Qurtuluşun yaxındır,
Zəngəzur! - İkinci
yazı
ƏZƏLİ YURD
YERLƏRİMİZİN TARİXİNƏ QISA EKSKURS
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
Türkiyə Cümhuriyyəti Başbakanlığı
nəzdində yaradılmış
Dövlət Arxivində
Osmanlı idarəçiliyi
dövrünə - 1593-cü ilə aid "Gəncə-Qarabağ
əyalətinin icmal dəftəri" saxlanılır,
200-ə qədər kəndin
bir neçəsinin adı istisna olmaqla hamısı türk mənşəlidir. 1748-ci ildə
Qarabağ xanlığını
yaradıb ilbəil güclənən Pənahəli
xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin
üstünlüyü sayəsində
Zəngəzur ellərini
- Bərgüşad, Tatev,
Sisian, Qafan, Meğrini Naxçıvan
bəylərbəyliyindən savaşla alıb öz xanlığına qatdı və bu ərazilər bir müddət Qaraçorlu mahalı adlandırıldı.
1805, 1813 və 1828-ci illərdə
bağlanmış Kürəkçay,
Gülüstan və Türkmənçay müqavilələrinin
heç birində erməni sözü, izi yoxdur. "Kürəkçay müqaviləsi"
preambula və 11 artikuldan ibarət idi. Müqavilənin preambulasında "Şuşalı və Qarabağlı İbrahim xanın
Rusiya imperiyasının
təbəəliyinə keçməsi"
təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi.
Müqavilənin 1, 4, 6, 8 və
9-cu artikullarında İbrahim xanın, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın
öhdəlikləri əks
olunmuşdur. Rusiya birmənalı
şəkildə Qarabağ
xanlığını müstəqil
dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə
sahibi kimi təsdiq, təqdim edirdi. Ən mühüm məqamlardan
biri İbrahim xanın
adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahim xan
kimi. Digər vacib məsələ
Qarabağ xanlığının
bütövlüyünün saxlanmasına imperator tərəfindən
zəmanət verilməsi
idi. Müqavilənin X artikulunda qeyd
edilirdi ki, bu müqavilə əbədi müddətə
bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır.
Erməni söhbəti yoxdur.
Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın
tərkibində qaldı,
1861-ci ildə Zəngəzur
qəzası yaradıldı,
1867-ci il dekabrında Zəngəzur yeni yaradılan Gəncə (Yelizavetpol) quberniyasının
tərkibində ən
böyük ərazi-inzibati
vahidi olub dörd dairəyə (okruq) bölünmüşdü:
Hacısamlı, Alyanlı,
Bərguşad və Həkəri dairələri.
Zəngəzurun qəza mərkəzi
Gorus şəhəri
idi.
1886-cı
ilin statistik məlumatlarına görə,
Zəngəzurdakı 326 kənddən
yalnız 81-də ermənilər
yaşamışdı, həm
də Rusiyanın imperiya planlarına uyğun sistemli şəkildə İran və
Türkiyədən minlərlə
erməni əhalisi Qarabağa-Zəngəzura köçürüldükdən
sonra. 1908-ci ildə
Yelizavetpol quberniyası
üzrə əhalinin
siyahıya alınması
sənədlərində Zəngəzur
qəzası əhalisinin
294 min 753 nəfər olduğu
göstərilir. Bunlardan
197 mini (67 faiz) müsəlman,
97 mini (32,9 faiz) erməni idi (Müxtəsər xronoloji
Ensiklopediya). 1917-ci ildə
Zəngəzurda yaşayan
224.197 nəfər əhalinin
70 faizi
Azərbaycan türkləri
idilər.
Zəngəzur 1918-20-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyətinin
tərkibində qəza
olub ərazisi 7 min 892
kv.km idi.
Müstəqil Ermənistan dövlətinin
yaradılması kimi,
Zəngəzurun bölünüb
dağlıq hissəsinin
Ermənistana verilməsi
də ilk növbədə
ingilislərin planı
olub.
