Məhəmməd Hadinin əsərlərinin ikinci cildi nəşr olunub

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Məhəmməd Hadinin əsərlərinin ikinci cildi işıq üzü görüb.

 

Kitab Prezident İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli "Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na uyğun olaraq çap olunub.

 

İkinci cild Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2019-cu il tarixli qərarı ilə nəşr edilib. Bu barədə Ədəbiyyat İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma məlumat verib.

 

Kitabın elmi məsləhətçisi Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir.

 

Məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifi  filologiya elmləri doktoru, professor İslam Qəriblidir. Məhəmməd Hadinin əsərlərində ərəb dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn ifadələrin tərcüməçisi filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur. Eləcə , fars dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn ifadələrin tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır.

 

488 səhifəlik kitaba Məhəmməd Hadinin Azərbaycan Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, iqtibas tərcümələri daxil edilib.

 

Dörd bölmədən ibarət kitabın birinci - "Publisistikası" bölməsinə 91, ikinci - "Nəsr əsərləri" bölməsinə 12, üçüncü - "Ədəbi tənqidi məqalələri" bölməsinə 9, dördüncü - "İqtibas tərcümələr" bölməsinə 13 əsər salınıb. Əsərlər izah şərhlər yazılmaqla, mənbələri göstərilməklə xronoloji ardıcıllıqla düzülmüş, dil üslubu mümkün qədər qorunub saxlanılıb.

 

525-ci qəzet.- 2020.- 31oktyabr.- S.24.