Mən əsgərəm, Qarabağ!..
Vətən əsgəri
Ətraflı
Yurda
göz dikənin dərsini verdin,
Yolunu azanlar qorxdu gücündən.
Vətənə
qanım da halaldı, dedin...
Məğrurluq
boylandı igid içindən -
Ey Vətən
əsgəri, Vətən əsgəri!
Qəzəbin
daş dələr gərilsə yay tək,
Bir heçdi gözündə min hədə, qorxu.
Gündüzlər
Gün kimi, gecələr Ay tək
heç
zaman gözünü tutmasın yuxu,
Ey Vətən
əsgəri, Vətən əsgəri!
Qoru azad
eldə azad gün görən
bu yurdun
oğlunu, qızını qoru!
Halal
süfrəmizə Allah göndərən
halalca
tikəni, ruzunu qoru,
Ey Vətən
əsgəri, Vətən əsgəri!
Qoru sərhədləri,
yolu, körpünü -
necə
ki, əkinci dəni qoruyar.
Qorusan
beşikdə yatan körpəni
bil, Ulu
Tanrı da səni qoruyar...
Ey Vətən
əsgəri, Vətən əsgəri!
Şərəf
timsalıdı hünərli paqon,
şərəf qoruyandı əsgər deməli;
Çiynində
alışan o zərli paqon
ölkəmin müqəddəs əlidir, əli -
Ey Vətən
əsgəri, Vətən əsgəri!
Kim yolun
azarsa, düşünsün dərin,
ləkə sala bilməz növrağımıza!
Silahın
sinəndə; köksünü gərib
sən
ki, and içmisən bayrağımıza,
Ey Vətən
əsgəri, Vətən əsgəri!
Geriyə
addım da çəkilmək olmaz
düşmən qabağında, satqın önündə.
Heç
zaman, heç yerdə əyilmə, yalnız
diz
çök ədalətin, haqqın önündə -
Ey Vətən
əsgəri, Vətən əsgəri!..
Gözünə
dönüm
Od ələ
daraq-daraq,
Kül
olsun allahvara...
Yağı
başıma qara
bağlat!
Gözünə dönüm!
Qaldır
zəfər tacını!
Qaytar Şuşa, Laçını!
Erməninin
xaçını
laxlat!
Gözünə dönüm!
Adlama asan
yolu,
keç
tanrı yazan yolu!
Yad ayaq
basan yolu
saxlat!
Gözünə dönüm!
Vur,
sınsın buynuzları,
Yerə gətir
dizləri!
Əyri
baxan gözləri
oxlat!
Gözünə dönüm!
Yaramızın
yox sanı -
Düşməni
yaxşı tanı!
Mələr
qoy, anasını
ağlat!
Gözünə dönüm!
Güllələr
dedi
"Güllələr demədi" şeirinin müəllifi
İsa İsmayılzadəyə.
Güllələr
çox diddi havanı, yeri,
Güllələr
çox dedi: "qayıdın geri",
Lülələr
çox dedi: "qayıdın geri..."
Güllənin
sözünə baxan kim idi,
Güllənin
gözünə baxırdı hamı!
Kim idi bir
qaşıq
qanından ötrü,
Qəlpə
deşikləmiş canından ötrü
Vətəni
ayağa verən kim idi,
Güllənin
sözünə baxan kim idi?! -
Vətənin
sözünə baxırdı hamı!
Səngər
sərilərdi süfrə yerinə,
Sönmüş
ocaqların qoru qalardı,
Müqəddəs
qədəmgah, türbə yerinə
Adsız
ölənlərin goru qalardı,
Kölə
doğulardı körpə yerinə,
Yanmış
sarayların taxtapuşunda
Qapqara
hörümçək toru qalardı
Güllənin
sözünə baxsaydı onlar!..
Qulançar
bitməzdi dərələr boyu,
Moruq yetişməzdi kolların üstə.
Şivənə
dönərdi ellərin toyu,
Əzab yeriyərdi yolların üstə.
