Ədəbiyyat İnstitutu
"Horizon 2020" proqramı üzrə
layihənin qalibi olub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Avropa Birliyinin tədqiqat və innovasiya proqramı olan "Horizon
2020" üzrə layihənin
qalibidir.
Xatırladaq ki, "Horizon 2020" proqramı
üzrə ölkəmizdə
hazırda 12 layihə
işlənilir. O cümlədən,
Elmlər Akademiyasının
Molekulyar Biologiya, Genetika, Astrofizika, Kataliz və Qeyri-üzvi Kimya, Arxeologiya və Coğrafiya institutlarının
altı layihəsi bu proqramın qalibi olub.
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
qazandığı layihə
"Horizon 2020" proqramının Erazmus plyus layihəsinə
aiddir. Layihə Ədəbiyyat İnstitutu
və Polşanın Byalıstok Universiteti ilə birgə həyata keçiriləcək.
Layihə tələbələrin və
doktorantların mobilliyi,
tədqiqatçı-doktorantlar, elmi rəhbərlər tərəfindən yeni təcrübələrin əldə
edilməsi elmi-metodiki
rəhbərliyin təmin
olunması ilə bağlıdır. Layihə çərçivəsində Polşanın Byalıstok
Universitetinin doktorantları
və onların elmi rəhbərlərinin
Azərbaycana, Ədəbiyyat
İnstitutuna, Ədəbiyyat
İnstitutunun magistrantları
və doktorantları,
eləcə də alimlərinin Polşaya, Byalıstok Universitetinə
ezam olunmaları, orada dil və
ədəbiyyat haqqında
məruzələrin oxunması,
elmi seminarların və konfransların keçirilməsi nəzərdə
tutulur.
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
2021-2022-ci illərdə həyata
keçirilməsi nəzərdə
tutulan bu layihə Azərbaycan-Polşa
elmi əlaqələrinin
əhəmiyyətli bir
səhifəsi olacaq.
525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.16.