Özbək şairinin Azərbaycan həqiqətlərini
barədə
əsəri nəşr
edilib
Tanınmış
özbək şairi, Özbəkistanın populyar “Kitab
dünyası” ədəbiyyat-mədəniyyət qəzetinin
baş redaktoru Xasiyyət Rüstəmin “Adı Lalə idi o
qızın” adlı poeması (Azərbaycan və özbək
türkcəsində olmaqla) nəfis tərtibatla gün
üzü görüb.
Əsəri özbəkcədən gənc
özbək yazarı
Rəhmət Babacan, şair-publisist Əkbər
Qoşalı və şair Elşən Əzim uyğunlaşdırıb.
Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin ortaq nəşri olan kitabın məsləhətçiləri
Millət vəkilləri
Qənirə Paşayeva
və Məşhur Məmmədovdur.
Şeirləri dünyanın bir çox dillərinə çevirilmiş Xasiyyət
Rüstəmin Azərbaycanda
gün üzü görən ikinci kitabının rəyçiləri
Millət vəkili dr. Cavanşir Feyziyev, Daşkənddəki
Heydər Əliyev adına Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov və “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimovdur.
Qeyd edək ki, kitabın “Önsöz” və “Təqdim” yazılarını Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri
Qənirə Paşayeva
ilə Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov yazıb.
Kitabın redaktorları
Əkbər Qoşalı
və İntiqam Yaşardır.
“Adı Lalə idi o qızın” əsərində
birinci Qarabağ savaşı zamanı öz ata-baba yurdundan didərgin düşən Lalənin
acı həyat hekayəsindən, ailəsinin
yaşamış olduğu
ağrı-acılardan, bu
ağrı acıların
onun uşaq yaddaşında buraxdığı
dərin izlərdən
və son zamanlarda Ermənistanın Azərbaycana qarşı apardığı
növbəti işğalçılıq
siyasətindən bəhs
edilir. Təsadüfi deyil ki, poema,
Tovuza düşmən
hücumlarının başlandığı
12 iyuldan etibarən yazılıb və 16 iyulda tamamlanıb.
Onu da əlavə edək ki, kitabın Azərbaycanın və Özbəkistanın bir çox elm-mədəniyyət
qurumlarına paylanılaraq
geniş oxucu kütlələrinə çatdırılması
planlanıb. Bundan əlavə kitabın yaxın günlərdə
“virtual təqdimat”ı
da nəzərdə tutulub.
525-ci qəzet.- 22 oktyabr.- S.9.