Fikrət Qocanın "Seçilmiş əsərləri"nin beş cildi nəşr olunub

 

 

 

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Yazıçılar Birliyinin (AYB) birinci katibi, Dövlət mükafatı laureatı, Xalq şairi Fikrət Qocanın 85 illik yubileyi münasibətilə on cilddə nəzərdə tutulan "Seçilmiş əsərləri"nin beş cildi çap olunub.

 

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi əsasında "Şərq-Qərb" nəşriyyatında işıq üzü görən çoxcildlikdə Fikrət Qocanın 60 ildən artıq müddətdə qələmə aldığı şeirləri toplanıb.

 

Xalq şairinin çoxcildliyi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kütləvi kitabxanalara paylanılacaq.

 

 

525-ci qəzet.- 2020.- 28 oktyabr.- S.13.