Bolqarıstanda "Arşın mal alan" musiqili komediyası tamaşaya
hazırlanıb
Türk
Dünyasının dahi şəxsiyyəti, Azərbaycan milli
bəstəkarlıq məktəbinin banisi, musiqişünas
alim, publisist, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli
anadan olmasının 135 illik yubileyi münasibətilə Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin
təşkilatçılığı ilə
Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində
"Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın
"Arşın mal alan" musiqili komediyası tamaşaya
hazırlanıb.
Tamaşanın
rejissoru Azarbaycan Dövlət Akademik Opera va Balet
Teatrının baş rejissoru - Hafiz Quliyev, rəssam -Tomiana
Tomova Naçevadır.
Premyeranın
cari ilin mart ayında keçirilməsi nəzərdə
tutulsa da, pandemiya şəraiti ilə əlaqədar təxirə
salınmışdır. Premyeranın keçirilməsi cari
ilin oktyabr ayına planlaşdırılır.
525-ci qəzet.- 2020.- 19 sentyabr.-
S.13.