"Ermənistan başqa dövlətlərə
olduğu kimi, Rusiyaya da xəyanət etdi"
QAFAR
ÇAXMAQLI: "ERMƏNİSTAN DÖVLƏT KİMİ
ÇOX PERSPEKTİVSİZDİR, HƏR ZAMAN ONUN
KİMİNSƏ HESABINA YAŞAMAĞI
HƏDƏFLƏYƏN BİR XÜSUSİYYƏTİ
OLUB"
Müsahibimiz Azərbaycan-Erməni
Araşdırmaları Mərkəzinin rəhbəri,
Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq
bölümü başqanı Qafar Çaxmaqlıdır.
- Qafar bəy,
ermənişünas alim kimi bu gün yaşanan hadisələrin
fonunda əvvəlcə çağdaş erməni
ideologiyasının əsasları ilə bağlı fikirlərinizi
bilmək istərdik.
- Biz bu
gün həddindən çox şovinistləşmiş bir
erməni toplumu ilə üz-üzəyik. Onlar
reallığı, dünyanın qəbul etdiyi dəyərləri
qəbul etmək qabiliyyətinə malik deyillər. Onlar hüquqi və tarixi baxımdan Azərbaycana məxsus
ərazilərə iddia edərkən də məsələyə
həmişə o şovinist duyğularla yanaşıblar.
Artıq bu, xəstəlikdir və erməni
genetikasının əsasını təşkil edir. Bu səbəbdən də onlar insanların rəngini
və fiziki özəlliklərini, bir-birindən
üstünlüyünü əsas götürən
irqçilik fəlsəfəsini mənimsəmiş şəxslərə
üstünlük verirlər. Bu gün dünyada
terrorçu kimi tanınan şəxslər - başda Andranik
Ozanyan olmaqla Stepan Şaumyan, Dro, Njde, Varujan Karapetyan, Monte
Melkonyan, Vazgen Sarkisyan və bunu kimilər - Ermənistanda qəhrəman
hesab olunurlar. Mənim bu məsələlərlə
bağlı Türkiyədə "Erməni
düşüncə sistemi və ideologiyası" adlı
kitabım çıxıb. Orada ermənilərin
ən qədim dövrlərdən indiyə qədərki
düşüncə sistemini araşdırmışam. Son nəticədə erməni milli düşüncəsi
terrora gəlib çıxır.
- Bəs,
onlar bu ideyaları həyata keçirmək üçün
hansı üsullara əl atırdılar və öz məqsədlərinə
nə dərəcədə nail ola bilirdilər?
- Ötən
əsrin 20-ci illərində ermənilər artıq terroru hərtərəfli
mənimsəmişdilər. Terrorçubaşı Şahan
Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında Erməni
İnqilabçı Federasiyası -
"Daşnaksütyun"
partiyasının İrəvanda
keçirdiyi IX qurultayında yeni terror aksiyalarına
başlamaq haqqında qərar verilmişdi. Bu aksiyalardan birinin
adı "Nemezis əməliyyatı" idi.
Bəhanə də o idi ki, guya 1915-ci ildə Osmanlı
imperiyası erməniləri soyqırıma məruz qoyub,
1918-ci ildə Bakıda erməni əhalisinin qətli təşkil
edilib və onların qisası alınmalıdır. Bu əməliyyatda
qətlə yetirilən şəxslərin arasında həm
Osmanlı imperiyasının, həm də Azərbaycan
Demokratik Respublikasının keçmiş rəhbərləri
var idi. Əməliyyatlara Şərqi Anadolu
torpaqlarında suçsuz insanlara divan tutmuş terrorçu
Armen Qaronun (Garegin Basdırmaçıyan) rəhbərlik etməsi qərara
alınmışdı. Qətliamçıların
qərargahları kimi İstanbulda fəaliyyət göstərən
"Çakatamart" ("Ön cəbhə") və
Bostonda çıxan "Droşak" ("Bayraq") qəzetlərinin
redaksiyaları seçilmişdi. "Nemezis"in ölüm
siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər
dövlət xadiminin və ziyalısının adları
salınmışdı. Onların içərisindən
41 nəfər "əsas günahkar" elan edilmiş və
öldürülmələrinə qərar verilmişdi.
Bilirsiniz ki, bundan sonra Cümhuriyyət xadimləri,
Osmanlı imperiyasının nüfuzlu şəxsləri sui-qəsdlər
nəticəsində öldürüldülər.
Daha sonra ASALA ortaya çıxdı.
Onun da insanlara yanaşması eyni idi.
Türk düşmənçiliyi burada əsas idi və bunlar
yenə irqçilik xəstəliyinə tutulmuşdular. Sonralar Qarabağda da eyni şeyi davam etdirdilər.
Bu terror aksiyalarına etiraz edən ermənilər də
eyni aqibətlə üzləşirdilər. Onlar ya
öldürülür, ya ölkədən qovulur, təqib
olunurdular. Normal düşüncəli
adamların irqçi ölkədə yaşamaları
mümkün deyildi.