"İngilis barmağı"
Zəngəzurda
Rusiyada çar hökuməti devriləndən bolşeviklərin
28 aprel 1920-ci ildə Azərbaycana gəlişinə
qədər Qafqazda cərəyan edən bütün proseslərdə
ingilislər əsas ssenari müəllifi, rejissor və baş rolun ifaçısı idilər,
Azərbaycandan qoparılıb
Ermənistana veriləcək
torpaqların sərhədlərini
də ingilislər cızmışdı; ilk mərhələdə
Qarsdan Gəncəyədək
olan ərazilər, sonra dənizdən dənizə Böyük Ermənistan. Böyük Britaniyanın Qafqazdakı
diplomatik nümayəndəliyinin
rəhbəri general Tomson
1919-cu il martın 28-də
Yerevanda Ermənistan hökumətinin iclasında
çıxışında demişdi: "...Zəngəzur
Erməni Milli Şurası tərəfindən
idarə ediləcək...
Dağlıq Qarabağın
idarə edilməsi üçün Ermənistan
təcili öz nümayəndələrini verməlidir...
Erməni qoşunları
Qars və Naxçıvanı, Şərur-Dərələyəz-Sürməlini
tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən - Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək... Azərbaycan
hökumətinin martın 19-da keçirilən iclasında
qərar qəbul edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik
piyada və 500 nəfərlik erməni süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib
Ermənistana getməsi
üçün hərtərəfli
səy göstərəcək.
Mayor Monk Mezon mənə
məlumat vermişdir
ki, Azərbaycan hərbi hissələri
general Mehmandarovun rəhbərliyi
ilə onların sağ-salamat keçməsi
üçün bütün
tədbirləri görmüşdür...
Azərbaycan Dağlıq Qarabağ
və Zəngəzurun
mübahisəli ərazi
kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir".
Tomson Ermənistan
hökumətinin rəhbərlərinə
5 milyon ədəd
patron və pul da göndəriləcəyini də
vəd edir, vədini də yerinə yetirir.
Böyük Britaniyanın Hərbi
naziri Çörçill
1919-cu il martın 6-da Qafqazla
bağlı bir konfransda demişdi: "Heç şübhə yoxdur ki, Rusiyanın
gələcək hökuməti
bu regiona (Qafqaza-H.N) yenidən qayıdacaqdır, indiki fasilə məqamında baş verənlər əsas problem deyil, lakin Britaniya qoşunları o ərazilərdə
nə qədər çox qalacaqsa, bizim caynağımız bir o qədər dərinə işləyəcəkdir".
1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə
qarşı "14 dövlətin
yürüşü" planının
müəllifinin bu uzaqgörənliyini, ingilis
diplomatiyasının gücünü,
anlamaq üçün
bp şirkətinin Azərbaycana-Xəzər regionuna
gəlişi və burdakı fəaliyyəti,
mənfəətlərini yada
salmaq kifayətdir.
Zəngəzur qırğınları
Zəngəzur qırğınları Şərqi Anadolu və Qacarlar İranının türklər
yaşayan torpaqlarında
ermənilərin törətdikləri
qətliamların davamı
idi, eyni bir ssenarinin ardı idi, Amerika-İngiltərə, Fransa,
Rusiyanın Anadolu limanlarına, Afrika sahillərindəki isti sulara, dənizlərə,
Qafqaza, Bakı neftinə sahib olmaq uğrunda savaşının
bir həlqəsi, nəticəsi idi. Müttəfiq qoşunları Rusiyanı
sarsıdan inqilablardan
dərhal istifadə edib Qafqazda möhkəmlənmək
istəmişdilər. XX əsrin əvvəlində
də, sonunda da böyük dövlətlərin
maraqlarının toqquşmasından
ermənilər məharətlə
bəhrələndilər. Erməni kilsəsi, ardınca həm də daşnak partiyası o zaman da, indi də erməni
hərəkatının yol
göstərəni, ilhamvericisi
olaraq qalır.
