Vətən, sevgi və...
nifrət
Bir aydır Vətənimiz damla-damla, addım-addım
işğaldan azad olunur, başını qaldırıb
gün işığına baxır, qəddini düzəldir. Əlverişli
coğrafiyamıza, yeraltı, yerüstü sərvətlərimizə
hər zaman xain əllər uzanıb və buna görə də
torpaqlarımızda hər zaman qanlı müharibələr
gedib. Millətimiz çox zalım
düşmənlə üz-üzə, göz-gözə
dayanıb, hər dəfəsində də, gec, ya tez öz
kimliyini, mənliyini sübut edib, varlığını
qoruyub saxlamağı bacarıb. Savaşlarda
qəhrəmanlarımız yetişib, sülh zamanlarda isə
qəhrəmanlıq dastanlarımız yazılıb. Hər dəfə Vətən torpağı
oğullarının qanı ilə möhürlənib,
anaların göz yaşı ilə qüsullanıb. Hər dəfə quru torpaq şəhid qanı ilə
müqəddəsləşib, Vətən kimi təsdiqlənib.
Ancaq bu dəfə düşmən
görünməmiş bir məkrə, namərdliyə və...
qorxaqlığa malikdir. Nə əsgərimizin
gözünə baxa bilir, nə də diplomatlarının
tutarlı dəlillərə cavab verən dili var. Əvəzində
beşikdəki körpəni vurmaq üçün ballistik
raket atır, mərmisini mal tövləsini yandırmaq
üçün sərf edir. Döyüş
meydanındakı uğursuzluqlarını arxa plana atıb,
bir aylıq körpəni öldürməyindən, bir ailəni
məhv etməyindən ehtizaza gəlib sevincindən
küçələrdə atılıb düşür.
Bəli, bizim millətin belə xarakterdə, belə
eybəcər portretdə ancaq bir düşməni var - haylar.
Hayların
nifrəti
Elə xalqlar var ki, vəhşiliyi törətməyi,
vicdanına ömür boyu gəzdirəcəyi qara ləkə
salmağı qürur bilir. Məsələn,
tarixdə deyildiyinə görə, 12 oktyabr 1492-ci ildə
Xristofor Kolumb tezliklə "Yeni dünya"
adlandırılacaq qitənin adalarından birinə
düşəndə onun əhalisi 100-145 mln. nəfər olub. İki əsr
sonra əhalinin sayı 90% azalmışdı. Bu gün
hər iki Amerikanın sağ qalmış "ən xoşbəxt"
xalqları 5%-dən çox təşkil etmir. Ən
yüksək mədəniyyətə sahib olduğunu car
çəkən Fransa öz maraqları naminə 1945-ci ildə
Əlcəzair əhalisinin 15%-ni qətl etmişdi. Maraqlıdır ki, vicdanındakı qanlı ləkəyə
baxmayaraq, onlar dünyaya ədalət, mərhəmət dərsi
keçməkdə davam edirlər. Bunlar artıq
məlum olan faktlardır. Ancaq nədənsə
hər zaman soyqırım sözü ilə assosiasiya yaradan
ikinci söz məhz haylardır. Yəqin
ona görə ki, tarixdə bu sözü ən çox
işlədən, eyni zamanda, soyqırımın ən dəhşətlisini
törədən, üstəlik bununla fəxr edən
onlardır.
