Qurtuluşun yaxındır,
Zəngəzur! - III yazı
ƏZƏLİ YURD
YERLƏRİMİZİN TARİXİNƏ QISA EKSKURS
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
1920-ci illərdə Zəngəzurun
Gorus, Sisian, Qafan, Mehri bölgələrindən
sonra 1992-93-cü illərdə
Azərbaycanda qalmış
Laçın, Qubadlı,
Zəngilan rayonları
da dünyanı idarə
edən xristian güclərin fəal, açıq hərbi-siyasi
dəstəyi ilə ötən əsrin əvvəllərində sınaqdan
keçmiş eyni üsullarla, bu dəfə həm də Dağlıq Qarabağ və digər ətraf bölgələrlə birlikdə
Azərbaycandan qoparılıb
Ermənistanın nəzarətinə
verilmişdi.
Erməni
Milli Şurası
1918-ci ilin 28 mayında
9 min kv.km ərazidə müstəqil
erməni dövləti
elan etdiyi ilk günlərdən etibarən
tarixi Azərbaycan torpaqları hesabına sərhədlərinin genişləndirilməsi,
Naxçıvandan Şuşaya
qədər ərazilərin
işğal edilib müsəlman əhalidən
təmizlənməsi planını
dövlət siyasətinə
çevirmiş və
bunu həyasızlıq,
hiyləgərlik, ikiüzlülük,
məkrlə, vəhşi
inadkarlıqla gerçəkləşdirməyi
bacarmışdı.
Zəngəzurun Ermənistana verilməsi
1918-1920-ci illərdə Zəngəzur ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin tərkib
hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.
Azərbaycan hökuməti - Müvəqqəti
İnqilab Komitəsi
1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur
və Qarabağdan öz
qoşunlarından təmizləməsini
sözdə tələb
etsə də, reallıq başqa idi, hər şeyi
güc həll edirdi. Bolşevik Rusiyası Gürcüstan
və Azərbaycanın
ardınca daşnakların
iradəsi ilə idarə olunan Ermənistanın da sovetləşməsi
üçün erməni
əhalisini müxtəlif
şirnikləndirici addımlarla
ələ almaq istəyirdi. Bu şirnikləndirici addımlar
isə yenə də Cümhuriyyət dövründə olduğu
kimi, Azərbaycan torpaqlarının Ermənistana
verilməsi ilə bağlı idi. Mikoyan başda olmaqla
erməni liderləri bolşevik Rusiyasının
rəhbəri Lenini inandırmağa çalışırdılar
ki, Zəngəzurun (eləcə də Naxçıvanın və
Qarabağın) Ermənistana
verilməsi erməni xalqının sovet hakimiyyətinə inamını
artıra bilər.
Rusiyanın Xarici İşlər
naziri Çiçerin
1920-ci il iyunun 2-də Leninin "Zaqafqaziyanın fatehi" adlandırdığı Zaqafqaziya
üzrə fövqəladə
səlahiyyətli şəxs
(faktiki Qafqaz canişini) təyin olunmuş Orconikidzeyə məktubunda bu məsələ ilə bağlı yazırdı:
"Daşnak Ermənistan
hökuməti ilə
kompromisə nail olmaq bizə vacibdir".
1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu
Azərbaycanın bolşevik
rəhbərliyinin razılığı
olmadan Naxçıvanın
Şərur-Dərələyəz bölgəsini Ermənistana
vermək bərədə
qərar çıxardı,
Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan
arasında "mübahisəli
ərazilər" elan
olundu. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nərimanov buna qarşı çıxaraq Leninə məktub yazdı. Nərimanov yazırdı ki, Mərkəzin çıxardığı qərarlar
Azərbaycan əhalisi
arasında Rusiyaya və sovet hökumətinə
inamı sarsıda bilər: "Zəngəzur
və Qarabağın
neytrallaşdırılması, yaxud daşnaklara verilməsi... (Azərbaycan
müsəlman əhalisi
tərəfindən) xəyanət
sayılacaqdır... Müsəlman
kütlələr Sovet
hakimiyyətinin Azərbaycanın
ərazi bütövlüyünü
qorumamasını satqınlıq,
ermənipərəstlik, yaxud
sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər..."
