Haqq
Savaşımızla tarixin qızıl səhifələri
yazılır
Qədim tarixə, zəngin mədəniyyətə,
yeraltı və yerüstü sərvətə, əlverişli
geopolitik mühitə malik olan Azərbaycan zaman-zaman bədnam
qonşuların basqınlarına, xalqımız kütləvi
qətllərə məruz qalıb.
Əsrlərlə davam edən bu ədalətsiz
müharibələrdə xalqımız saysız-hesabsız
şəhidlər verib, lakin yağı düşmənlər
qəlbimizdəki vətən sevgisini, yurd məhəbbətini
heç bir vəchlə çıxara bilməyiblər.
İmperiyanın qanlı əlləri ilə həyata
keçirilən bu amansız müharibələrdə erməni
faşistləri bir alətə çevrilib və daima Azərbaycanda
vandalizmə, talanlara, fəlakətlərə yol
açıb, minilliklər boyu bizə məxsus olan
torpaqlarımızı yağmalamağa cəhd göstəriblər.
Keçən əsrin əvvəllərindən başlayaraq
rus şovinizminin havadarlığı ilə erməni
daşnakları Azərbaycanın bütün kənd və
şəhərlərində, əyalətlərində
qırğınlar, qətliamlar törətmişlər. O
dövrdə Nuru Paşanın başçılıq etdiyi
yenilməz türk ordusunun xilaskarlıq missiyası ilə Azərbaycan
məmləkəti erməni vandallarının təcavüzündən
qurtula bildi. XX əsr boyunca təkrarlanan bu qanlı faciələrdə
həmişə qardaş Türkiyə Azərbaycan
xalqının yanında olmuş, bizim haqq işi uğrunda
mübarizəmizə mənəvi dəstək vermişdi.
Bütün dövrlərdə Türkiyə dövləti Azərbaycana
öz qardaşlıq köməyini göstərib. Ulu öndərimiz
Heydər Əliyevin dediyi kimi, "Bir millət - iki dövlət"
olan Azərbaycan və Türkiyə birliyi yağı
düşmənə göz dağı, bizə isə
qürur, arxa və əvəzsiz mənəvi dayaqdır.
Yer
üzündə mənfurluqda, riyakarlıqda, vəhşilikdə
ad çıxaran, insanlığa sığmayan rəzil hərəkətləri,
mənfur siyasətləri ilə regionda daima müharibə
ocağı törədən, günahsız insanlara
amansız divan tutan ermənilərin varlığı
bütün bəşəriyyətə ləkədir.
Dünya üçün bir virusa çevrilən erməni
daşnakları Xocalıda, Qarabağda, Bakıda,
Sumqayıtda və bütövlükdə Azərbaycanın
bir çox regionlarında elə ağlasığmaz vəhşiliklər
törətmişlər ki, bunu heç cür insan idrakı
qəbul edə bilməz. Mən dünyanın bütün
sülhsevər insanlarına səslənirəm ki, bəşəriyyəti
koronavirusdan daha dəhşətli olan erməni virusundan xilas
etsinlər, haqq səslərini ucaltsınlar. Bu, daşnaklar
dünyanın hər tərəfinə səpələnib
öz yalançı, qəsbkar, təcavüzkar siyasətlərinə
haqq qazandırmağa çalışır, beynəlxalq aləmi
aldadaraq özlərini yazıq, məzlum xalq kimi göstərməyə
can atırlar. Lakin keçən əsrin 90-cı illərində
Qarabağın işğalına rəvac verən Aqanbekyan,
Balayan kimi şovinistlər öz əsərlərində,
çıxışlarında Xocalıda azərbaycanlı
uşaqlara, qocalara, qadınlara və dinc sakinlərə
qarşı necə dəhşətli, amansız cəza
verdiklərini yazıb göstərmişlər. Bu elə cəza
üsullarıdır ki, onları dilə gətirmək olmur,
insanın damarlarında qanı donur. Belə canilər, insan
qatilləri, cəlladlar nə üçün dünya məhkəməsi
qarşısında ittiham olunmurlar?! Bəs hanı
özünü haqqın və ədalətin təminatçısı
hesab edən, sülhün və əmin-amanlığın
keşiyində durmalı olan dövlətlər, qurumlar, təşkilatlar?