Geriyə
yol yoxdu - cığır qan, yol qan;
ümidlər qəlpədən yaralanradı.
Dilsiz
üfiqlərdən damırdı al qan,
Ürəklər
sinədə yaralı nardı!..
...
Güllələr qışqırır, qurğuşun "əkir",
Günəş tək yüksəlir qızıl qan Vətən.
Oğullar
geriyə qayıtmır, çünki
"İrəli"
əmr edib əzəldən Vətən!
Şairin
sübh duası
Sübhdən
salavat deyib, durdum ilhama gəlib,
Saatı
qələbəyə qurdum, ilhama gəlib!
Sözü
seçdim dən kimi, qələmi köhlən kimi,
çapdım Qarabağ boyu, yordum, ilhama gəlib!
Otuz il firqət, ilhaq - meydan suladı nahaq...
Haçan tutar yerin haqq? - sordum, ilhama gəlib!
Vaxt
itirdik gör kimə, yağı bəndmiş bir himə;
Yenilməz
tariximə vardım, ilhama gəlib!
Ağdamı,
Kəlbəcəri, Laçını, Xocalını
Ürəyimin
içində gördüm, ilhama gəlib!
Qollarımı
doladım Füzulinin boynuna,
Zəngilan,
Cəbrayılı sardım, ilhama gəlib!
Qanadlanıb
Şuşaya, o müqəddəs guşəyə,
Şehli
Xarı-bülbülü dərdim, ilhama gəlib!
Şəhid
türbələrinə təravət vermək
üçün
Pəmbə-pəmbə
gül açdı dərdim, ilhama gəlib!
Ali
Baş Komandanın adınadı ilhamım
İlhamım
əmr eləyib, ordum ilhama gəlib!
Qarabağ-Azərbaycan!.. hayqırır bir
ağızdan
Qələbəyə
şığıyır yurdum, ilhama gəlib!
26.10.2020
Avand olsun
Uzan
tanrı ətəyinə,
Əlim, işin avand olsun.
Oxşa
arı pətəyinə
Dilim, işin avand olsun.
Oddan
sıyrıl, suya qatış,
Düzdən
adda, dağa bitiş,
Burul,
qıvrıl, haqqa yetiş,
Yolum, işin avanda olsun.
Tişələ,
başdaşımı kəs,
Axmasın,
göz yaşımı kəs!
Yurd
yolunda başımı kəs,
Ölüm, işin avand olsun.
Torpağındı
bu baş, bədən,
Sən qalansan, bizlər gedən.
Karvanını
sür üstümdən
Elim, işin avand olsun.
Qarabağ
Var
düzün, qəldi dağın, həm də ki,
bağın,
Qarabağ!
Cənnətin
ortasına taydı qırağın, Qarabağ!
Hər
can altında muğam sirri yatıbdır, bilirik -
Gövhərin
məskənisən, dürdü dodağın,
Qarabağ!
İzin
Allahdan olub, qan atadan, can anadan;
Nazlı
köksündə dəyib ərzə ayağım,
Qarabağ!
Arazın
lilli suyu kölgə salıb ağ
üzümə,
O səbəbdən
də solub lalə yanağım, Qarabağ!
Yol tutub
geydi çarıq, körpə canım düşdü iraq
Anasan
bağrıyanıq, itmiş uşağın... Qarabağ!
Şəksiz,
olmaz qarabaxt, tanrı quran cilvəli taxt,
Qaynar əlbəttə
yenə çeşmə bulağın, Qarabağ!
Ulu Zərdüşt
qalayıb dağlara tay
tonqalını,
Yel əsib
qopsa tufan, sönməz ocağın, Qarabağ!
Sancılar
bəd nəzərə, kafəri al qan eləyər,
Şər
dili dibdən üzər şanlı bıçağın,
Qarabağ!
Vaqifin
bağrı sənə bağlıdı min bağlar ilə
-
Qocaman bir
xalısan, mən də saçağın, Qarabağ!
