Qürur hissimizi artıran tarixi günlər yaşayırıq

 

Müstəqil Azərbaycan Respublikasının vətəndaşları hazırda tarixi günlər yaşayırlar. Əzəli Azərbaycan torpağı olan Qarabağın erməni işğalçılarından azad olunması uğrunda şanlı ordumuzun apardığı mübarizə qələbələri hamımızı ürəkdən sevindirir.

Qəhrəman ordumuzun qələbələri ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin polad iradəsinin, möhkəm qətiyyət cəsarətinin, məqsədyönlü siyasətinin yüksək peşəkarlıqla apardığı diplomatiyasının nəticəsində baş tutur.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz haqq yolundayıq Qarabağ torpağının erməni işğalçılarından azad edilməsi, haqqın, ədalətin böyük zəfəri təntənəsidir. Bu günlər bütün Azərbaycan vətəndaşları: kiçiyindən tutmuş böyüyünə, cavanından tutmuş qocasına qədər hamı sonsuz sevinc içindədir, böyük qürur hissləri keçirir.

Xalqımız çoxdan bu günlərin həsrətində idi. Ulu Yaradana şükürlər olsun ki, gözlədiyimiz gün gəlib çatdı biz ən böyük arzumuza qovuşmağın yaxınlığında, astanasındayıq. Yaşadığımız bu tarixi günlərdə Qarabağ uğrunda gedən döyüşlərin şanlı ordumuzun tam qələbəsi ilə başa çatması üçün hər kəs, bütün Azərbaycan vətəndaşları əlindən gələni etməlidir. İndi hər kəs, o cümlədən, ziyalılar bu haqq savaşının tezliklə tam zəfərlə başa çatması üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Qarabağ uğrundakı haqq savaşının tezliklə tam qələbə ilə başa çatması üçün hər kəs bacardığını etməli, ölkə Prezidentinin ətrafında sıx birləşməli qəhrəman ordumuza hərtərəfli dəstək verməlidir. Bu, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olmalıdır.

Bu günlər çoxları kimi mən həm müdrik Prezidentimiz, Ali Baş Komandanımızla, həm igid əsgər zabitlərimizlə fəxr edir, qürur duyuram. Sevincimin həddi-hüdudu yoxdur. Qarabağ Azərbaycandır. Uca Tanrı bütün Azərbaycan xalqını və bizə dəstək olanları qorusun.

 

Möhsün NAĞISOYLU

AMEA-nın həqiqi üzvü, AMEA Nəsimi adına

Dilçilik İnstitutunun direktoru

 

525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.12.