Ensiklopedik məlumatlara görə, soyqırım
(genosid) - (yunanca genos - tayfa, nəsil və latınca caedo -
öldürürəm) əvvəla, "əhalinin
ayrı-ayrı qruplarının irqi, milli və dini zəmində
məhv edilməsi", ikincisi, "insanlıq əleyhinə
ən dəhşətli cinayət" deməkdir. Xüsusi məlumat kimi onu
da deyək ki, müharibələr çərçivəsində
aparılan, lakin müharibə qanunlarından kənara
çıxan və tarixə soyqırım adı ilə
daxil olan hər hansı bir "xalqı məhvetmə"
prosesi də mövcuddur ki, insanlıq baxımından
heç bir çərçivəyə sığmır, nə
heyvan, nə bitki, nə də minerallar arasında
müşahidə edilir. İlk dəfə termin kimi 1945-ci ildə
Nürnberq məhkəmə prosesində "müəyyən
irq və onun təbəqələrinin, xalqların məhv
edilməsi məqsədi ilə işğal edilmiş bölgədə
irqi və dini qrupların əvvəlcədən
düşünülmüş və sistematik şəkildə
məhv edilməsi" kimi təqdim edilsə də və
1948-ci ilin 9 dekabr tarixində BMT-nin Baş Assambleyası tərəfindən
"Soyqırım cinayətinin qarşısının
alınması və ona görə cəzanın verilməsi
haqqında" konvensiyanın qəbul edilməsinə baxmayaraq,
belə hadisələr bu gün də etnik, dini və irqi
qrupların məhv edilməsi şəklində rast gəlinir.
Dəhşətli bir haldır ki, təqribən 100 il ərzində
haylar azərbaycanlılara qarşı 3 dəfədən
çox soyqırım aktı törədiblər, yəqin
bu səbəbdən belə bir formul beynimdə artıq
daşlaşıb: haylar-soyqırım törədən.
Soyqırımın
səbəbləri fərqli olur: müharibə əməliyyatları
zamanı vəhşiləşmiş əsgərlərin
qarşısıalınmaz hərəkətlərinin "məntiqi
davamı", müəyyən əraziləri ələ
keçirmək məqsədilə həmin ərazidə
yaşayan xalqların kütləvi şəkildə
qırılması, dini barışmazlıq və öz
dinini yaymaq naminə başqa etiqad sahiblərini
sıxışdırmaq, yaxud şəxsiyyətə pərəstiş
üzərində bərqərar olan özünü digərlərindən
yüksək dəyərləndirmək. Hayların
türkə nifrətinin səbəbi isə çox bəsitdir.
Əslində, bu, bir aksiomdur ki, bəsit təfəkkür
sahibi dərin hisslərə malik ola bilməz.
Elə bu bəsitliyin nəticəsidir ki, əlinə
düşən hər imkanda soyqırım törədir,
içindəki yırtıcılıq hissi çoşur,
ibtidai aqressiyasını uşaq-qadın bilmədən
özündən zəif hər kəsin üzərində
reallaşdırmağa başlayır və bununla öz
kimliyini təsdiqləyir. "Təsdiq
metodlarından" çıxış etsək belə qənaətə
gəlmək olar ki, bu kimlik nifrət və aqressiya ilə
qidalanır və başqa dəyər tanımır.
Hayların ilk dəfə nə zaman, hansı şərtlərlə
Azərbaycan torpaqlarına yerləşdirilməsi
faktlarını tarixçilərə həvalə edib biz
başqa bir məsələyə, onların bizə nifrətinin
köklərini araşdırmağa
çalışacağıq. Haylar hər zaman
özlərinin türklərdən əskikliyini gizlətmək
üçün onları məhv etmək istəyir. Senekanın dediyinə görə, "kimə borclu
olurlarsa, ona daha çox nifrət edirlər". Haylar da öz varlıqlarına görə bizə
borcludurlar. Oturduğu torpağın, yediyi
yeməklərin, danışdığı dilin, içində
olduğu bütün mədəniyyət sahələrinin,
qürur duyduğu tarixin tək sahibi türklərdir. Onlar məhz həqiqi sahibi yox etməklə bir
növ öz "müəllifliklərini" qanuniləşdirəcəklərini
zənn edirlər. Özlərini ən qədim
xalq kimi təsdiq etmək üçün onlar özlərini
qul, dilənçi, ən qədim peşə sahibi kimi təqdim
etməyə razıdırlar. Bəzən bu
rollarından imtina edib özlərini yəhudilərə bənzədib
"seçilmiş xalq", "Tanrının
övladları" olmaq iddiasına düşsələr də,
genlərindəki həqiqəti - satqın qul
olduqlarını dəyişdirə bilmirlər. Tarix boyu onların primitivliyini anlayan hər mütəfəkkir
öz "ürək sözünü" deməyi
özünə borc bilir. Puşkin kimi:
Erməni!
