Milli Kitabxanadan “Məhəmməd Hadi”
virtual sərgisi
XX əsr Azərbaycan
klassiklərindən, dünya
romantizminin orijinal simalarından olan Məhəmməd Hadi ədəbiyyatımız tarixində
şərəfli yer tutur. O, milli romantizmin
ideya-estetik prinsiplərini
zəngin bədii yaradıcılıq təcrübəsində
və ədəbi tənqidi əsərlərində
əsaslandırmışdır.
Daima dahi şəxsiyyətlərimizi
təbliğ edən M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanası bu dəfə “Məhəmməd
Hadi” adlı sərgini virtual rejimdə
istifadəçilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki,
virtual sərgidə Məhəmməd
Hadinin həyat və yaradıcılığı
haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur.
Hadi türk,
Şərq və Avropa ədəbiyyatlarını,
fəlsəfəsini dərindən
mənimsəmiş və
bütün bu təsirləri şeirlərində
yaradıcı şəkildə
əks etdirmişdir. Hadinin şeirlərində
milli insan böhranı, milli varlıq problemi öz əksini tapmışdır.
525-ci qəzet.-2020.-30
oktyabr - S.16.