- Qafar bəy,
bu günlər Qarabağda işğal altındakı
torpaqlarımız uğrunda qızğın
döyüşlər gedir. Gəlin söhbətimizin məcrasını
bir az dəyişək. Mümkündürsə,
sentyabrın 27-dən öncə Ermənistandakı vəziyyəti
dəyərləndirəsiniz. Həmin
günlər cəbhə bölgəsində təxribatların
törədilməsi çox güman ki, Ermənistan hakimiyyətinin
təkbaşına verəcəyi qərar deyildi. Niyə
bu addımı atdılar, nəyə nail olmaq istəyirdilər?
- Mən
həmişə demişəm, Ermənistan dövlət kimi çox perspektivsizdir,
ermənilərin Cənubi Qafqazda kiminsə hesabına
yaşamağı hədəfləyən bir xüsusiyyəti
var. Rusiya uzun illər bu dövləti yaşatmaq
üçün hər şey verdi, Gümrü şəhərində
hərbi bazasının olmasından istifadə edən Ermənistan
hər zaman Rusiyadan hərbi baxımdan da yararlandı. Amma
sonda Ermənistan bütün digər dövlət və
toplumlara etdikləri xəyanəti Rusiyaya da etdi. Rusiya
üçün artıq Ermənistan elə də əhəmiyyətli
bir müttəfiq deyil.
Rusiya da artıq anlayıb ki, Azərbaycan hər mənada
etibarlı partnyor ola bilər. Müharibədən
qabaq bizim cəmiyyətdə
bir Rusiya əndişəsi vardı, bir çoxları
düşünürdü ki, Qarabağı azad etməyə
başlasaq, Rusiya Ermənistana
kömək edəcək. Mən müharibə
öncəsi açıqlamalarımda da demişdim, bizim
öz ərazilərimizdə antiterror əməliyyatları
aparmağımıza nəinki Rusiya, heç başqa ölkələr
də qarışa bilməzlər. Beynəlxalq
hüquq bizə ədalətli bir savaş aparmağa imkan verəcək.
Bu gün onun şahidi oluruq. Biz Ermənistan
ərazisində hərbi əməliyyatlar aparmasaq, heç
bir ölkə, heç bir beynəlxalq təşkilat
işimizə əngəl ola bilməz. Biz əslində, BMT-nin qətnamələrini həyata
keçiririk. Həmin qətnamələrdə
isə Ermənistanın işğalçı ordusunun
qeyd-şərtsiz bizim ərazilərimizdən
çıxarılması tələb olunur. Ermənistanda bütün bunları
hesablamamışdılar, onlar məsələyə hələ
də 90-cı illərdəki təsəvvürlə
yanaşırdılar və bunun kökündən
yanlış olduğunu dərk edə bilmirdilər. Artıq dünya dəyişib və yeni düzən
deyilən bir anlayış önə keçib.
Küçədən hakimiyyətə gətirilmiş
Paşinyan siyasi səbatsızlığı, Rusiyanın ona mənfi
münasibəti, onun dar, məhdud təfəkkür tərzi,
Dağlıq Qarabağ məsələsinə qeyri-diplomatik
yanaşması bizim xeyrimizə işlədi. 27
sentyabrda onlar Azərbaycana hücum edərkən necə cəzalandırılacaqlarını
hesablaya bilmədilər. Bir məqamı
da qeyd etmək lazımdır ki, bu illər ərzində Azərbaycan
da öz ərazi bütövlüyünü təmin etmək
üçün ciddi hazırlıq işləri
görmüşdü. 2016-cı ilin Aprel
döyüşlərində də, builki Tovuz hadisələrində
də bir gün bu əməliyyatların olacağının siqnalı verilmişdi.
-
Paşinyan hökuməti niyə Putindən istədiyi dəstəyi
ala bilmədi? Yoxsa bu bizəmi belə
görünür? Rusiya Ermənistandan
imtina edə bilərmi?
- Əslində, bu suala yuxarıda qismən cavab verdim. Putin
ağıllı siyasətçidir. O bildirdi ki, hərbi
əməliyyatlar Azərbaycanın ərazisindən kənara
çıxmadığı təqdirdə bu işə
qarışmayacaqlar. Ermənilər bu bəyanatı
gözləmirdilər. Rusiya Ermənistana
görə Türkiyəni qarşısına almaz. Artıq Türkiyə bu proseslərin içərisindədir.
- Niyə
beynəlxalq təşkilatlar 30 ildir davam edən
danışıqlar prosesində ortaq həll yolu tapa bilmədilər?