Meymun nəslinin nümayəndəsi
- sən sadəcə nəsillərin leşisən.
Təkamülün
zəif bəndi, sən güllələnməyə layiqsən!
Haylar başqa millətlərdən də oğurluq etsə
də, kimliklərinin formalaşmasında türklərin rolu
daha çoxdur. Bu səbəbdən onlar məhz türkün həsədini
çəkib, ona bənzəmək istəyirlər, ancaq ola bilmirlər. Çıxış
yolunu isə malik olduqları bütün maddi və mənəvi
sərvətlərin sahibini - türkləri, xüsusilə Azərbaycan
türklərini məhv etməkdə görürlər.
Onu da vurğulayaq ki, hayları bizlər qədər
yaxşı tanıyan ikinci millət yoxdur, çünki malik
olduqları hər şey bizimdir, çürük və
yırtıcı mənəviyyatdan başqa. Məntiqli
bir sual yaranır: onları çox gözəl tanıyan
türklər nə üçün rəva görürlər
ki, xalqı bu qədər tez-tez soyqırıma məruz qalsın?
Bunun ən gözəl cavabı "Kitabi Dədə
Qorqud"da verilir: Beyrəyin qılıncının
altından keçən Yalıncıq onu məhz kürəyindən
vurur. Hər dəfə başının üstünü kəsən
qılıncı görəndə haylar öz həqiqi
üzlərini göstərirlər: rəzil, ən
aşağı məqamdan da aşağıya qədər
alçala bilən, ...həm də
satqın. Mərd türk sadəcə öz
qılıncını belə murdar qana batırmaq istəmir
və ... tarix təkrar olunur.
Düşmənə
nifrət, yoxsa...
Nifrət emosiyalarla sıx bağlıdır. Emosiya isə
ağılı passivləşdirən qara pərdədir.
İstər-istəməz düşünməli olursan:
hayların əlindən bu qədər zülm çəkəndən
sonra gələcək nəsillərin biz görən dəhşətləri
bir daha yaşamaması üçün onlara nifrət etməliyikmi?
Daha da tədbirli tərpənib
övladlarımıza nifrət etməyi, yeri gələndə
öc almağı öyrətməliyikmi? Bir əli silahda böyütməliyik körpələrimizi?
Əsla, ancaq bir neçə vacib, hətta zəruri məsələ
var ki, gələcək nəsilə az
qala əmdiyi südlə verilməlidir.
Əvvəla, hər nəsil mütləq öz tarixini
bilməlidir.
Üzərində durduğu bu torpağın
altını da, üstünü də bilməlidir. Bilməlidir ki, bugünü olduğu millətin
dünənində nə olub, gələcəyə nəyi
götürməlidir.
İkincisi, milli kimliyini və dəyərlərini
tanımalı, dərk eləməlidir. Bununla o, digər
millətlər arasında həm özünü təsdiq etməyi,
hörmət qazanmağı bacarar, həm də
simasını itirmədən nəsil-nəsil öz
varlığını davam etdirə bilər. Bu, bir günlük, bir saatlıq missiya deyil, birdəfəlik
addım deyil, ömürlük bir dərs olmalıdır.
Nəhayət, üçüncüsü, dostunu,
düşmənini tanımalıdır. Söhbət
kiməsə müti şəkildə itaətdən, yaxud kor
nifrətdən deyil, sadəcə rasional yanaşmadan gedir.