Şuşa
yerindədi, Elnarə!
Səsində ana kədərinin ruhunu yaşadan bənzərsiz
xanəndə Elnarə xanım Abdullayevanın "Görən
Şuşa yerindəmi" təsnifinin təsiri ilə.
Qoy
dolanım, Vətən sənin başına,
Deməsinlər
pərvanəsi çatışmır!
Cavanşir
Eloğlu.
Batıb
Şuşanın dili,
Zili, pəsi çatışmır.
Tarixdi Pənahəli
-
Xan nəvəsi
çatışmır!
Orman
yaşıl daraqdı,
Sıldırımlar
yaraqdı,
Şuşa
yanar çıraqdı,
Pərvanəsi çatışmır.
Kafər
kəsib yolağı,
Kardı
Kirsin qulağı!..
Cabbarsız
Qarabağın
zənguləsi çatışmır.
İtkin
düşüb qonağı,
Sağ
şikəstə, sol ağı.
Axır
İsa bulağı -
piyaləsi çatışmır!
Halal
haqqın payı yox,
Ulduz qəmin
sayı yox...
Yurd dərdinin
tayı yox -
səlnaməsi çatışmır.
Dağ
durur dağ tuşunda -
Dərədi ağuşunda.
Çağlar
bulaq başında
El nərəsi
çatışmır!
Bürünüb
duman Şuşa,
Tökür
gözdən qan Şuşa!
Yerindədi
xan Şuşa -
Elnarəsi çatışmır.
2014
Bu torpaq
elə mətin...
Çayları
uzun saçlı,
Bəndi, keçidi çətin.
Bu torpaq
elə güclü,
Bu torpaq
elə mətin...
Nədən
dolaşaq qərib
Yollarında qürbətin?
Tanrı
bizlərə verib
Açarını
cənnətin!
Qəzəbdən
dönüb daşa
zaman-zaman
qeyrəti...
Bu
torpağa yaraşan
Oğlu gərək
millətin!
Qızı
gərək millətin!
Mən də
əsgərəm, ana!
İndi
hamı əsgərə məktub yazır, bu beş
məktub isə əsgərin anasına yazdığı məktubdu...
1.Əsgər
məktubu
Ana! Bu da
mən,
Bu da mənim
əsgər paltarım,
Bu da mənim
həsrətim,
Bu da mənim
qubarım...
İç
su yerinə!
Bu da mənim
ayrılığım -
düz
yanağına,
as
kirpiklərinə...
Bu da mən,
ana,
bu da mən!
Bu da mənim
əsgər sinəm -
orda səhər-axşam
döyünür Vətən!
Əsgər
kazarmasından
sənə məktub yazıram...
İkicə
il yanına
gəlməyimdən savayı,
nə
istəsən, hazıram,
əmr
elə, gözüm üstə.
Dizin
üstə nə təhər
uzanardım bir zaman
bax o
sayaq, ay ana,
avtomatım baş qoyub
uyuyur
dizim üstə!
Ana, bu, əsgər
çəkmələridir,
İnəyimizin
gözü kimi qara,
davamlıdı yağışa, qara.
Lap Arifin
malıdı
geyər
gələn yazacan...
Bərkiyirəm
yavaş-yavaş -
bərkimişəm dizəcən...
Dizəcən
Vətən
torpağına
sancılmışam, ana,
Bu, əsgər
çəkmələridi -
inəyimizin gözü kimi qara!
Bu, əsgər
yeməyidi,
gözümüzə işıq,
qolumuza
heydi,
Sən
bişirən süddaş kimi
ləzzətli şeydi...
Yeyirik -
təpik
vursaq, uçar dağ,
Bir azdan məşq
olacaq!
Bu, əsgər
məktubudu, ana,
Günlü
bir gündə yazmışam -
gün
istisində
qızara-qızara...
Özün
oxuya bilməsən,
oxudarsan
qonşu qızlara...
2. Əsgər
sırası
Ana!
