Üzü Şuşaya
Müharibə.
Bu sözün xüsusi aurası var, adı kimi tutumu da
ağırdır. Bu
sözü ilk dəfə anamdan eşitdim uşaq
vaxtı, gətirdiyi bəlaları,
itkiləri, aclıq və fəlakətləri dərk etməyə
çalışdım. Amma onda müharibə bitmiş, xatirələri
qalmışdı, insanlar artıq müharibənin gətirdiyi maddi çətinlikləri
aradan qaldırmış, ölkə hər sahədə yüksələn xətlə
inkişafda idi. Amma onun vurduğu mənəvi zərbələr
zehinlərdə qalır, bir ehtiyatsız toxunuşla
ağrıları təzələnirdi.
Cəbhədən
min km-lərlə uzaqda olmağımıza baxmayaraq, o, öz
yırtıcı caynaqlarını hər yerə uzada
bilmişdi. Bizim kəndin də say- seçmə
oğlanları cəbhəyə getmiş və əksəriyyəti
qayıtmamışdılar. Qonşumuz Xədicə nənənin
oğlu Abbasın heç qara kağızı da gəlməmişdi,
ona görə ta ölən günə kimi yol gözlədi.
Gözləməkdən gözlərinə qara su gəldi,
amma Abbas gəlmədi, dünyadan Abbas deyə-deyə getdi Xədicə
nənə...
Vətən
anlayışım da geniş idi o zaman, on beş
respublikanı birləşdirən böyük, güclü
SSRİ-nin bir hissəsiydik, təbliğat maşını da
öz işini görməkdə idi. Bir ömür içərisində
qismətimizə çox şey düşdü, o,
böyük və qüdrətli dövlətin süqutunu da
gördük, doğma Azərbaycanımızın müstəqilliyini
də. Müstəqilliyimizə dikilən mənfur
düşmən baxışlarının da şahidi
olduq, ona sarı uzanan murdar əllərin
də. Azərbaycanın
inkişafını qəbul edə bilməyən, hər an,
hər dəqiqə milli müstəqilliyimizi sarsıtmağa
çalışan düşmənləri də
tanıdıq. Əsrlərlə Azərbaycana qarşı
torpaq iddiasında olan, imkan
tapdıqca bir parça qoparan murdar erməni bu dəfə
daha həyasızcasına iş başına keçdi. Yeni yaranan, hələ
addımları möhkəmlənməyən Müstəqil
Azərbaycan dünyaya səpələnmiş, öz
yurdu-yuvası olmayan, qonşu dövlətlərin
torpağı hesabına dövlət yaradan, insanlarda məharətlə "yazıq" obrazı
formalaşdıran və həmişə də istədiyinə
hiylə və küy-kələk salmaqla nail olan ermənilərlə
açıq şəkildə üzbəüz gəlməli
oldu. Bu dəfə onlar istəklərində daha irəli gedərək
ölkəmizin cənnət guşəsi Qarabağı
özününkü etmək istəyirdilər...
Qisas deyib
durub gör neçə ildi,
Məzarı
dağılan ruhlar çağırır.
Aparır
qan izi üzü Şuşaya,
Didilmiş
bədənlər, başlar çağırır.
1988-1990-cı
illərdə öz yalanına başqalarını da
inandıra bilən və bu işdə ətrafına
havadarlar da toplayan erməni
vandalları dinc yerli azərbaycanlıları əsrlərcə
yaşadıqları doğma Qarabağ torpaqlarından qovub
çıxarmağa nail ola bildi. İnsanlar illərlə
tikib yaratdığı ev-eşiyindən didərgin
salındı. Şəhər və kəndlər
dağıdıldı, qarət edildi, günahsız insanlar,
qadınlar, uşaqlar öldürüldü, yüzlərlə
uşaq və böyük, qadın və kişi əsir
götürülərək min bir əzab və işgəncəyə
düçar oldular... Yenicə yaranan ordumuz da bu
döyüşlərdə az itki vermədi, amma o
zamankı vəziyyət, ordunun
formalaşmaması, pərakəndəlik, ölkə daxili
çəkişmələr, orduya rəhbərlik edənlərin
özünün bacarıqsızlığı və səriştəsizliyi
torpaqların bir-birinin ardınca itirilməsinə səbəb
oldu...
