Ruhun şad olsun, Səid!
1993-cü
ilin yazında Azərbaycan Müdafiə Nazirliyinin "Azərbaycan
ordusu" qəzetində hərbi jurnalist kimi xidmətdə
olarkən qəzetimizin əməkdaşı Şamil
Sabiroğlu və mən Füzuli cəbhəsinə ezam
olunmuşduq. Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu da bizimlə
idi.
Şamil Sabiroğlu Zəngilan tərəfə getdi, Umud Rəhimoğlu ilə mən Füzulidə qaldıq. O vaxt Füzulidəki Məngələnata
dağı yenicə ordumuz tərəfində geri qaytarılmışdı.
Füzuli şəhərinin giriş qapısına çatanda atəş və mərmi səsləri yaxından eşidilirdi. Mən həyəcanımı
gizlədə bilmirdim.
Bundan əvvəl Tərtər cəbhəsində
olmuşdum, buna baxmayaraq, üzümdəki
soyuq ifadəni özüm də hiss edirdim. Əslində, Sovet ordusunda
motorlu-atıcı qoşun
birləşməsində tibb
xidmətdə olmuşdum
və hərbi təlimlərdə çox
iştirak etdiyimdən
qorxu hissimə qalib gəlməyi bacarırdım. Ancaq bu,
təlim yox, real müharibə idi. Və bu müharibə bizim ölkəmizə xain qonşumuz Ermənistan tərəfindən
aparılan işğalçılıq
siyasətinin nəticəsi
idi. Ermənistana dəstək verən
dövlətlərin silahlarından
bizim torpaqlarımızın
işğal olunmasında
istifadə edilirdi və beynəlxalq aləm də buna göz yumurdu.
Sovet imperiyası
dağılandan sonra müstəqillik qazanan ölkəmizin xarici və daxili düşmənləri fəallaşmışdı
və bütün gücləri ilə xalqımızın dəmir
iradəsini qırmağa
çalışırdılar. Sovet ordusunu
Ermənistanın Gümrü
şəhərindəki və
Xankəndidəki hərbi
hissələri də
ermənilər tərəfindən
bizə qarşı döyüşürdü.
Biz Füzuli şəhərinə
çatanda ilk dəfə
İcra Hakimiyyətini
başçısı Nofəl
Qasımovla görüşdük. Mən ilk dəfə
idi ki, hərbi
formada olan bu son dərəcə xoş- üzlü insanı görürdüm
və cüssəsindən,
üzünün ifadəsindən
mərdlik, qəhrəmanlıq
yağan bu adamın bizimlə rəftarından sanki onu illər öncədən tanıyırammış
kimi düşündüm.
Bu, təbii idi.
Xoş ovqatlı insanların üzündəki xoş ifadə bizim xalqın gözəl xüsusiyyətlərindən xəbər
verir.
Tanışlıqdan sonra Füzulidə olan hərbçilərimizin
iştirakı ilə
görəcəyimiz işlərlə
bağlı məsləhətlər
aldıq. Səhərisi gün Nofəl
Qasımovla görüşdük
və o, bizi 2-3 yaşlarında olan iki oğlu ilə
qarşıladı. Mənə də
bir diktafon bağışladı ki,
bununla əsgərlərimizdən
müsahibə götürərsən.
O diktofonu hələ birinci
Qarabağ savaşının
yadigarı kimi saxlayıram. Nofəl bəyin oğlanlarının
birindən adını
soruşdum:
- Səid, - dedi və əynimdəki
hərbi formaya, belimdəki tapançaya baxıb komandir olacağını
dedi. Uşağın üzünün ifadəsi və ürəyinin dərinliklərində
uşaq dünyasına
xas olan, hələ də tam anlaya bilmədiyi düşmən obrazına
olan nifrət duyğusu məni kövrəltdi. Bəli, müharibə
uşaqları da dəyişdirir.
Ətrafımızda baş verən
gəlişikliklər, müharibə
və ölüm səhnələrini ekranlarda,
həyatda müşahidə
elədikcə onların
qəlbində düşmən
obrazı və ona qarşı nifrət hissi yaranır.
O gündən 27 il
ötdü, Səid böyüdü, orta məktəbi bitirdi, ali məktəbə daxil oldu, bitirdikdən
sonra isə zabit oldu. İlk döyüş yolu isə 2016-cı ildə Lələtəpədən başladı.
Bəli, 2020-ci il də gəldi. Səid əlində silah, könlündə Vətən
sevgisi yenə torpaqlarımızın müdafiəsi
uğrunda döyüşə
atıldı. Bu yaxınlarda
Nofəl bəylə görüşəndə Səidi
soruşdum, dedi ki, Füzuli istiqamətindəki döyüş
bölgəsindədir. Uğurlar dilədim.
Lakin bir neçə gündən
sonra eşitdiyim dəhşətli xəbərdən
çox üzüldm. Nofəl bəy
zəng edə bilmədim. Rəşad Məcidi aradım.
Dedi ki, Səidi dəfn eləmək üçün
Füzuliyə gedirik...
Və bir neçə gündən
sonra Səidin atası Nofəl bəylə görüşdüm. Kövrəldiyimi
görüb qolumdan tutdu və məni
silkələyib dedi:
- Nazim, ağlamaq olmaz, Səid Vətən uğrunda şəhid olub!
Bəli,
doğulduğu Füzuli
rayonu üçün,
cəmi Azərbaycan üçün, xalqımız
üçün canını
fəda edən bir Vətən oğlunin - Səid Rəşidzadənin
3 yaşındakı üzünün
ifadəsi hələ
də yadımdadır.
Və bu gün hərbi
geyimində olan şəkilində də Səidin üzündəki
inam və xoş əhval-ruhiyyə
o üç yaşındakı
uşağın üzünün
ifadəsini xatırlatdı.
Səid Vətən torpaqlarının
bütövlüyü uğrunda
şəhid oldu. Müzəffər ordumuzun qələbəsi
yaxın günlərdə
elan olunacaq. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və müzəffər
ordumuzun sayəsində
bütün şəhidlərimizin
intiqamı alınır,
Vətənimiz xain erməni işğalçılarından
təmizlənir.
Qarabağ Azərbaycandır!
Azərbaycanı göz bəbəyi
kimi qoruyan Ordumuza, Xalqımıza eşq olsun!
Ruhun şad olsun, Səid!
Allah bütün şəhidlərimizə
rəhmət eləsin!
Nazim ƏHMƏDLİ
Şair-publisist, birinci Qarabağ
müharibəsi veteran
525-ci qəzet.- 22 oktyabr.- S.16.