Pərvinin "Serpantin"işıq üzü gördü
Bu günlərdə yazıçı
Pərvinin "Serpantin"
adlı kitabı
"Qanun" nəşriyyatında
işıq üzü
görüb.
Lent.az xəbər verir
ki, kitaba müəllifin 11 hekayəsi
və bir monopyesi daxil edilib. Nəşrin redaktoru Xəyalə
Əfəndiyevadır, dizaynı
Rafael Rzaya aiddir.
"Serpantin"ə daxil olan hekayələr
ayrı-ayrı vaxtlarda
işıq üzü
görən və müxtəlif dillərə
tərcümə edilmiş
mətnlərdir. Bunlardan Şuşa nisgilini
ifadə edən "Çarəsiz yalan" hekayəsi rus, türk, ingilis, latış dillərinə
tərcümə olunub,
müxtəlif festivallarda
təqdimatı keçib,
almanaxlara daxil edilib. Həmçinin kitabda yer alan "Mən öləndə ağlama"
monopyesi rus və türk dillərinə çevrilib,
səhnə əsərinə
Gənc Tamaşaçılar
Teatrı səhnəsində
quruluş verilib. Quruluşçu rejissoru Ayla Osmanova, ifaçısı Səbinə
Məmmədova olan tamaşa Bakıda Teatr Xadimləri İttifaqının Baxış
festivalında, Qırğızıstanda
Türk dünyasının
mədəniyyət paytaxtı
olan Oş şəhərində Art-Ordo
festivalında, həmçinin
Türkiyənin Diyarbəkir
şəhərində "Solo" beynəlxalq festivalında
uğurla iştirak edib, müxtəlif diplomlara layiq görülüb.
Kitabı "Bakı Kitab Mərkəzi"ndən, "Əli
və Nino" mağazalarından
və "Qanun" satış nöqtələrindən
almaq, həmçinin
nəşriyyatdan online qaydada
sifariş etmək mümkündür.
525-ci qəzet.- 2020.- 28 oktyabr.- S.13.