Qıymayın uşaqlara!
Ay-Günəş istəyirlər,
Nur ələnsin
cahana.
Şeh,
yağış diləyirlər,
Təbiət gəlsin cana.
İstəyirlər gül, çiçək
Ətri
çöksün hər
yana.
Raketləri, topları
Tuşlamayın onlara.
Tanrıdan gələn səsdi:
- Qıymayın uşaqlara!
Uşaqları gül üstə
Kəpənəklər gözləyir.
Səkilərdə gəzişən
Göyərçinlər səsləyir.
Bülbüllər, qaranquşlar
Şux nəğmələr
bəsləyir.
Bu rəngarəng dünyanı,
Boyamayın siz qara.
Ey faşist-terrorçular,
Qıymayın uşaqlara!
Arzuları tumurcuq,
İstəkləri qönçədi.
Yaşamaq həvəsləri
Hər istəkdən
öncədi.
Baxışları ovsunlu,
Gülüşləri incədi.
Dünyanın sinəsinə
Vurmayın ağır yara.
Ey faşist-terrorçular,
Qıymayın uşaqlara!
Əl boyda uşaqların
Ömrünü söndürdünüz.
Gecə
şirin yuxuda,
Yataqda öldürdünüz.
Neçə məsum körpəni
Ölümə güldürdünüz.
Bu vəhşi əməllərdən
Dünya gəlibdi zara.
Daha yetər, son qoyun,
Son qoyun terrorlara.
Bu, Tanrının səsidi:
- Qıymayın uşaqlara!
İbrahim YUSİFOĞLU
525-ci qəzet.- 2020.- 29 oktyabr.-
S.14.