Üzeyir Hacıbəylinin yubileyi virtual məkanda qeyd olunub
18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Azərbaycan
Milli Kitabxanasının
əməkdaşları tərəfindən
"Üzeyir Hacıbəyli:
Müasir Azərbaycan
peşəkar musiqi sənətinin və milli operasının banisi" adlı elektron məlumat bazası hazırlanıb.
Elektron məlumat bazası "Rəsmi sənədlər",
"Həyat və yaradıcılığı", "Həyat və yaradıcılığının əsas tarixləri",
"Görkəmli şəxslər
Üzeyir Hacıbəyli
haqqında", "Əsərləri",
"Haqqında", "Xatirəsinin
əbədiləşdirilməsi",
"Mükafatlar", "Fotoqalereya", "Filmoqrafiya"
və "Videoqalereya"
bölmələrindən ibarətdir.
Məlumat bazasında bəstəkarın
publisistik əsərləri,
operaları, musiqili komediyaları, xor, orkestr və kamera-instrumental əsərləri,
romansları, mahnıları,
səsyazmaları, fotoları,
haqqında və əsərlərinə çəkilən
filmlər verilib.
Resurslar
tam mətni ilə təqdim olunur.
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi Milli Musiqi Günü
və Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə
beynəlxalq onlayn tədbir keçirib.
Muzeydən bildirilib ki, tədbirdə Azərbaycan,
Türkiyə, Rusiya, Çin və ABŞ-dan olan alim
və mütəxəssislər,
eləcə də musiqiçilər iştirak
ediblər.
Tədbirdə Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi
Alla Bayramova, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadə, Kostal Karolina Universitetinin
(Coastal Carolina University) professoru Anna
Oldfield (ABŞ), Qara Qarayevin
ev-muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova,
Bakı Musiqi Akademiyasının professoru,
musiqişünas, Əməkdar
incəsənət xadimi
Zümrüd Dadaşzadə,
Azərbaycan-Amerika Musiqi
Fondunun təsisçisi
Cəmilə Cavadova-Şpitsberq
(ABŞ), İstanbul Üsküdar
Universiteti sosiologiya kafedrasının müdiri
Əbülfəz Süleymanlı
(Türkiyə), Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin aparıcı elmi işçisi Yavər Neymətli Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılığı, Azərbaycan
musiqi tarixində oynadıqları rollar haqqında maraqlı çıxışlar edib,
fikir mübadiləsi aparıblar.
Tədbir
çərçivəsində Bakı Musiqi Akademiyasının professoru,
Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, Əməkdar
artist, pianoçu Emil Əfrasiyab,
Smolensk Filarmoniyasının solisti, skripka ifaçısı Anastasiya
Vedyakova, "Ruskonsert"in
solisti Dina Dedyakina (Rusiya), pianoçu Dongni Xie (Çin
Xalq Respublikası) və Xalq artisti
Munis Şərifovun iştirakı ilə muzeyin Qədim Musiqi Alətləri Ansamblı tərəfindən
konsert proqramı təqdim olunub.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
da Milli Musiqi Günü ilə əlaqədar silsilə xarakterli materiallar hazırlayaraq sosial şəbəkə
istifadəçilərinə təqdim edib.
Kitabxana əməkdaşları bəstəkar,
musiqişünas-alim, publisist,
dramaturq, pedaqoq, ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli haqqında
geniş virtual sərgi
hazırlayıblar. Virtual sərgidə bəstəkarın
həyat və yaradıcılığı haqqında
məlumat verilir, böyük şəxsiyyətlərin
dahi bəstəkar haqqında söylədikləri
fikirlər, müəllifi
olduğu əsərlər
yer alıb. Hazırlanan materialda, həmçinin,
Üzeyir Hacıbəyli
haqqında mətbuat səhifələrində çıxan
məqalələr, əsərləri
əsasında hazırlanan
tamaşaların afişaları,
Üzeyir bəyin ev-muzeyi haqqında məlumatlar da öz əksini tapıb. Virtual sərgidə Üzeyir bəyin fotoqalereyası da təqdim olunub.
Bundan əlavə,
Milli Musiqi Günü ilə əlaqədar kitabxana əməkdaşları tərəfindən
görkəmli ifaçılarımıza
həsr edilmiş videoçarxlar da hazırlanıb.
ŞAHANƏ
525-ci qəzet.- 2020.- 19 sentyabr.-
S.13.