23 aylıq mövcudluğu
ilə fəxarət,
qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
və Hökumətinin
ən uzaqgörən,
xeyirli addımlarından
biri Fəvqəladə
Təhqiqat Komissiyasının
yaradılması idi. Komissiyanın
Zəngəzur qəzasına
dair rəqəmləri
belədir; 115 kənd
dağıdılmış, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmış, yəni ən azı 10 068 azərbaycanlı öldürülüb
və ya şikəst edilmişdir.
Lakin əslində bu rəqəmlər tarixi həqiqəti əks etdirmir. Xüsusilə,
1919-cu ilin noyabr-dekabr,
1920-ci ilin yanvar ayında ermənilərin
Zəngəzurun aşağı
hissəsində, əsas
da Qafan, Qubadlı, Zəngilan, Mehri bölgəsində Dro, Amazasp, Hjde kimi
qaniçənlərin başçılığı
ilə törədilən
qətliam, qırğınların
nəticələri daha
ağır olub və acı təəssüflər olsun
ki, üstündən
bir əsrə yaxın vaxt keçsə də, ictimaiyyət bu qanlı faciələrin əsl miqyasından, səbəb və nəticəsindən hələ
də yetərincə
məlumatlı deyildir.
Erməni başçılarından
biri Hamazaspın mütəşəkkil silahlı
quldur dəstələri
Çaylı, Oxçu-Şabadin
kəndlərində 1400 azərbaycanlını,
400-ü uşaq, qadın
olmaqla heç bir xalqın tarixində görünməmiş
amansız vəhşiliklə,
güllə, mərmi
işlətmədən danışıqlar
adı ilə məscid, anbarlara yığıb məhv etmişdi. 1919-cu il dekabrın 1-də (Azərbaycan-Ermənistan
baş nazirlərinin Amerika, Gürcüstanın
vasitəçiliyi ilə
23 noyabrda Tiflisdə sülh sazişi imzalamasından 7 gün sonra) sübh çağı üç
istiqamətdə başlayan
hücumlarla ermənilər
Qaregin Njdenin başçılığı ilə 118 Azərbaycan və 22 erməni kəndindən ibarət Qafan bölgəsinin müsəlmanlar yaşayan
el-obalarını mühasirəyə
alıb əhalisini insan ağlına sığmayan
üsullarla kütləvi
şəkildə qırıb,
evlərini talan, qarət edib yandırıblar. Qafanın
Gığı dərəsi
boyu kəndlərinin
4 min sakinindən yalnız
262-si sağ qalmış,
Atqız kəndinin camaatının bir qismi qaçmağa macal tapsa da, Ordubada çatanadək
167 uşaq və qadın qarlı yollarda şaxtada donub həlak olmuşdu.
1917-1920-ci illərdə
Zəngəzur qəzasının
7892 kv.km ərazisindəki 406 yaşayış məntəqəsinin
314-də müsəlman türklər
yaşayıb, yandırılıb
xarabalığa çevrilən
kəndlərin yarıdan
çoxu məhz bu 3 ayın - 1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayının payına düşür. Qəzanın əhalisinə qarşı
əvvəlcədən cızılmış
ssenari üzrə deportasiya və etnik təmizləmə, soyqırımı nəticəsində
1917-ci ildə Zəngəzurda
yaşamış 123 min
nəfər əhalinin
1926-cı ildə yalnız
5 mini viran qalan yurdlarına geri qayıda bilmişdi. Yəni təkcə həmin
aylarda qəzada qətlə yetirilən insanların sayı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı
Fövqəladə Təhqiqat
Komissiyasının sənədlərində
göstərilən, tarixçilərimizin
tez-tez istinad etdiyi rəqəmlərdən
dəfələrlə çoxdur.
Nərimanoğlu Hacı
525-ci qəzet.- 22
oktyabr.- S.14.