Fransızsayağı etüd

 

HƏQİQƏTİN RƏNGİNİ DƏYİŞMƏK NİYYƏTİ...

 

İncəsənətin müxtəlif sahələrində - teatrda, musiqidə, təsviri incəsənətdə etüd adlanan qol var. Rəssamlıqda etüd iki məqsədlə istifadə edilir.

Rəssam hər hansı bir əsərini çəkməzdən əvvəl onun kiçik variantını məşq edir, rəng, forma həllini tapıb, eskizini hazırlayır etüd edir. İkinci variant təbiətdə etüddür. Bu, rəssamın təəssüratları da adlanır. Yəni rəssam həmin an baxdığı mənzərənin olduğunu deyil, öz hiss etdiyi, təsəvvüründə gördüyünü, hadisələri hansı rəngdə görmək istəyərsə, o formada da işlədiyi kiçik sənət nümunəsidir. Misal üçün, görünən dağ yaşıldır, lakin rəssam həmin an onu qırmızı hiss edirsə, kətan üzərinə  etüdünü qırmızı rəngdə işləyir.

Cəbhədə döyüşlərin getdiyi bir vaxtda, incəsənət haqqında qısa haşiyə çıxmağım da əbəs deyil. Azərbaycanın haqq mübarizəsində qələbəyə irəlilədiyi zamanda Ermənistan onların havadarlarının sərsəm iddiaları günlərdir hər bir azərbaycanlıda qıcıq yaradır. Ədəbi dillə metafora etsək, bu açıqlamalar iddialar özlüyündə bir "etüddür". Lakin çirkin, həqiqi gözəllikdən uzaq, qanlı özlərinin təsəvvürlərində görmək istədikləri kimi... Belə bir "etüd" özünü sivil cəmiyyətə sahib demokratik dövlət hesab edən Fransadan gəldi. Daha dəqiq desəm, Fransa prezidentinin açıq-aşkar terrorçu Ermənistanı dəstəkləməsi, həddini aşaraq "Qarabağın yenidən ələ keçirilməsini qəbul etməyəcəyik" bəyanatı onun əslində, siyasi bacarığının hansı səviyyədə olduğunu bir daha göstərmiş oldu. Makronun erməni canfəşanlığı bizim üçün əslində, təəccübləndirici olmamalı idi. Çünki 30 ildir Minsk qrupunun 3 "vacib" üzvündən biri olan Fransadan bundan artıq  nəsə gözləmək sadəlövhlük olardı. Təəccüblü tərəflərdən biri, "demokratiya" pərdəsi altında gizləndiyini sanan bir ölkənin, işğal altında olan torpaqlarını azad etmək iradəsi sərgiləyən Azərbaycanı terrorçularla işbirliyində günahlandırmağa cəhd  etməsidir.  Əvvəla, Fransa prezidentinin hərbi əməliyyatların başladığından bəri tutduğu mövqe bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir. İkinci tərəfdən, bu mövqe onun neytral vasitəçilik missiyasının tələblərini kobudcasına pozması deməkdir. Bütün bunlar sübut edir ki,  Makron da siyasətə təsadüfi gələn "şəxs"lərdəndir. Əks təqdirdə, siyasəti şəxsi münasibətləri ilə, çirkin iftiraları ilə səhv salmaz,  XXI əsri XV-XVI əsrlərdəki  Fransa siyasəti  ilə qarışdırmazdı. Azərbaycanı işğalçı kimi qələmə verən, ona qarşı qərəzli münasibət bəsləyən, beynəlxalq hüququ pozmaqda günahlandıran Fransanın tarixinə qısa nəzər yetirdikdə, onun dünyanın ikinci böyük müstəmləkə imperiyası hələ müstəmləkə vergisi alan ölkə olmasını qeyd etmək yerinə düşür.  Makronun bizə qarşı iddialarından belə nəticəyə gəlmək olur ki, yəqin keçmiş müstəmləkəsi olan 14 Afrika ölkəsindən 60 ildən uzun müddətdə "koloniya vergisi" adı altından xərac toplayan da, 11 ərəb ölkəsinə yeraltı sərvətlərinə görə vergi kəsən Fransa yox, Azərbaycan olub.

etməli, qoy ermənilər güvəndiyi havadarları bildiyi havanı çalıb-oynasınlar. Bizim işimiz haqq işidir, biz haqq mübarizəsindəyik! Bu mübarizəni əli uşaq qanına batanlar, tarixində şanlı səhifəsi olmayanlar, bayraq, vətən, torpaq kimi müqəddəs amalı olmayan kimsələrdən anlamalarını gözləmək olmaz. Qoy Makron Fransadan Dağlıq Qarabağ təbiətinin fransızsayağı "etüd"ünü düşünsün, Azərbaycan Ordusu da zəfərləri ilə "Qarabağ Azərbaycandır!" cümləsini Dağlıq Qarabağın hər qarışında təsdiq etsin yeni tarix yazsın! Paşinyan havadarlarına yalnız Qarabağın etüdü qalar, çünki boyaların dağıldığı, qaranlıqların çəkildiyi anda bu torpaqların hər qatından "Azərbaycan" hayqırır!

 

Afaq RZA

 

525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.12.