Milli Kitabxana beynəlxalq videokonfransda iştirak edib
M.F.Axundzadə adına Milli Kitabxana "Kitabxanalararası abonement və sənədlərin
elektron çatdırılması
üzrə xidmətlərin
göstərilməsi" mövzusunda
videokonfransa qatılıb.
Konfransda "Kitabxanalararası abonement və sənədlərin
elektron çatdırılması"
sistemində kitabxana fəaliyyətinin vəziyyəti
və problemləri, pandemiya ilə əlaqəli məhdudiyyətlər
və istifadəçilərə
stasionar kitabxana və məlumat xidmətlərinin müvəqqəti
dayandırılmasına səbəb
olan digər amillər şəraitində
kitabxanalararası abonement
və sənədlərin
elektron çatdırılması
üzrə xidmətlərin
göstərilməsi kimi
məsələlər müzakirə
olunub.
Videokonfransda Rusiya, Azərbaycan, Belarus,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan milli kitabxanaları iştirak ediblər.
Azərbaycan Milli Kitabxanasının
direktoru, professor Kərim
Tahirov kitabxananın respublika daxilində və respublikadan kənarda sənədlərin
elektron çatdırılması
xidmətinin pandemiya dövründə Milli Kitabxananın öz oxucularına onlayn rejimdə xidmətin təşkilində vacib rolundan danışaraq Azərbaycan Milli Kitabxanası ilə Rusiya Dövlət Kitabxanasının, eyni zamanda, Gürcüstan,
Belarus, Qazaxıstan Milli
Kitabxanalarının bu
xidmət vasitəsilə
öz oxucularının
sorğularının ödənilməsində
əlaqəli fəaliyyətinə
diqqəti çəkib.
Sonda K.Tahirov
bu işdə Azərbaycan Respublikası
Prezidentinin ölkə
ərazisində dərc
olunan çap məhsullarının elektron
versiyasının Milli
Kitabxanaya təqdim olunmasına dair müvafiq Sərəncamını
konfrans iştirakçılarının
diqqətinə çatdırıb. Azərbaycanın bu sahədəki təcrübəsini çox yüksək qiymətləndirən kitabxana rəhbərləri həmin Sərəncamın
mətnini onlara göndərilməsini xahiş ediblər.
525-ci qəzet.- 2020.- 19 sentyabr.-
S.13.