Lakin bu etirazların faktiki nəticəsi olmadı. Çünki Azərbaycanın sovet rəhbərliyində də
ermənilər güclü
qüvvəyə malik
idilər. Nərimanovun yazdığı kimi, real
idarəetmə Mirzoyanların
əlində idi.
Bolşevik Rusiyası Azərbaycanın
sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən Ermənistan
sovet hökuməti ilə ikitərəfli sazişlər hazırlayırdı.
Azərbaycan sovet hökuməti
bu sazişdə ərazi bütövlüyü
məsələsinin təmin
olunmasına da ümid
bəsləyirdi. Erməni kommunistləri
də Zəngəzur,
Naxçıvan və
Qarabağ məsələsinin
öz xeyirlərinə
həllini gözləyirdilər.
1920-ci il noyabrın 29-da Ermənistanda
(Yerevanda) sovet hakimiyyətinin qurulduğu
elan olundu, hərçənd bölgələrdə
daşnak hökuməti
hələ tam süqut
etməmişdi.
Zəngəzurun Ermənistana verilməsi
ilə bağlı
1920-ci il noyabrın
30-da keçirilən Azərbaycan
K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə
iclası qərar qəbul
etdi (Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev,
M.Hüseynov). İclasda 3-cü məsələ kimi "Ermənistanda İnqilab Komitəsinin Ermənistanda
Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı"
müzakirə edildi və qərar çıxarıldı.
Qərarda həmçinin ("j" və
"i" bəndləri), Nərimanova bütün bunlar barədə bəyanat hazırlamaq və onu Bakı
Sovetinin plenumunda elan etmək tapşırılırdı.
Serqo Orconikidzenin təkidi ilə tarixin qara səhifəsinə düşəcək bu bəyanatı N.Nərimanov
1920-ci il dekabrın
1-də elan etdi: "
...bundan belə heç bir ərazi məsələləri
əsrlərdən bəri
qonşu olan iki xalqın - ermənilərin və müsəlmanların bir-birinin
qanını tökmək
üçün səbəb
ola bilməz, Zəngəzur və Naxçıvan qəzaları
Sovet Ermənistanının
ərazisidir, Dağlıq
Qarabağın əməkçi
kəndlilərinə isə
öz müqəddaratını
təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarından
bütün hərbi əməliyyatlar dayandırılır,
Sovet Azərbaycanının
qoşunları buradan
çıxarılır". Orconikidze bu qərarı "bəşəriyyət tarixində
nümunəsi olmayan mühüm əhəmiyyətli
tarixi akt", "Azərbaycan artıq yükdən xilas olur" kimi təhqiramiz ifadələrlə
dəyərləndirmişdi.
M.Ə.Rəsulzadə buna acıyaraq yazırdı:
"Ermənistanda dəxi
bolşevik hökuməti
təsis edər-etməz
rus siyasətli Nəriman bəyin səxavətkar ağzı
ilə iki gün əvvəl müdafiə elədiyi Zəngəzur və Naxçıvan qəzasını
Ermənistana hədiyyə
etdi".
Az keçmiş N.Nərimanov yanıldığını,
tarixi səhvə yol verdiyini anladı...
Lakin bu bəyanatın ağrısını
Azərbaycan 100 ildir hələ
də çəkir.
Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, Azərbaycan rəhbərliyində narazılıqlar
olduğundan qəzanın
Ermənistanın idarəçiliyinə
keçməsi dərhal
baş verməmişdi. AK/b/P MK
Siyasi və Təşkilat bürolarının
1921-ci il 12 yanvar tarixli iclasında "Zəngəzurun
müsəlman hissəsinin
inzibati cəhətdən
təşkili" haqqında
qərar çıxarıldı.
