İrəli, irəli, ay
əsgər oğlum!
Döyüşçü
oğlum Elvinə və bütün
döyüşçülərimizə Allah yar olsun!
Silahın mübarək, andın
mübarək,
Arzuna çatmısan, ay əsgər
oğlum!
Bu könül təpərin,
adın mübarək,
Oldun ərənlərə tay, əsgər oğlum!
Arzuna çatmısan, ay əsgər
oğlum!
İgidlər bəzəyir, bax,
sağ, solunu,
Yağılar qanıra bilməz
qolunu,
Gözləyir Xankəndi sənin
yolunu,
İrəli, irəli, ay əsgər
oğlum!
Yurdun vuran əli, ay əsgər oğlum!
Hoydu, yağıların üstünə
yeri,
Durublar Vətənin
qəsdinə, yeri.
Qoy nərən titrətsin bu göyü, yeri,
Açılsın bu eynim, ay əsgər oğlum!
Səninlə öyünüm, ay əsgər
oğlum!
Qaytarıb bu yurda sən yazı, qayıt,
Əzəlki növrağı, avazı,
qayıt.
Sənin
ağrın alım, sən Qazi qayıt,
Oxşayım boyunu, ay əsgər
oğlum!
Eyləyim toyunu, ay əsgər
oğlum!
Nəsibəm, sinəmdə Vətən
dərdi var,
Vətənin də sən tək neçə mərdi var.
Zəfəriniz dərdlərimi tez
qovar,
Güvəncim, vuqarım, ay əsgər
oğlum!
Qayıdan baharım, ay əsgər
oğlum!
Nəsib QARAMANLI
525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.16.