Amma indi
dövran dəyişmiş, dövlətimiz aradan keçən
30 ilə yaxın bir dövrdə güclənmiş,
inkişaf etmişdir. İndi
dünyanın siyasi xəritəsində Azərbaycanın da mövqeyi
bambaşqadır. Qüdrətli Azərbaycan ordusu bu gün ən
inkişaf etmiş dövlətlərin ordusu ilə bir
sırada dayana bilən gücdə və qüdrətdədir.
Dövlət başçısının uzun illər ərzində
apardığı uğurlu daxili və xarici siyasəti öz nəticələrini
verir.
Sevinir hər
çiçək, hər yarpaq, hər gül,
Bu qaya səsləyir,
o dağ çağırır.
Murovdan o
üzə süzür xəyalım,
Bütün varlığıyla torpaq çağırır.
Atəşkəs dövründə də öz işğalçı siyasətindən əl çəkməyən ermənilər bu gün öz acı və çirkin əməllərinin barını dərir. Dəfələrlə işğal etdiyi torpaqlarımızı qaytarmaq üçün aparılan sülh yönümlü danışıqlara, bu işdə illərlə digər dövlətlər və qurumların da gördüyü işə əhəmiyyət verməyən, çıxarılan qərar və qətnamələri pozaraq öz murdar niyyətlərini həyata keçirməkdə israrlı olması son nəticədə zərbənin özünə tərəf çevrilməsinə gətirib çıxardı. Şeyx Şamil söyləyirdi ki, həmişə sülh tərəfdarı ol, amma müharibəyə də hazır ol. Elə uzun illər qarşı tərəfi sülhə dəvət etsə də bundan lazımi nəticə əldə etməyən Azərbaycan dövlətinin də sülh üçün müharibə etməkdən başqa yolu qalmadı. Bu gün artıq neçə gündür ki, rəşadətli ordumuz Müstəqil Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin verdiyi əmrə əsasən, 30 ilə yaxındır ki, işğal altında olan doğma torpaqlarımızı düşməndən azad etmək üçün döyüşür. Mərd oğullar cəbhəyə könüllü gedir, insanlar cəbhə xəbərlərini intizarla izləyir, böyük həsrətlə qələbə sorağını gözləyirlər. Qüdrətli Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən ermənilər papaqlarını da hərbi və döyüş sursatları kimi qoyub qaçırlar!
Səngərdən səngərə qonur quş kimi,
Müzəffər ordunun qalib əsgəri.
Başının üstündə üçrəngli bayraq,
Yıxır sərhədləri, aşır sədləri.
Qələbə üçün bizə
dövlət olaraq uzun illər lazım gəldi, hansı ki,
bu vaxt ərzində səbr etdik və gücləndik. Səbr
etməyə isə dəyərdi, axı düşməni
tanımaq da qələbəni yaxınlaşdıran amillərdəndir
ki, dünya da, xalqımız da düşmən erməni millətini
artıq yaxşı tanıyır.
Bəli, erməni xisləti qorxaq, etibarsız,
yalançı, hiyləgər, tamahkar və
hay-küyçü olması ilə fərqlənir.
... Deyirlər ən pis şərtlərlə bağlanan sülh, ən yaxşı müharibədən yaxşıdır. Amma "Böyük məsələlər qətnamə və danışıqlarla deyil, dəmir və qanla həll edilir", deyirdi Otto Fon Bismark.
İnsantək dil açır hər cığır, hər iz,
Cəngi haraylayır, Segah çağırır.
Get sənə, igidim, uğurlar olsun,
Səni o müqəddəs sabah çağırır.!
(Ş.Ş.)
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.10.