Şuşa qalasının 270 illiyinə həsr
olunmuş virtual sərgi
hazırlanıb
Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyasının
təşkilatçılığı ilə oktyabrın 12-də
Şuşa qalasının 270 illiyinə
həsr olunmuş Elturan Avalovun əsərlərindən ibarət
virtual sərgi açılacaq.
Nazirlikdən bildirilib ki, sərgi ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrinə
ithaf olunur. Sərgi Ermənistan
tərəfindən işğal
olunmuş doğma torpaqlarımızda maddi və mədəni irsimizi bəşər mədəniyyətinin çox
qiymətli inciləri
kimi ictimaiyyətin diqqətinə yenidən çatdırmaq məqsədilə
həyata keçiriləcək.
Ekspozisiyada Azərbaycan ziyalısı
kimi Elturan Avalovun bir vaxtlar
küçələrində gəzib-dolaşdığı Şuşanın evlərini,
məhəllələrini, tarixi məscid və meydanlarını təsvir etdiyi qrafik işlərindən ibarət olacaq. Rəssamın
Şuşadakı "Seyidli
məhəlləsi"nin, "Xoca Mərcanlı" və "Hacı Yusifli" məhəllələrinin,
"Aşağı Gövhər
Ağa məscidi"ndə
yerləşən məhəllənin,
"Tacir Məşədi
Tağının evi",
"Gəncə darvazası"
kimi qrafik əsərləri xüsusilə
diqqəti cəlb edir. Y.Salamzadə Şuşanın memarlıq abidələrinin
qrafik rəsmlərini
tarixi abidələrin
"Daşlaşmış poeziya"sı adlandırıb.
Mədəniyyət Nazirliyi tərəfindən
Elturan Avalovun qrafika işlərindən
ibarət kataloq da çap olunacaq. Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi
karantin rejimi və sosial izolyasiya, komendant saatı şəraitində
sərgi salonlarının
müvəqqəti bağlı
olmasını nəzərə
alaraq virtual sərgini
izləməyə dəvət
edir. Sərgini Dövlət Rəsm
Qalereyasının sosial
media hesabları vasitəsilə
izləmək mümkündür.
525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.16.