Məgər onlar bəşəriyyəti məhvə,
uçuruma, müharibəyə sürükləyən bu
qansız, amansız vandalları görmürlərmi?
Təəssüf
ki, birinci Qarabağ savaşında olduğu kimi, bu gün də
psixoloji pozuntusu olan erməni təcavüzkarları və
onların başında dayanan N.Paşinyan kimi sərsəm
bir şovinisti dəstəkləyən dövlətlər az
da olsa var. İndi artıq bütün işğallara son
qoymaq, erməni cinayətkarlarını, quldurlarını
durdurmaq məqamı yetişmişdir. Bu gün müzəffər
Azərbaycan ordusu 30 ildir əsirlikdə qalan, murdar erməni
canilərinin tapdağı altında inləyən
Qarabağımızı mənfurların caynağından
qoparır. Zəli kimi torpaqlarımızı işğalda
saxlayan bu separatçı qüvvələr layiq olduqları
cəzanı alırlar. Qəhrəman ordumuz
quduzlaşmış, azğın düşmənləri əzəli
torpaqlarımızdan qovub çıxarır. Azərbaycanın
güclü, yenilməz, ən müasir silahlarla təchiz
olunmuş müzəffər ordusunun qarşısında
heç bir erməni işğalçısı dayana bilməz.
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab
İlham Əliyevin ardıcıl, prinsipial, qətiyyətli
mövqeyi, düzgün siyasəti sayəsində ordumuz
planlı, düşünülmüş, taktiki və strateji
cəhətdən tam hazırlıqlı bir uğurlu əməliyyat
həyata keçirir. Onlar düşmənə tutarlı
cavablar verir, ermənilərin murdar izlərini müqəddəs
Qarabağ torpaqlarından təmizləyirlər. Artıq illərdir
ki, öz nicat yolunu gözləyən Füzuli, Cəbrayıl,
Xudafərin, Suqovuşan, Zəngilan, Qubadlı kimi Qarabağ əraziləri
və onların ətraf kəndləri, bir çox strateji
yüksəkliklər rəşadətli Azərbaycan ordusunun
qəhrəmanlığı sayəsində azad olunmuşdur.
Erməni
təcavüzkarları Azərbaycan ordusunun gücü
qarşısında tab gətirə bilmir, aciz duruma
düşür və öz murdarlıqlarını, vəhşiliklərini
bir daha göstərərək mülki əhaliyə atəş
açır, uşaqları, qocaları qətlə yetirir. Qədim
mədəniyyət beşiyi olan, Nizami yurdu Gəncənin
möhtəşəm binalarını öz
havadarlarının silahları ilə yerlə-yeksan edir,
körpələrin, qocaların, qadınların,
günahsız insanların naləsi ərşə
dayanır. Xocalı faciəsini bir daha Gəncədə təkrarlayır.
Mingəçevirdə strateji əhəmiyyətli, fəlakətlərə
yol aça biləcək obyektləri qadağan olunmuş
silahlarla məhv etməyə cəhd göstərir. Azərbaycanın
bir çox rayonlarını, o cümlədən, Tərtər,
Ağdam, Ağcabədi, Bərdə, Goranboy və başqa
yaşayış məskənlərini topa-tüfəngə
tutur, minlərlə evi yerlə, yeksan edir, mülki əhalini
ağır artilleriya atəşi ilə məhv edir. Azərbaycan
ordusu bir nəfər də olsa, erməninin mülki əhalisinə
atəş açmadığı halda, bu avantürist canilər
bu günə kimi 63 nəfər həmvətənlərimizi
qətlə yetirmiş, 292 nəfəri isə ağır
yaralamışlar. Bütün bu paradoksallıqlar erməni
millətçilərinin mənfur simasını, iç
üzünü açıb göstərən qanlı səhnələrdir.