Təqribən belə bir nümunə göstərmək
olar. Uşaq vaxtından vəhşi
heyvanları tanıdığı kimi, çaqqalın,
goreşənin, yaxud ilanın nəyə qadir olduğunu
bildiyi kimi, hayları da elə tanımalıdır. Təbii ki, insan çaqqala nifrət etmir, ancaq onunla
qarşılaşacağı təqdirdə nə edəcəyini
bilməlidir, onu öz təhlükəsizliyi naminə öz
məhəlləsinə, yaxınına buraxmamalıdır.
Bu, qətiyyən antihumanist addım deyil,
çünki humanistlik insana yönəli hisslər,
addımlardır, haylar isə öz əməlləri ilə
human - insan adından könüllü şəkildə imtina
ediblər.
Haylar
dünyada ciddi qəbul olunmaq üçün hər şey
etməyə hazırdırlar: ən qədim hökmdarın
nökəri olmağa, körpəni qanına qəltan etməyə,
ən qədim peşəni az qala qürur
yerinə çevirməyə, düşmənini günahkar
çıxarmaq üçün öz qardaşını
amansızca qətl edib qarşıdakının boynuna
qoymağa, ümumiyyətlə ağıla gəlməyən
ən gözlənilməz xəbisliyə. Ancaq
fakt budur ki, haylar hər zaman daha güclü tərəfin əlində
yeri gələndə oyuncaq, yeri gələndə də xain
planın bir detalı olublar. Məhz
detalı, planın özü yox, çünki onların
satqın mahiyyətləri üzərində plan qurmaq riskli
addımdır. Onlardan lazımi qaydada və istənilən
qədər istifadə etmək üçün sadəcə
onlara öz yalanını danışmağa imkan vermək
lazımdır. Dəstək vermək,
yaxud inanmaq yox, sadəcə danışmağa imkan vermək.
Mən burda hər hansı nümunə gətirməyəcəm,
zatən tarixi faktları bilən oxucu özü
xatırlayacaq.
Bəli, dünyada gözəlliklər olduğu yerdə,
sevib-sevilmək, öyrənib kamilləşmək yerinə
nifrət öyrətmək, qisasa hazırlamaq həmin nəsilin
bir insan kimi məhvi deməkdir. Hayların 11 və 17
oktyabrda Azərbaycanın ikinci böyük şəhəri
olan Gəncədə törətdiyi qətliam zamanı
bütün ailəsini itirən körpələrə bir də
ikinci zərbəni biz vurub onu nifrətlə böyütməməliyik.
Onların daha uca, daha saf və ülvi hisslərə
layiqdirlər. Ancaq onların rəngli
dünyasını qara boyamağa cəhd edən, bunu özlərinə
həyat amalı seçən hayları tanımaq onların
haqqıdır. Zatən çoxsaylı
müharibələr, illərlə haqlı ola-ola haqsız
durumda yaşamaq bizim millətin nə mərhəmətini, nə
də yüksək mənəviyyatını məhv edə
bilməyib, çünki genləri təmizdir, ülvidir.
Bernard Şounun da dediyi kimi, "nifrət qorxağın
öz qorxusuna görə yaşadığı hissdir". Bizim millətin
taleyi elə gətirib ki, ətrafımızda hayların
olması ilə barışıb, yaşamalıyıq.
Amma adımıza, tariximizə, mənəviyyatımıza
layiq. Aslanın balası nə qədər
kiçik, müdafiəsiz olsa da, aslandır. Çaqqalın arxasında bütün meşə
yırtıcıları dursa da, çaqqaldır. Mən inanmıram ki, aslan çaqqala nifrətə
edə, ancaq ona da inanmıram ki, aslan nə vaxtsa, hətta
yaralı olsa belə, çaqqala güvənib, ondan dəstək
istəyə, sığına. Bu, bir həqiqətdir
ki, aslan öz həyatında çaqqalı görmür,
ancaq çaqqallar hər zaman aslanın dörd tərəfində
dolaşır, həm onun artıq-urtuğu ilə dolanır,
həm də onun bir gün zəif düşməsi məqamını
gözləyirlər.
Könül Bünyadzadə
525-ci qəzet.-
2020.- 28 oktyabr.- S.15.