Qardaşım
Qardaşım Afiq də daxil
olmaqla bizə qələbə sevinci yaşadan bütün döyüşçülərimizə ithaf edirəm.
Murova könül verdin,
Silahından gül dərdin,
Düşməni yerə sərdin,
Mənim əsgər qardaşım.
Od-alovdan
keçirsən,
Qarabağa uçursan,
Zəfərə yol açırsan,
Mənim əsgər qardaşım.
Döyüşürsən ilk gündən,
Yerin cəbhədə
- öndə.
Şuşa umuruq səndən,
Mənim əsgər qardaşım.
Türkə tarix yazırsan,
Düşmənləri əzirsən,
Qələbəyə hazırsan,
Mənim əsgər qardaşım.
Qələbəni öpüm mən,
Gözlərimə təpim mən.
Yoluna gül səpim mən,
Mənim əsgər qardaşım.
Gülnar SƏMA
525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.16.