DÖYÜŞƏN BAYRAQ
Mən hər gün kölgəndən keçirəm
sənin,
Hər gün ucalırsan başımın
üstə.
Hər cür döyüşlərə
sən də hazırsan,
Torpağımın üstə, daşımın üstə!
Hər gün başım üstə sən varsan deyə,
Başımı dik tutub gəzirəm
mən də.
Vətən, Torpaq, Millət
əmr eylədiyi
Döyüşdə olmağa hazıram mən də,
Döyüşdə ölməyə
hazıram mən də!
Layiqsən göylərdə dalğalanmağa,
Günəş bayrağısan, Ay bayrağısan!
Sən yerlər bayrağı deyilsən, haşa,
Əcdadım Göy türkün
göy bayrağısan!
Uğrunda vuruşaq, uğrunda
ölək,
Meydanı boşaldıb mərdə
qoysunlar.
Vaxt olsun, məni də sənə bükərək,
Məzara sallayıb, qəbrə qoysunlar.
Hünər dastanını şair,
bu yurdun
Hamımızdan qabaq bayrağım yazır.
Bayrağı olmayan məmləkət
quldur,
Bayrağı olmayan məmləkət
yazıq!
Yerlərdə susmayaq əlacsız
halda,
Göylərin qatında danışa bilək.
Nə var danışmağa öz adımızdan,
Bayrağın adından danışa
bilək,
Torpağın adından danışa
bilək!
Qürurmu yoxumdur, sevincmi yoxum?
Dərdim Vətən, Millət, Torpaqdır mənim.
Açın! İstəsəniz açın,
bir baxın,
Ürəyim döyünən bayraqdır
mənim!
Bayrağım! Sabahla verib əl-ələ,
Düşmənlə vuruşur, savaşırsan
sən.
Bütün zamanlara, bütün
illərə,
Bütün əsrlərə yaraşırsan
sən,
Bütün dövrlərə yaraşıqsan
sən!
HİMN
Nəvəm Varidə
Nəğmə bilir yumru daşı, ay Allah,
Ötür, olub Qumru quşu, ay Allah!
Barmaqları yumrulaşır ay Allah,
Nəvəm himn oxuyur, üç yaşlı nəvəm!
Adi saymır Azərbaycan sözünü,
Deyir, doymur, Azərbaycan sözünü!
Yerə
qoymur Azərbaycan sözünü,
Nəvəm himn oxuyur, üç yaşlı nəvəm!
Gör,
könül köhləni
nə şahə qalxıb,
Elə bil ki, uca
bir dağa qalxıb!
Nəvəmin ürəyi ayağa
qalxıb,
Nəvəm himn oxuyur, üç yaşlı nəvəm!
Ox atan da, ox udan da özüdür,
Yer üzünün
oxu sanda, özüdür.
Oxudan
da, oxuyan da özüdür,
Nəvəm himn oxuyur, üç yaşlı nəvəm!
Oxusa da,
çoxu belə oxumaz,
Oxuyana baxıb belə, oxumaz!
Hər uşağın ruhu belə oxumaz,
Nəvəm himn oxuyur, üç yaşlı nəvəm!
Bulaq kimi, dəniz kimi oxuyur,
Sənli kimi, sənsiz kimi oxuyur.
Bakı
kimi, Təbriz kimi oxuyur,
Nəvəm himn oxuyur, üç yaşlı nəvəm!
Bildim,
sarı sim olacaq dünyada,
Mənim
nəvəm kim
olacaq dünyada?
Mənim
nəvəm himn olacaq dünyada,
Nəvəm himn oxuyur, üç yaşlı nəvəm!
Mən yaşında oxuyacaq, bilirəm,
Sən yaşında
oxuyacaq, bilirəm.
Min yaşında oxuyacaq, bilirəm,
Nəvəm himn oxuyur, üç yaşlı nəvəm!
KÖRPƏLƏR
EVİ
Körpələr evini yaxşı
saxlayın,
Körpələr evini yaxşı qoruyun.
Körpələr evini kim
qoruyursa,
Torpağı qoruyur, daşı qoruyur.
Birciyi qorunsa bu körpələrin,
Hamı əminlikdən əmin olacaq.
Birliyi qorunsa bu körpələrin,
Yurdun bütövlüyü
təmin olacaq.
Hər biri gərəkdir Vətənə, gərək,
Hər şeydən
əvvəl, baş bu körpələrdir.
