Səyyad Aranın Qarabağ barədə
romanı Türkiyədə çapdan
çıxıb
Mədəniyyət
Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən
həyata keçirilən "Azərbaycan kitabının
dünyaya tanıdılması" layihəsi üzrə
seçmə ədəbi nümunələrimizin tərcüməsi,
çapı və Türkiyədə yayılması işi
davam etdirilir.
Layihə
üzrə tanınmış yazıçı-publisist Səyyad
Aranın "Məzar daşı" romanı Türkiyə
türkcəsində işıq üzü görüb.
Ötən
əsrin sonlarında işğalçı Ermənistanın
Azərbaycanın Qarabağ bölgəsində törətdiyi
qətliamlardan bəhs edən yazıçı zülmə
məruz qalmış bir ailənin həyatını romana
çevirib.
Tanınmış
şair-tərcüməçi Yurtsevən Şənin
türkcəyə uyğunlaşdırdığı əsər
"Zengin Yayıncılık" nəşriyyatı tərəfindən
5000 tirajla çap olunub.
Qeyd edək
ki, şanlı Ordumuzun Qarabağın işğaldan azad edilməsi
uğrunda apardığı mübarizəyə dəstək
məqsədilə İstanbuldakı Azərbaycan
Kültür Dərnəyi "Zengin Yayıncılık"
nəşriyyatı ilə birgə oktyabrın 31-də saat
13:00-da Kadıköy İskele meydanında tədbir keçirəcək.
Tədbir zamanı qurulacaq stenddə Səyyad Aranın "Məzar
daşı" kitabı və Qarabağ həqiqətləri
ilə bağlı bukletlər də ziyarətçilərə
paylanacaq.
525-ci qəzet.- 2020.- 29 oktyabr.- S.16.