"Aran" qəzeti: Arxa cəbhənin mübariz əsgəri
Bu gün Azərbaycanın
syrı-ayrı bölgələrində
nəşr olunan mətbu orqanları ölkəmizdə fəaliyyət
göstərən kütləvi
informasiya vasitələri
sırasında önəmli
yer tutur.
Bu qəzetlər mərkəzi
mətbuat orqanları
ilə çiyin-çiyinə
milli dəyərlərimizin,
dövlətcilik ideyalarının
təbliğində, əhalinin
maarifləndirilməsində, mühüm informasiyalarla təmin olunmasında xüsusi rol oynayırlar. Özünəməxsus
üslubu, dəsti-xətti
ilə seçilən
bu mətbu orqanları operativ və fəal mövqe sərgiləməsi
səbəbindən bölgə
sakinləri tərəfindən
sevilir, inam və güvənc yeri hesab olunur.
Ağcabədidə çıxan "Aran" qəzeti də belə kütləvi informasiya vasitələrindəndir. Adıçəkilən bölgədə qəzet ilk dəfə
"Ağcabədi pambıqçısı"
adı ilə 1932-ci ildən nəşr olunmağa başlayıb,
1966-cı ildən "Sürət",
müstəqillik dövründən
sonra isə "Aran" adı ilə fəaliyyətini davam etdirib.
Müstəqilliyimizin ilk illərində əyalət
qəzetləri keçid
dövrünün çətinlikləri
ilə üzləşirdi. Hətta
bəzi bölgələrdə
qəzetlər bu çətinliklərə tab gətirməyərək,
fəaliyyətini dayandırmaq
məcburiyyətində qalırdı.
Lakin kollektivin səyi, fədakarlığı
sayəsində "Aran"
dövrün ağırlıqlarına,
sıxıntılarına rəğmən,fəaliyyətini davab
etdirməyi, nüfuzunu
və mövqeyini qoruyub-saxlamağı bacardı.
Respublikanın media ailəsi sıralarına inamla qatılan "Aran" qəzeti bu gün də
öz missiyasını
uğurla davam etdirir. Öz yolu, ənənəsi
olan "Aran" yeni ruh, yeni
nəfəslə rayonun
ictimai-siyasi, mədəni-iqtisadi
həyatını hərtərəfli
geniş işıqlandırmağa
çalışır. Qəzetin səhifələrində dərc
olunan müxtəlif məzmunlu yazılar oxucular tərəfindən
maraqla qarşılanır.
Son vaxtlar "Aran"
qəzeti fəaliyyətini
daha da canlandırıb. Rayon İcra Hakimiyyətinin diqqət və qayğısı, yaxından
dəstəyi nəticəsində
kollektivin işində
ciddi dönüş yaranıb. Qəzetə yeni təyin
olunmuş gənc redaktor Məhsəti Ağayevanın təşkilatçılığı
ilə qəzetin dizaynında, tərtibatında
mühüm dəyişikliklər
yaranıb. Atrıq qəzetin
dövriliyində və
abunəçilərinin sayında
xeyli artım müşahidə olunur.
Əvvəllər 500 nüsxə ilə
işıq üzü
görən qəzet hazırda 1500 nüsxə
ilə tirajlanır.
Redaksiya kollektivinin peşəkarlığı
sayəsində "Aran"
artıq həftədə
bir dəfə nəşr olunur.
27 sentyabrda Ermənistanın
təxribatlarına cavab
olaraq müzəffər
Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına
başladıqdan sonra
"Aran" qəzeti
redaksiyası əsl qərargaha çevirilib. Necə deyərlər,
qələmi süngüyə
çevirən qəzetin
kollektivi qaynar informasiya cəbhəsinə
atılıb."Aran"ın
səhifələrində ordu
ilə xalqın, dövlətin möhkəm
birliyi, yekdilliyi, Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında Silahlı Qüvvələrimizin qəhrəmanlıqları,
torpaqlarımızın işğaldan
azad edilməsi istiqamətində apardığı
uğurlu əməliyyatlar,
ölkə rəhbərinin
xalqa müraciətləri,
dünyanın nüfuzlu
informasiya vasitələrinə
verdiyi dərin məzmunlu müsahibələri
ilə əlaqədar
materiallar geniş yer alır. Bunlarla yanaşı, erməni barbarlarının
respublikanın müxtəlif
ərazilərində, eləcə
də Ağcabədi rayonunda dinc əhaliyə qarşı
törədikləri cinayətlər,
vandalizm aktları, kütləvi miqdarda mülki əmlaka vurduqları ziyanlar, gözəgörünməz düşmən
olan koronavirus pandemiyasına qarşı
mübarizə tədbirləri
də diqqət mərkəzində saxlanılır.
Respublikamızda mətbuata göstərilən
yüksək dövlət
qayğısından ruhlanan
"Aran"çılar bütün
imkanlarını səfərbər
edərək, informasiya
mübarizəsinin ön
cərgələrində əzmlə
fəaliyyət göstərirlər.
Yəhya PAŞAZADƏ
525- qəzet.- 31 oktyabr.- S.23