Bu gün
də keçən əsrin əvvəlində olduğu kimi,
qardaş Türkiyə dövləti, əsrimizin böyük
siyasətçisi Rəcəb Tayyib Ərdoğan Azərbaycan
dövlətinin, onun Ali Baş Komandanı cənab İlham
Əliyevin yanındadır. Eyni məslək birliyi, əqidə
dostluğu, haqsızlığa qarşı
barışmazlıq, azad, müstəqil və hüquqi
dövlətin təminatçıları olan bu iki siyasətçini
birləşdirmiş və onlar regionda sülhün, sabitliyin və xalqların xoşbəxt
birgəyaşayışının qarantına
çevrilmişlər. Öz dövlətlərinin ərazi
bütövlüyünü, suverenliyini qoruyan belə liderlər
adlarını tarixin qəhrəmanlıq səhifələrində
qərarlaşdırır və doğma xalqının
xilaskarı kimi ali bir mərtəbəyə yüksəlirlər.
Türk dünyasının iki böyük şəxsiyyəti
əsrlərdən bəri işğallara məruz qalan, hərb
meydanına çevrilən, zaman-zaman torpaqları
yağmalanan, var-dövləti talan olan Azərbaycanımızın
- Qarabağımızın taleyini bu gün öz zəfərləri,
qələbələri ilə yenidən yazır və
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
söylədiyi kimi, "Qarabağ Azərbaycandır!"
deyirlər. Bu çətin məqamlarda Azərbaycan
xalqının yanında olan, ona təmənnasız dost,
qardaş köməyi göstərən böyük türk
xalqına və onun lideri, zəmanəmizin əvəzsiz siyasətçisi
Rəcəb Tayyib Ərdoğana sonsuz təşəkkürümüzü
bildiririk. Heç bir qüvvə dili bir, dini bir, məsləki
bir qardaşları bir-birindən ayıra bilməz. Var olsun bu
əbədi birlik!
Şah
İsmayıl Xətaidən miras qalan, Ulu öndərimiz Heydər
Əliyevin dahi memar kimi yenidən qurub-yaratdığı
qüdrətli Azərbaycan dövlətinin taleyi etibarlı əllərdədir.
Öz sələflərinin əsl davamçısı kimi,
XXI əsrin əvvəllərində yenidən Azərbaycanın ərazi
bütövlüyünü qorumaq, dövlətinin və
xalqının taleyini düşünmək, milləti ilə
həmfikir olmaq missiyasını cənab İlham Əliyev
çağdaş dövrümüzdə uğurla həyata
keçirir. Bununla da, xalqla hakimiyyət arasında üzvi bir
vəhdət yaradaraq xalqın sevimlisinə çevrilir.
Azərbaycanın
yenilməz ordusu və onun Ali Baş Komandanı cənab
İlham Əliyev bu gün Qarabağı təcavüzkar ermənilərin
işğalından azad etməklə tarixin şanlı,
qızıl səhifələrini yazır. İllərdən
bəri ATƏT-in, BMT-nin kağız üzərində qalan qətnamələri
işğalçı Ermənistan dövlətini öz məkrli
niyyətindən çəkindirə bilmədi. Öz
havadarlarına arxalanan ermənilər "arxalı köpək
qurd basar" prinsipinə əməl edərək
torpaqlarımıza sahiblənmək istədilər. Lakin bu
gün haqq-ədalət öz yerini tutur. Dünyanın əksər
dövlətləri Azərbaycanın mövqeyini dəstəkləyir.
Möhtərəm Prezidentimizin uzaqgörənliyi sayəsində
hər gün Qarabağdan qələbə müjdəsi gəlir.
Bu gün
Mübariz İbrahimov, Polad Həşimov kimi qəhrəmanların
davamçıları olan rəşadətli ordumuz erməni
təcavüzkarlarını cəbhədə məğlubiyyətə
uğradaraq torpaqlarımızdan qovur. Biz hər səhərimizi
cənab İlham Əliyevin qələbə xəbərləri
ilə açırıq. İnanırıq ki, müzəffər
ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə
yaxın günlərdə qələbə
bayrağını Şuşada, Xankəndində və
bütövlükdə Qarabağda dalğalandıracaq!
İnanırıq ki, bu qalibiyyətimiz əbədi olacaq.
Bütün
uğurlarımıza, qalibiyyətimizə görə
dünya səviyyəli Prezidentimizə, cənab İlham
Əliyevə minnətdarlığımızı bildiririk.
Var olsun Ali Baş Komandan İlham Əliyev! Var olsun qüdrətli
Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Gülbəniz BABAYEVA
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika
şöbəsinin aparıcı
elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 29 oktyabr.- S.11.