Vətən oğlu
Bu
günü çox gözləmişik,
Gözün aydın,
vətən oğlu.
Hesab vaxtı gəlib çatdı,
Çək hesabı,
vətən oğlu.
Otuz ilə yaxın vaxtdır
Havadardan
güc alaraq,
Yağı düşmən at oynadır
torpağımda,
Çək hesabı vətən oğlu.
Türk
dünyası ayaqdadır,
Tarix sanki təkrar olur,
Türk
oğlunun qanı coşur,
Kəsməyəcək
tək qulağın,
Kəsəcəkdir əl-ayağın.
Bəsdir
daha!
Çox
gözlədik biz bu anı,
Çək hesabı, vətən oğlu.
Qovulacaq
yağı düşmən,
Babək
kimi sərkərdəmiz,
Tomris kimi anamız var.
Kəs başını vermə aman,
Düşmən olsun tamam viran.
Çək hesabı vətən oğlu.
Qardaşımız Türk oğlu türk,
Olub hər vaxt kömək bizə.
Çətin gündə, çətin
anda,
Dayaq durub elimizə.
Sərkərdəmiz qüdrətlidir,
Bu dünyada şöhrətlidir,
Xalqım
üçün qiymətlidir,
Çək hesabı, vətən oğlu.
Komandanın vur əmrindən,
Şanlı ordum güc alıbdır.
Mənfur
düşmən qudurubdur,
Qudurub
o, bir it kimi,
Dalayırlar yan-yörəni.
Artıq
onun yoxdur yolu,
Kəsilibdir
sağı-solu.
Hesab vaxtı
gəlib çatıb,
Çək hesabı, vətən oğlu.
Qarabağım azad olur,
Sevincimdən gözüm dolur.
Xalqla ordu birləşərək,
Düşmənilə hesab çəkir.
Çək hesabı vətən oğlu.
Qollarına qüvvət olsun,
Tanrı
özü hifz eləsin,
Yollarınız açıq olsun.
Haqq yoludur getdiyin yol,
Vur zərbəni
sən möhkəm ol.
Bir bax necə gör
sevinir,
Qarabağın üzü gülür.
Qarşılayıb qucaq açır,
Düşmən geri baxıb qaçır.
Hesab vaxtı gəlib çatdı,
Çək hesabı vətən oğlu.
Şəhidlərin al qanını,
Aman vermə o qaçmağa,
Al xalqımın qisasını,
Çək hesabı vətən oğlu.
Vaqif ZAUR (ALLAHVERDİYEV)
525-ci qəzet.- 2020.- 31 oktyabr.- S.23.