaqın aparılması yekun nəticənin cinayət faktı kimi arxivləşdirilməsi böyük dəlil bazası yaradır. Hansı ki, illər keçsə belə, bu faktlar kimin haqlı olduğunu sübut etməyə qadirdir. Necə ki, ötən əsrdə yəhudilərə qarşı cinayət törətmiş alman faşistləri Nürnberq tribunalında, İkinci Dünya müharibəsindən sonra təqsirli sayılan yaponiyalılar Tokio tribunalında cəzalandırıldı, eləcə Baş Prokurorluğun topladığı faktlar cinayətkar erməniləri məsuliyyətə cəlb etməyə imkan verəcək. Bu gün Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayət əməlləri ilə yanaşı, yerli xarici kütləvi informasiya vasitələrində yayılan məlumatlar, münaqişə ilə bağlı sosial şəbəkələrdə paylaşılan fikirlər Baş Prokurorluq üçün lazımlı materiallardır. Bir sıra xarici KİV-lərdə Gəncəyə atılan raketlərin günahkarı kimi birbaşa Nikol Paşinyan təqsirləndirilib. Bəzi mənbələrdə isə bu əmri Müdafiə nazirinin verdiyi iddia olunur. Məşhur erməni bloqer Tiqran Köçəryan da Gəncə hadisəsində məhz Paşinyanın günahkar olması ilə bağlı paylaşım edib. Həmçinin, Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert, ehtiyatda olan polkovnik İqor Korotçenko televiziyada çıxışı zamanı Gəncə hadisəsini hərbi cinayət adlandıraraq qeyd edib ki, raket zərbəsi üçün əmri ya Paşinyan, ya da Tonayan verə bilər. Rusiyalı politoloq Yevgeni Mixaylov bildirib ki, törətdiyi cinayətlərə görə Nikol Paşinyanı Haaqa tribunalına vermək lazımdır. Ermənistan tərəfi bu faktları təkzib etməyə çalışsa da, Baş Prokurorluğun əldə etdiyi faktlar bu təkziblərin əsassız olduğunu sübut edir.

 

MDB-nin iştirakçısı olan dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının oktyabrın 8-də keçirilən videokonfransında Kamran Əliyev 27 sentyabrdan etibarən ermənilərin törətdiyi cinayətlər bununla əlaqədar 26 cinayət işinin başlanması, istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə iclas iştirakçılarına məlumat verib. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 12-sində Rusiyanın Baş prokuroru İqor Krosnovla telefon danışığı zamanı Ermənistanın Azərbaycanın sivil əhalisinə qarşı törətdiyi cinayətləri öz həmkarının nəzərinə çatdırıb bütün faktlarla onu tanış edib.

 

KİV- yayılan məlumatlar əsasında bir sıra qüvvələrin Ermənistanın təcavüzkar siyasətinə dəstək verməsi barədə əsaslı ehtimalla var. Bu səbəbdən Baş Prokurorluq Fransa vətəndaşı Artur Oqanisyan Gürcüstan vətəndaşı Vaaqın Çaxalyan barədə araşdırmaya başlayıb. Bundan başqa, "ASALA" terror təşkilatının üzvü, dəfələrlə terrorçuluq fəaliyyətinə görə məhkum edilmiş Fransa vətəndaşı Gilbert Minasyan onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin Ermənistanın hücum əməliyyatlarında iştirak etdiyi barədə məlumatlar əsasında cinayət işləri üzərində istintaq tədbirləri davam etdirilir.

 

Ermənistan illərdir ki, Azərbaycanın yeraltı yerüstü sərvətlərini talayır. İkinci Qarabağ savaşından əvvəlki dövrlərdə Baş Prokurorluq Ermənistanın Azərbaycan ərazisində  qanunsuz iqtisadi digər fəaliyyətlərlə məşğul olması barədə cinayət işi açıb 166 hüquqi şəxslə bağlı 35 dövlətə müraciət edib. Bu günlərdə işğaldan azad edilmiş əraziləri tədqiq etdikcə məsələ ilə bağlı yeni sübutlar cinayət işinə əlavə edilib. Baş prokurorluğun operativ fəaliyyəti nəticəsində üzə çıxan yeni faktlar istintaq işinin gedişini sürətləndirməklə yanaşı, cinayət işinin sübuta yetirilməsində böyük rol oynayır.

 

Bu cinayət işlərinə nəzər yetirdikcə Ermənistanın terror ölkəsi olması bir daha faktlarla, dəlillərlə sübuta yetirilir. 27 sentyabr tarixindən bu günə qədər erməni təcavüzkarlığı nəticəsində 60 nəfər dinc sakin həlak olub, 270 nəfər yaralanıb, 1704 yaşayış binası yararsız vəziyyətə düşüb. Gəncə iki dəfə raket atəşinə məruz qalan zaman Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev şəxsən özü bu şəhərdə olub, cinayət hadisəsini tədqiq edib. Bunların hər biri sivil əhaliyə qarşı böyük bir cinayətdir heç bir şəkildə Ermənistan tərəfi bu cinayətləri törətdiyini təkzib edə bilməz. Hətta cənab Prezident İlham Əliyev xalqa sonuncu müraciəti zamanı bildirib ki, Ermənistan həmişə törətdiyi cinayətləri boynundan atmağa çalışıb. Baş Prokurorluq tərəfindən mülki əhaliyə qarşı törədilən bu cinayətlər barədə yetirəncə sübut əldə olunub dərhal dünya ictimaiyyətinin nəzərinə çatdırılıb. Vaxtilə terrorçu Zori Balayanın adı Azərbaycan tərəfindən İnterpolun siyahısına salınsa da, 2001-ci ildə Ermənistan onun adını siyahıdan çıxarmağa nail olub. Hətta İtaliya polisi bundan xəbərsiz olduğu üçün Zori Balayan saxlanılmışdı. Çünki o vaxtlarda Zori Balayanın cinayətləri barədə əlimizdə yetərincə sübut yox idi. Bu gün isə ermənilərin törətdiyi hər bir cinayət faktlarla təsdiq olunur. Azərbaycan xalqının istəyi odur ki, nəinki indi törədilən cinayətlər, hətta 1992-1993-cü illərdəki təcavüzkarlığa görə erməni cinayətkarları məsuliyyətə cəlb olunsun beynəlxalq məhkəmədə cavab versin. Elə buna görə , Baş prokurorluğun bu istiqamətdə cianayət-istintaq tədbirləri çox vacibdir.

 

Ermənilərin əsl xislətinin dünyaya olduğu kimi tanınmasında, beynəlxalq təşkilatların, dünya mətbuatının erməni təcavüzkarlığına reaksiyasında  Baş Prokurorluğun rolu çox böyükdür.

 

Ermənistan cəbhədə şanlı ordumuz tərəfindən lazımlı cavab almaqla yanaşı, dünya məhkəməsində cinayətkar əməllərinə görə cavab verməlidir. Onlar törətdiyi cinayətlərlə özlərini daha da pis vəziyyətə salaraq məğlubiyyətlərini konkretləşdirirlər.

 

Nadir Rzalı

 

525-ci qəzet.- 2020.- 22 oktyabr.- S.7.