Fauna və florasının zənginliyi ilə seçilən Zəngəzur Milli Parkı

 

Azərbaycan Prezidentinin 2003-cü ildə imzaladığı sərəncamla Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılıb. Elə həmin ildə Milli Parka akademik Həsən Əliyevin adı verilib.

Prezidentin 2009-cu ildəki müvafiq sərəncamı ilə Milli Parkın ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılıb. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.

Zəngəzur Milli Parkının yaradılmasında məqsəd flora fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsindən ibarətdir. 

 

Kiçik Qafqazın bütün silsilələrindən yüksək Zəngəzur silsiləsi

 

Ekologiya Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən verilən məlumata görə, orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu, eyni zamanda, Kiçik Qafqazın Azərbaycan ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu-üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000-3000 metr arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm qərb istiqamətində alçalır. Burada uçurumlu yamaclar, dar su ayrıcları var. Aşınmış süxurlar çox geniş yayılıb. Soyuq dağda qədim buzlaq relyefi azalır relyeflərin alçalması ilə əlaqədar olaraq yox dərəcəsinə çatır. Zəngəzur Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar ayında 3-10, iyulda 10-25-dir. Rayonun su şəbəkəsi Gilançay, Vənənçay, Ordubad çaylarıdır. İranla sərhəd boyu Araz çayı axır. Ərazinin torpaq örtüyü müxtəlifdir. Əsasən boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqları yayılıb. Zəngəzur Milli Parkının su şəbəkəsini əsasən ərazidən axan çaylar təşkil edir. Ordubad rayonunun ərazisində çay şəbəkəsi bərabər inkişaf etməyib.

 

6 növ suda-quruda yaşayanların 4 növünə Milli Parkda rast gəlmək mümkündür 

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatına görə, ərazidən axan çaylardan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay, Gənzəçay, Kotamçay, Kilitçay öz mənbələrini bulaqlardan, yağış qar sularından götürür. Başlanğıcını Göygöldən götürən Sağarsu çayı Gilançaya tökülür. Naxçıvan Muxtar Respublikası ərazisində suda-quruda yaşayanların 6 növü mövcuddur. Bunlardan Suriya sarımsaqiyli qurbağası, yaşıl qurbağa, adi ağac qurbağası, qısaayaq qurbağa, göl qurbağası, Zaqafqaziya qurbağası Kiçik Asiya qurbağası yayılıb. 6 növ suda-quruda yaşayanların 4 növünə Zəngəzur Milli Parkının ərazisində rast gəlmək mümkündür.  Bunlar Suriya sarımsaqiyli qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, qısaayaq göl qurbağasıdır. Suriya sarımsaqiyli qurbağasının nəsli kəsilmək təhlükəsi olduğundan Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.

 

"Qırmızı Kitab"a daxil edilən 15 quş növü

 

Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ yarımnöv ilanlara rast gəlmək olar. Xəzər tısbağası, Aralıq dənizi tısbağası, yovşanlıq girdaban kərtənkələsi, kiçik Asiya gürzəsi, kiçik Asiya kərtənkələsi, ox ilanı qorunduğu üçün "Qırmızı Kitab"a daxil edilib.  Naxçıvan Muxtar Respublikası öz quş faunasının zənginliyinə görə Azərbaycanda özünəməxsus yer tutur. Ərazidə 217 növ yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü "Qırmızı Kitab"a daxil edilib. Həmin növlər - Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berqud, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək s.

 

Kəsəyən dağ siçancığı, bəbir, çöl pişiyi, manul pişiyi, qonur ayı, Qafqaz bezoar keçisi...

 

Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə ya yarımnövünə təsadüf edilir. Bunlardan 32 növ ya yarımnövə Zəngəzur Milli Parkının Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Ərazidə bunlardan Blazilius ya Aralıq dənizi nalburnu, cənub nalburnu, adi uzunqanadlı, oxlu kirpi (tirəndaz), kəsəyən dağ siçancığı, bəbir, çöl pişiyi, manul pişiyi, qonur ayı, Qafqaz bezoar keçisi, dağ qoyunu (muflon) s. məskunlaşıb.

 

Çalğarsu, Əyriçay Paraqaçayda geniş yayılan "Qızılxallı balıq" 

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatında bildirilib ki, Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi s. rast gəlmək mümkündür.

Azərbaycan sularında 100-dən artıq balıq növü yaşayır. Bunlardan Naxçıvan sularında 16 növ balığın olması müəyyən edilmişdir. Kür altağızı, Kür qumlaqçası, Araz xramulyası, Kür şirbiti, ilişkən, çəki, qızılxallı balıq, zərdəbər, Qafqaz gümüşcəsi s. Göstərilən balıqlardan yalnız "qızılxallı balıq" Azərbaycanın "Qırmızı kitab"na düşüb. "Qızılxallı balıq" əsasən Milli Parkın ərazisində olan Çalğarsu, Əyriçay Paraqaçayda geniş yayılıb.

 

110 növ ali nadir bitkidən 77 növü Milli Parkın ərazisində

 

Zəngəzur Milli Parkının Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali nadir bitkilərə görə zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali nadir bitkidən 77 növü Milli Parkın yasaqlığın ərazisində mövcuddur. Bunlardan çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi, s. 77 növ ali nadir bitkiləri əksəriyyətinin adları "Qırmızı Kitab"a daxil edilib. Zəngəzur Milli Parkının Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi fauna floranın zənginliyi ilə yanaşı, həm təbii tarixi abidələr diyarıdır.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2020.- 19 sentyabr.- S.21.