Sevin körpələri yurd balasıtək,
Ən böyük vətəndaş
bu körpələrdir!
Onlardır gələcək igid
əsgər də,
Bilsin qızıl ilan - o düşmən əfi...
Ən böyük sipər də, elə səngər də,
Körpələr evidir, Körpələr
evi!
Qoymazlar
qoyulsun hərraca torpaq,
Hər biri Vətəndən güc alacaqdır.
Əldə tutduqları balaca
bayraq,
Bir gün özləritək
böyüyəcəkdir,
Bir gün özləritək
ucalacaqdır!
Gör nələr gözləyir
ölkə bunlardan,
Zəfərlər gözləyir ölkə
bunlardan.
Çox
körpə sanmayaq
Çox
da bunları...
Biz daha uşağıq, biz daha uşaq,
Biz daha körpəyik
bəlkə bunlardan?!
... Biz daha körpəyik bəlkə bunlardan,
Onlara verib bax, öyüd bir Vətən.
Bunların bap-bala sinələrində
Böyük bir ölkə var,
Böyük bir Vətən!
TORPAQ,
DAŞ HEYKƏLİYƏM
Ha çək-çevir eyləyəm,
Ha düşünəm, daşınam.
Qərarım budu, Vətən,
Torpağınam! Daşınam!
Kimdi haqqı
duymayan?
Kimdi dərdə
uymayan?
Kimdi axı saymayan,
Torpağı nam, daşı nam?
Yazsın
əli qələmli,
Dinsin dili kərəmli...
Önəmlərdən önəmli
Torpaq - önəm, daş - önəm!
Haqq nəzərdən salmasın,
Heç vaxt gözüm dolmasın.
Nahaq yerə almasın,
Torpağı nəm, daşı
nəm!
Bütün dinlər içimdə,
Ruhum inlər içimdə...
Bütün dinlər içində,
Torpaq dinəm, Daş dinəm!
Sanmasınlar dəliyəm,
Barat, mənmi ölüyəm?
Torpaq, Daş heykəliyəm,
Torpaq anam! Daş anam!
YURDDAŞ
Uçduqca uçmayan evəm,
Çıxdıqca çıxmayan canam.
Mən özümdən çox
razıyam,
Mən özümdən çox
məmnunam,
Xocalıda yaşayıram!
Yox, vecimə deyil mənim,
O raket də, bu mərmi də.
Yerim məlum, yurdum bəlli,
Mən hələ də, mən indi də
Xocalıda yaşayıram!
Neyləyər qırğınlar mənə,
Durmuşam özüm önündə.
Əkin-biçinlə məşğulam,
Düşmənin gözü önündə...
Xocalıda yaşayıram!
Dağım-daşım, ey yurddaşım,
Sənə, mənə ümid bəslər.
Məni
qətliam edərlər,
Məni
yurddan edəmməzlər,
Xocalıda yaşayıram!
Mərd
oğluma, mərd qızıma,
Tac oluban yaşayıram.
Millətimdən, qeyrətimdən
Güc alıban yaşayıram,
Xocalıda yaşayıram!
Mən yarı insanam daha,
Mən yarı
bülbül olmuşam.
Xarı
bülbülün xətrinə
Mən Xarı bülbül olmuşam,
Xocalıda yaşayıram!
Ağrıların, acıların
Mən sonuncu
Xocalıyam.
Mən Vətən-yurd,
Yurd-vətənəm,
Mən onunçün
Xocalıyam.
Yox, sonuma
çıxanmazlar,
Mən sonuncu
Xocalıyam,
Xocalıda yaşayıram!
XARI BÜLBÜLÜN YANI
Yerim - yarı
çəmənlik,
Yarı bülbülün
yanı.
Mən heç
də yarımayım,
Yarı,
bülbülün yanı!
Sanma bal olan
yerdi,
Dərd-qəm bol olan yerdi,
Nəğmə yığılan yerdi,
Arı, bülbülün yanı!
Ömür qanqal qoxmasın,
Öyümüzü yıxmasın.
Əlimizdən çıxmasın,
Barı, bülbülün yanı!
O ölü, diri məlum,
Sirrin də sirri məlum.
Şairin
yeri məlum:
Xarı
bülbülün yanı!
Barat VÜSAL
525-ci qəzet.- 30
oktyabr.- S.14