Qarşıda
iki il var,
Hələ harasıdı bu?
Tərpənə
bilmərəm heç yerə
Əsgər
sırasıdı bu!
Desələr,
uçun, uçarıq -
bir topa
quş kimiyik,
Əllərimiz
toxunmasa
da bir-birinə
qaynaq
olunmuş kimiyik...
Dözüm
qazanırıq, ana,
kövrəlməyimizə,
nazilməyimizə baxma,
"Bənövşə
- bəndədüşə" oynamırıq,
düzülməyimizə baxma...
Yeriyirik...
Qatar gedir
elə bil ki,
tarak-trık...
İki
sıra dayananda
kəndmizdən ötüb keçən
relslərə oxşayırıq.
Qanımızı
verərik biz
bu
torağın uğurunda
ovuc-ovuc,
qaşıq-qaşıq,
Bu
dünyanın
keşiyində sayıq duran
qatar-qatar
patrondaşıq...
3. Avtomat
Nəhayət,
silah
payladılar bu gün...
Bu da mənim
avtomatım,
barıt
görməyib bir atım,
Güllə
görməyib bir gilə,
Tüstüsü
çıxmayıb burnundan,
siqaret
çəkməmiş
yeniyetmədi hələ.
Barmağımın
ucunda
tətik
gərilməyib,
Vurulmuş
düşmən kimi
hələ ki qarşıma
nişangah sərilməyib,
"Qana
batmayıb" əllərim,
Sanalı
qoz kimidi
güllələrim...
Doğruçu
silahdı, ana,
uşaq
mağazasından
sən
alan deyil bu -
Nə qədər
ki, yağı var,
neçə ki, anaların
köksündə oğul dağı,
qəlbində ər dağı var -
boşalan deyil bu!
Bu,
avtomatdı, ana,
döyüşdən dönənlərin
taxta
ayaqları,
itən
qolları deyil bu,
Bu, tətikdi,
ana,
üstü güllü qarmonumun
şirmayı dilləri deyil bu...
Gözümdə
hərbə nifrət,
Barmağımın
ucunda tətik -
qara, himə
bənd!..
4. Komandir
Hə,
ana, bu da
komandirimizdi bizim
Əmr eləsə,
şax yeriməliyik,
əmr
eləsə,
sürünməliyik dizin-dizin.
Cavabdehdi
o, mənim
uğuruma, günahıma,
dirsəyimi qaldırıb
çiynim bərabərinə
əlimi
avtomat lüləsi tək
tuşlamışam gicgahıma.
Ürəyimdə
pıçıldayıram;
salam,
komandir,
salam,
komandirimin
sinəsində, çiynində yanan
rütbə, nişan, şərəf
zəri...
Nə əl
şappıldatmaq var,
nə
qucaqlaşıb öpüşmək -
Burda
belə
salamlayırlar
böyükləri!
Bu
komandirdi, ana,
onun
eyninə deyil
aclıq
səni yormasın, yorsun,
Məşqdən
sonra yumşaqdı
pilə
kimi -
Qaçay
dayımı,
Akif
dayımı görmüş gözün
onu
görsün.
Hər səhər
hərbi
vəziyyətdən danışır
bir saat azı,
Hər səhər
kazarmanın həyətində
şar
oynadır,
kəpənək qovur
o
kişinin kiçik qızı...
5. Hərbi
and
Ana!
Avtomatım
boynumdan
uşaq
kimi sallaşıb,
Dünyanın
dili batıb -
sözsüz qalıb, lallaşıb.
...Qəfil
gurlayır hər yan,
Göydən
əsgər marşının
Gürşad leysanı yağır.
Bir
müqəddəs bayrağın
ətəyində dizlərim
bükülür ağır-ağır.
Bu gün
and içirik biz!
Sənin əllərin
kimi
öpürəm bayrağı mən.
Bir vaxt
belə öpərdim
Dum-duru bulağı mən.
Adı
qurbanlıq olan
Qumral
tüklü quzunu
Huşumu
başdan alan
o
zalımın qızını
belə
öpərdim bir vaxt...