-
Danışıqlar prosesini izləyən şəxs kimi deyim
ki, ATƏT-in Minsk qrupu bu dövr ərzində məsələnin
Ermənistanın xeyrinə həll edilməsinə
çalışıb. Bununla
bağlı bir neçə plan təklif olunmuşdu. Ən son Madrid prinsipləri idi. Orada
da son nəticədə Dağlıq Qarabağın statusunun
müəyyən edilməsi üçün bir referendum
keçirilməsi təklif olunurdu. Bu referendum
nəticəsində Dağlıq Qarabağ de-yure də ermənilərin
əlinə keçəcəkdi və torpaqlarımız
tamamilə itiriləcəkdi. Son
çıxışlarının birində Prezident İlham
Əliyev dedi ki, artıq burada heç bir referendumdan söhbət
gedə bilməz.
- Bizi
düşündürən mövzulardan biri də hazırda
Qarabağ ərazisində erməni əhalisinin yerləşdirilməsi məsələsidir.
1994-cü ildə atəşkəs imzalandıqdan və hərbi
əməliyyatlar dayandıqdan sonra işğal edilmiş ərazilərə
90-lardan bu yana təqribən 35 min erməni
əhalisi köçürülüb. Ərazilərimiz
işğaldan azad edildikdən sonra o əhalinin vəziyyəti
necə olacaq? Onlar Ermənistan hökuməti
üçün siyasi qurbanlar idilərmi?
- Bilirsiniz, Dağlıq Qarabağda yaşayan əhaliyə
hər zaman milli-mədəni azadlıq verilib, elə Sovet
hakimiyyəti zamanlarında orada yaşayan əhalinin durumu digər
Azərbaycan rayonlarında yaşayan əhalinin durumundan xeyli
yaxşı idi. Nankor çıxdılar. Mən bilmirəm,
bu qədər hadisələrdən sonra onlar hansı üzlə
bizim torpaqlarda yaşamaq istəyəcəklər. Onlara isə danışıqlar zamanı
şübhəsiz, mədəni müxtariyyət təklif
olunacaq. Bu artıq dövlət başçısının
dilindən də səsləndirilib.
İşğal olunmuş bölgələrimizə gətirilib
yerləşdirilən əhaliyə gəlincə, onlar
ölkəmizi tərk etməlidirlər. Ermənilər o qədər
qudurmuşdular ki, bu rayonlarımızda məskunlaşma proqramı
hazırlayıb həyata keçirmişdilər. Bu qanunsuz məskunlaşma ilə bağlı mənim
2014-cü ildə
"İşğal və məskunlaşdırma fitnəkarlığı"
adlı kitabım çap olunub. Çox qəribədir ki,
ATƏT-n bu məsələlərlə bağlı
yaratdığı Faktaraşdırıcı missiyası
bütün bunlara göz yumurdu. Baxın, deyirsiniz məsələ
niyə həll olunmurdu? ATƏT-in Minsk qrupu ölkələrinin
hər üçündə erməni diasporu
güclüdür və həmin ölkələr Ermənistanın
tərəfini tuturdular. İndi Türkiyənin vasitəçilik
məsələsi müzakirə predmeti olmalıdır. Azərbaycan
prosesdə Türkiyənin vasitəçi kimi
iştirakına çalışmalıdır.
- Hazırda Ermənistandakı vəziyyəti
ötən əsrin 90-cı illərinin əvvəllərindəki
Azərbaycanın siyasi vəziyyətinə bənzədirlər.
Siz bu haqda nə deyə bilərsiz?
- Ermənistan mənim nəzərimdə
dövlət deyil. Bundan öncə də bir qrup mafiozun əlində
olan quldur qaydaları ilə idarə olunub. Onu dövlət eləmək
mümkün deyil. Birincisi, sən bu torpağın sahibi
olmalısan. Bu torpaqlar ermənilərə aid deyil, bizimdir. Mənim
rəhbərliyimlə elan olunmuş və fəaliyyəti də
millətimiz tərəfindən təqdir olunan İrəvan
Türk Cümhuriyyəti ermənilərə qanunsuz
verilmiş bu ərazilərin varisidir. Gec-tez bu ərazilər
onun əsl sahiblərinə keçəcək. Bunun
mücadiləsi də nəticə verəcək. Qarabağda
olduğu kimi.
- Müharibənin dayandırılması
istiqamətində nə kimi həll yolları önə
sürülə bilər?
- Mən müharibənin tam kapitulyasiyaya qədər
davam etdirilməsinin tərəfdarıyam. Ermənistan məğlub
olduğunu etiraf etməlidir. Bundan sonra 30 il ərzində Azərbaycan
vurulan zərərlərə görə Ermənistanı təzminat
ödəməyə məhkum etmək lazımdır.
Ac-yalavac ölkə təzminat ödəyə bilməyəcək.
Bunun yerinə biz vaxtilə qanunsuz şəkildə Ermənistana
verilmiş Zəngəzuru, Dərələyəzi,
Göyçəni istəməliyik. Onsuz da gələcəkdə
bu torpaqlarımızı alacağıq. Onlar bu torpaqlarda
yaşamaq haqqını itiriblər. Xəyanətin bir cəzası
olmalıdır deyilmi?
Maral
NƏCƏFLİ
525-ci qəzet.- 2020.- 30 noyabr.- S.10.