Qərarda Zəngəzur
bölgəsini 2 yerə:
Qərbi Zəngəzur
qəzası və Şərqi - əhalisinin
guya kürdlərdən
ibarət olmasına görə Kürdüstan
qəzasına bölmək
təklif edilirdi. Kürdüstan qəzasının təşkili də növbəti bir səhv - qalan ərazilərin də Ermənistana verilməsi üçün aralıq,
keçid mərhələ
kimi düşünülmüşdü.
Zəngəzur qəzasının 6.742 kvadrat
verstlik ərazisindən
3.105 kv.versti Azərbaycan
SSR tərkibində qalmış,
3.637 kv.verstlik hissəsi
isə Ermənistana verilmişdi.
1921-ci ilin 3 iyununda RK/b/P MK Qafqaz Bürosu
Stalinin iştirakı
ilə iclas keçirib məxfi qrifli "Zəngəzur məsələsi"ni müzakirə
etdi, Zəngəzurun Ermənistana birləşdirilməsi
barədə qərar
çıxarıldı. Bu
iclasda bir nəfər də olsa azərbaycanlı, müsəlman yox idi. Əsas məqsəd də Azərbaycanla Türkiyəni
bir-birindən ayırmaq
idi.
Zəngəzurun Ermənistan SSR-ə verilmiş hissəsində
Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları
yaradıldı. Nəticədə
Naxçıvan digər
Azərbaycan torpaqlarından
ayrı salındı.
Zəngəzurun Azərbaycanda
qalan hissəsində isə 1933-cü ildə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-1993-cü ildə
rus-erməni silahlı
birləşmələri və milli xəyanətkarların
fəal yardımı
ilə hər 3 rayon Ermənistanın
hərbi nəzarətinə
keçdi.
Tarixi ədalət
bərpa olunur
Azərbaycan Prezidenti İlham
Əliyev 2014-cü il
aprelin 8-də Naxçıvan
Muxtar Respublikasının
90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə
nitqində bu günləri müdrikliklə
görərək, xalqı,
dövləti bu mübarək günlərə
səbr və zəkasının qüdrətilə
hazırlayaraq demişdir: "Xalqımıza
qarşı ədalətsizlik
edilmişdir. Çünki
Azərbaycanın əzəli
torpağı olan Zəngəzuru Azərbaycandan
ayırıb Ermənistana
vermişdilər. Bu, böyük ədalətsizlik
idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun
o vaxtkı əhalisinin
mütləq əksəriyyəti
azərbaycanlılar idi.
Zəngəzurun bütün
yaşayış məntəqələrinin
adları Azərbaycan
adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik
və qərəz əsas rol oynamışdır.
Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü.
Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü.
Bu, ədalətsizlikdir,
bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm
ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq".
Artıq Zəngəzurun
Azərbaycana, Azərbaycanın
əsrarəngiz təbii
gözəlliklərlə, zəngin təbii sərvətlərlə dolu
Zəngəzur ellərinə
qovuşmasına sayılı
günlər qalıb.
Vətən, Torpaq uğrunda canlarından keçən Şəhidlərimizin
müqəddəs ruhu
qarşısında baş
əyir, yaralılarımıza
şəfalar, Qazilərimizə
zəfəriniz mübarək,
Tanrı sizləri qorusun - deyirik. Yurd-yuvalarına dönüş
həsrətilə dünyadan
köçən həmvətənlərimizə
rəhmət, bu xoşbəxt günləri
gözləyənlərə tezliklə vüsala yetmələrini diləyirik.
Prezident və
Ali Baş Komandanın siyasi iradəsi, Milli Ordumuzun şücaəti,
döyüş ruhu, dövlət-xalq
birlik, bərabərliyi
qələbəni, qurtuluşu,
zəfər günlərini
günbəgün yaxınlaşdırır.
Gözün aydın, Azərbaycan, zəfərlər səninlə
olsun!
Hacı
Nərimanoğlu
525- ci qəzet.- 23 oktyabr.- S.14.