Kərim ƏHMƏDİAN
Şeirlərini "Şahid" təxəllüsü
ilə yazan Kərim 1980-ci il may ayının 23-də Təbriz şəhərində
dünyaya göz açıb.
İlk və
orta təhsilini bitirdikdən sonra, "Sənət ürətimi"
sahəsində ali təhsil alıb.
Bu günə
kimi çeşidli formalarda (qoşma, qəzəl, gəraylı
və sərbəst şeir) şeirlər qələmə alıb.
"Həqiqət günəşi" və
"Tamarzıyam yaz səsinə" adlı iki şeir kitabı
işıq üzü
görüb.
Dənizlə üz-üzə sevgimi açdım,
Dalğalar üstünə
yazdım adını.
Ləpələr utandı göz yaşlarımdan,
Heç
bal da vermədi
şirin dadını.
Əbədi yaşasın çiçəkli
duyğu,
Sevgimi tapşırdım
aydın bulağa.
Xoş axsın, yayılsın, dəniz yaşasın,
Sevdamız düzülsün dodaq-dodağa.
Dalğalar önündə sevgimi
dedim,
Axıram yağmurtək baxışlarından.
Dənizdə kövrəldi bu
sevgimizdən,
Silinməz izlərim naxışlarından.
***
Köçübdür içimdən dərin duyğular,
Düşürəm yapraqtək xəzan çağında.
Əsmişəm könlümdən qara
yel kimi,
Budaqlar soldular həsrət bağında.
Yalanlar sevgini bürüdü çəndə,
Oyuncaq olubdu düşüb əllərə.
Qarğalar oturdu durna yerinə
Nağıl olacaqdı düşə
dillərə.
Sözcüklər tazaldı, sevgi
qocaldı,
Köhnə məhəbbətlər yaman
azaldı.
Pisliklər yüksəldi döndü
bac aldı,
Namərdin kefi də elə
sazaldı.
Hanı o sevgilər, hanı
duyğular?
Hanı məhəbbətin coşğun bulağı?
Hanı sədaqətlər, o köhnə dillər?
Hardadır anamın o dinc otağı?
***
Qaranlıq gecədə həzin
nəğməmi,
Hıçqırıb səsimi yaydım divara.
Uzanıb
qəmilə belə bölüşdük,
Dərdimi tapşıram yanıq sığara.
Hava da soyuqdur gəzə bilmirəm,
Dumanlı gecədi özüm itmişəm.
İlqarsı, sözünü sən unudubsan?
Sazaqlı səhərdə mən də bitmişəm.
Günəşi aparma, üşüyürəm
mən,
Yadımdan çıxmayır sərt
baxışların.
Gümanım hey qalıb günəş
saçmağa,
Götür aparginən öz naxışların.
Ya da yox, gedirsən özün get barı,
Sevginin hörməti
qoy qalsın mənə.
Saxlayıb bəslərəm bəbəyim
kimi,
Şahidin nisgilli qoy gəlsin
sənə.
***
Şəhərin gecəsi sükutla
dolu,
Özünü paslanmış küçədən
çağır.
Gizlənmiş harayın boğazdan
bağır,
Sükutun gözündən insanlar yağır.
Gedirəm gecə də mənimlə gəlir,
Yağış da yavaşdan üstümə
əlir.
Çırpınır ürəyim, kürəyim yanır,
Başmağım yerində gözünü
dəlir.
Baxıram uzağa, uzaq səslənir,
Çağırır, bağırır məni özünə.
Bilirəm şəhərin ağrısı
çoxdur,
Qalarqı suları səpir közünə.
Mənim
də sözümü
bilən olmadı,
Ağartdı bütünlük baş tüklərimi.
Gedirəm paslanmış küçədə
qalam,
İtlərə pay verəm sümüklərimi.
Şahid
ol, baxginən gedən yoluma,
Gedəndə yağışın köksünü
biçdim.
Dedim ki
dalımca yağ yavaş-yavaş,
Təkliyi özümə
şəhərdə seçdim.
***
Uzaqlaşdın, buludlandı qələmim,
Kaş qalaydın
gözlərini çəkəydim.
Baxışında dünya-dünya çiçək
var,
Göndərəydin ürəyimdə əkəydim.
Vurğun-vurğun vurulmuşam önündə,
Sürgün-sürgün sürünmüşəm dalınca.
Hörgü-hörgü kaş hörüləm saçına,
Getməginən mən qadanı alınca.
Qabarlandı ayaqlarım yolunda,
Göy ağladı,
yeri öpdü dizlərim.
Dalğalandım gözlərində doğuldum,
Sən getdikcə
qabar-qabar dizlərim.
İnanginən bulaq kimi sevgimə,
Uzaq-uzaq Şahidə
sən baxırsan.
Qoşulmusan durnalara gedirsən,
Bulud-bulud gözlərimdə şaxırsan.
Kərim ƏHMƏDİAN
525-ci qəzet.-30 oktyabr.- S.15.