Mihən KƏRİMİ
1980-ci ildə Ərdəbil şəhərinin
10 kilometrliyində yerləşən
Səmiran kəndində
anadan olub. Elə həmən kənddə də ibtidai təhsil alıb. Sonra isə Ərdəbildə
orta məktəbi bitirib. Hüquq üzrə ali təhsil alıb və əmək fəaliyyətinə başlayıb.
Ərdəbilin sərhədaşırı
(beynəlxalq) radiosunda
aparıcı və tərcüməçi kimi
də işləyir. Mihən Kəriminin
2016-cı ildə Bakıda
"Ekoprint" nəşriyyatında
"Misilsiz sevgi" adlı şeirlər kitabı çap olunub.
Ayrılığa qol çəkdi
Sürdü hökmün bu fələk, ayrılığa
qol çəkdi,
Səni məndən
ayırıb aramızdan
yol çəkdi.
Həsrəti hakim edib gözü
ağlatmaq üçün,
Təməli baltalayıb, susmaq üçün kol çəkdi.
Günəşi dustaq edib işığı
üzmək üçün,
Zülmətə meydan açıb sərgisini bol çəkdi.
Ayrılan vaxt
dönümün bir günə imza etmiş,
Dandı əhd-ilqarını
dönməsi bir il çəkdi.
Yoluna gül
döşəyib, yollarına
göz dikərəm,
Söyləyin, atdı məni, ortaya məftil çəkdi.
Yasaq sevgi
O məni gözdən
atan gözlərə
qurban demişəm,
Bir dönüb
baxmağına min kərə
can-can demişəm.
İnciyib-incidənim, heç zada məndən küsənim!
Səndən özgə de kimə, könlüm evin yan demişəm?
Məni
görcək gözəlim,
gül üzünü
daldaladın,
Şübhələndim özümə bəlkə
də böhtan demişəm.
Sən usandıqca gözümdən,
zaman andırdı mənə,
Məndə hər dərd olursa, onu asan
demişəm.
Qadına
sevgi yasaq, eşq qoruq, istək uzaq
Qadına eşqi üçün tapdanan insan demişəm.
Diksinən yanaq
Gah açılır, gah yumulur gözlərimin qapaqları,
Sanki varmış intizarı
gözləyir ən uzaqları.
Nə yuxuya dalır bir an, nə yollardan üzür ümid,
Gecə-gündüz vaxt itmədən diksindirir yanaqları.
Bilməm Tanrı böylə yazmış, ya taleyim küsüb məndən?
Alnı açıq təbəssümə
həsrət qoyub dodaqları.
Sevgisinə baş əydiyim,
arxa bilib dağ sandığım,
Sankı yurddan dönər
olub, daha gəlmir soraqları.
Zaman ötür, Günəş
batır,
Tanrı köhnə düşmən
sayaq təkrarlayır
sınaqları.
Qara bəxtim
Neçə illərdi ki, küsmüş yuvasından
qara bəxtim,
O zamandan ki, könül
bağladı namərd
yara bəxtim.
Döndü könlümdə külə
bəslədiyim arzu, dilək də,
Necə düşdü yar əlindən bilə bilməm dara bəxtim?
Sirr açan gözlərimə
vermədi imkan dodağım heç,
Gizələyib qıssa gülüşlə
yaradır söz tara bəxtim.
Məni
illər qəmi sındırmadı, sındırdı
bu hicran,
Axırda qovuşdu naz-işvə ilə əğyara bəxtim.
Bağışla məni
Bircə
ürəyimin sevgisi sənsən,
Olarmı incidə sevəni sevən?
Küsdünmü bilmirəm nədənsə
məndən?
Xətrinə dəymişəm, bağışla
məni.
Atıb
getmə məni, ay nadan gözəl,
Günəşdən cəlallı, aynadan gözəl,
İncidin bilmirəm ay nədən,
gözəl?
Xətrinə dəymişəm, bağışla
məni.
Qoymaram sevgimiz daşa toxunsun,
Eşqimiz söz olub nağıl oxunsun,
Nə sənin könlünə
kədəri qonsun,
Xətrinə dəymişəm, bağışla
məni.
Elim qalmayıb
Elə darıxmışam cansız
həyatdan,
Bir gün yaşamağa meylim qalmayıb.
Yuvasız bir quşam, ömrü didərgin,
Vətən qəribiyəm, elim qalmayıb.
Doğanım anadır, boğanım
dünya,
Həyatdan yorulub gəlmişəm
cana,
Lənət olsun belə vara, ərkana,
Çəkməyə qəm yükün belim qalmayıb.
Ağrıyan başıma yarım
diz vermir,
Taleyim qaradır, bəxtim üz vermir,
Bu qədər ah-zara fələk göz vermir,
Yolmağa saçımı, telim qalmayıb.
O gün ki, vuruldum
bir parça daşa,
Çıxmışam taleylə sülhə, savaşa.
Bir ömrü hüznlə vurmuşam başa,
Qəmlər ayırd edən dilim qalmayıb.
Zikr elədim
Gecədən çıxmaq üçün
sübhə kimi fikr elədim,
Günəşin güzgüsünə düşdü
gözüm şükr
elədim.
Dedim axır üzülüb intizarın qol-budağı,
Öyübən taleyimi xoş günümü zikr elədim.
Əski
dostum qonaq olmuş
Yardan özgə elə bil, el bütün göz-qulaq olmuş,
Sevənə zövq verəcək əski dostum qonaq olmuş.
Az zaman gəldi, sevinc tutdu o dostun yerini,
Yenə ol qəm qayıdıb,
mən ilə qol-budaq olmuş.
Sanki qandır damarımda məni mənsiz də süzür,
Qayğıkeş dostdu mənə, zülmətimə çıraq
olmuş.
Hər gələn getdisinin vaxtını imza elədi,
Sarılıb mənlə qalıb o sevincə duzaq olmuş.
Kəsəcək kölgə önün,
vaxtı çatarkən
Günəşin,
Demə bir
darğadı qəm,
hər tərəfdə
soraq olmuş.
Esmira FUAD
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2020.-
23 oktyabr.- S.15.