Oljas Süleymenov: “Azərbaycan
rəğbət bəsləyirəmsə, bunu dərin
səmimiyyətilə edirəm”
Qazaxıstanın
və bütün türk dünyasının yaşayan əfsanəsi,
tanınmış ictimai-siyasi xadim, diplomat,
yazıçı, ölkəmizin “Dostluq” və “Şöhrət”
ordenlərinin laueratı Oljas Süleymanov Azərbaycan
Televiziyası vasitəsilə xalqımıza müraciət
edib. O, bu tarixi günlərdə Azərbaycanla
birlikdə olduğunu
bəyan edib.
Cebhe.info xəbər verir ki, Azərbaycanın
Qazaxıstandakı səfirliyi
yazıçının müraciətini
yayıb.
Müraciətdə deyilir:
“Bu günlərdə
moskvalı bir jurnalist mənə sual ünvanlamışdı
və sualı da belə başlamışdı:
“Siz təbii ki, Azərbaycanın tərəfini tutursunuz”. Mən cavabında dedim: Azərbaycan futbol komandası deyil ki, mən
onun tərəfini tutum. Azərbaycan mənim üçün doğma ölkədir, qardaş xalqdır. Ona görə də əgər bu möhtəşəm xalqa, respublikaya rəğbət bəsləyirəmsə,
bunu dərin səmimiyyətimlə edirəm.
Mən Bakıda, Gəncədə, Şuşada,
Füzulidə və bir sıra digər
şəhərlərdə çox gözəl günlər keçirmişəm,
hamısını gəzmişəm.
Bu, sovet dövründə, gəzilməsi
mümkün olan vaxtlarda baş vermişdi. Hazırda orada cərəyan edən hadisələrdən
xəbərdaram. 30 ildir
hamımız bu ağrı-acı ilə yaşayırdıq. 80-ci illərin
sonu, 90-cı illərin
əvvəllərində başlayan
faciələrlə kədərləndik.
Həmin illərdə,
90-cı ilin Qara Yanvar hadisələrində
mən oraya getmişdim.
İndi baş
verənlər dünyanın
nüfuzlu dövlətlərindən
formalaşan Minsk qrupunun fəaliyyətindəki
səriştəsizliyin nəticəsidir.
Təəssüf ki, onlar 30 ildə heç nə etmədilər. Bu səbəbdən də Azərbaycan özü öz torpaqlarınız azad etmək məcburuyyətində qaldı.
Əlbəttə, Gəncəyə
raket atıldığını
eşidəndə çox
narahat oldum. Bu, tamamilə qadağan olunmuş bir həmlədir və əsl təxribatdır. Çünki
şəhərlərə raketlə hücum etmək beynəlxalq hüquqla da yasaqlanıb. Ermənistan isə bu qaydanı
kobudcasına pozub. Raket hücumu barədə əmri dövlətin ən yüksək rütbəli
şəxsi verir. Yəqin ki, bu halda hücum
əmrini Ermənistan
prezidenti verib. Bu bizim hamımıza
həqarətdir, hamımızın
təhqir olunmağımızdır
və bizi üzür.
Amma sevindirici
məqam ondan ibarətdir ki, hansısa rayonların, yaşayış məntəqələrinin
işğaldan qurtarıldığı
xəbərini alırıq.
Eşitdim ki, Füzuli azad olunub. Bilmirəm, indi o hansı vəziyyətdədir, amma
mən olduğum vaxtı çox füsünkar bir şəhər idi. Mən 30 ildir işğal altında qalan bütün 7 rayonun azad olunacağına inanıram. Ümid edirəm ki, Minsk qrupu da
Azərbaycanın öz
gücü ilə azad etməkdə olduğu və mütləq azad edəcəyi vətən
torpaqları uğrunda
mübarizəsini təqdir
edəcək və
dəstəkləyəcək. Doğma Azərbaycana uğurlar diləyir və torpaqlarına sülh gəlməsini istəyirəm. Bunu çox arzulayıram. Mən Azərbaycan xalqına, Azərbaycana öz sevgimi, məhəbbətimi bildirir,
sülh, əmin-amanlıq
və işıqlı
günlər arzulayıram.
Sağ olun!”
525-ci qəzet.- 2020.-
24 oktyabr.- S.7.