1977
Əsgər
olandan
Əsgəri
zarafat
Qayığam,
nəzərlər dənizindəyəm,
Belə düşünürəm səhər olandan.
Odlu
baxışların mərkəzindəyəm,
Qızlar mənə baxır əsgər olandan.
Boyum
haçan qalxıb, ucalıb nə vaxt,
Vüqarla keçirəm yolu, küçəni.
Əsgər
paltarının hökmünə bir bax,
Dartıb
bir azca da uzadıb məni -
Qızlar mənə baxır bəlkə
bununçün?
Ucalıq
sevinci birləşib gözə,
Ucalıq
köksümdə, od qanımdadır.
Özümmü
hündürəm, yoxsa möcüzə
Əsgər çəkməsinin dabanındadır?
Dünyada
dolaşan o oğlan deyil,
Papağı ulduzlu nağıl, sirrəm mən.
Başım
buludlara dəyir elə bil,
Binalar
dizimdə...Qulliverəm mən -
Qızlar mənə baxır bəlkə
bununçün?
Qızlar
mənə baxır dilsiz-ağızsız,
Qəlbimi sevdanın cənginə salır.
Çiynimdə
alışan qızılı ulduz,
Nişan
üzüyünün rənginə çalır -
Qızlar mənə baxır bəlkə
bununçün?
Baxışlar
önündə gərək əyiləm,
Yolları öpəm ki, gül-çiçək gəlir.
Mən
ki, böyümüşəm, uşaq deyiləm,
Əsgərlik
dalınca evlənmək gəlir -
Qızlar mənə baxır elə bununçün?
1977
Əsgər
evə dönəndə
Əsgəri
zarafat
Ulduzlar pətək-pətək
Göydə
güldü, qımışdı,
Ay,
ağsaqqal qoca tək
şirin
nağıl danışdı -
əsgər evə dönəndə...
Ağacı,
gülü dindi
kölgəli bağça-bağın.
Ulduzu
birindi,
papağı bir uşağın -
əsgər evə dönəndə...
Ana öpər,
sığallar
balasını, oğlunu...
Çəkib
yerə yıxarlar
qurbanlığı, toğlunu -
əsgər evə dönəndə.
Evdə
güman gələni
gizləyib saxlamazlar,
Sən də,
həsrət çəkən qız,
gülərlər ağlamazlar -
əsgər evə dönəndə.
Kim istər könül sına? -
Sevinib
gün sürəllər!
Əsgərin
bacısına
elçi
getsən, verəllər
əsgər evə dönəndə...
1977
Azərbaycan
əsgərləri
Şanlı
xalqa zəfər gərək,
Şan yaşayır ordumuza.
Gündüz
Günəş, gecə Ay tək
Keşik
çəkin yurdumuza -
Azərbaycan
əsgərləri!
Düşmən
gülər yenilsəniz -
Ellər
sayır pənah sizi!
Ana yurdu
qoruyun siz,
Qoy qorusun
Allah sizi -
Azərbaycan
əsgərləri!
Sən
ey, könlü işıq olan,
Yol var
haqqa çatan üçün!
Azadlığa
aşiq olan
Candan
keçər Vətən üçün -
Azərbaycan
əsgərləri!
Torpaqlarda
neçə şəhid,
Ərən
yatır, unutmayın!
Hər
beşikdə körpə, igid
Vətən
yatır, unutmayın -
Azərbaycan
əsgərləri!
Yağılardan
aman olmaz,
Qanda batar
qan-qan deyən!
Qandan
keçər, andı pozmaz
Canı
yurda qurban deyən -
Azərbaycan
əsgərləri!
Şahə
qalxın axın-axın,
Azərbaycan
əsgərləri!
Göyə,
yerə bayraq taxın -
Azərbaycan əsgərləri!
Vaqif BƏHMƏNLİ
525-ci qəzet.- 2020.- 27 oktyabr.-
S.14-15.