Ruhumuzun rahatlığı

 

Musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir. Camil Silvestre tərəfindən deyilmiş bu fikrin qədər həqiqətə uyğun olduğunu bir gənc riyaziyyatçı kimi təsdiq edə bilərəm.

Həqiqətən musiqi dərin məna kəsb edən bir fəlsəfədir. Hər kəs musiqini öz təfəkürünə uyğun şəkildə qavrayaraq, ruhunu musiqi ilə zənginləşdirir. Demək olar ki, biz həyatımızın hər dönəmində musiqidən bəhrələnmişik. Həyatımızın sevincli, uğurlu, hətta kədərli anlarında belə nəğmələrdən faydalanmışıq, biz ruhumuzun rahatlığını musiqidə axtarmışıq.

Əslində, bir anlıq düşünsək görərik ki, musiqi təkcə piano arxasında oturub sənətçinin ifa etdiyi əsər deyil. Musiqi çox geniş anlam daşıyır. Biz onu yağışın damlamasında, çayın şırıltısında, dənizin sahilə vuran ləpələrində s. duya bilərik. Maya Angelou demişkən, "kainatda hər şeyin ritmi var, hər şey rəqs edir". Ruhumuzun dilini təcəssüm edən musiqi haqqında danışmaq ona görə xoşdur ki, altşüurumuzda o, bizim hisslərimizə, beynimizə güclü təsir edir. Musiqi ifa etmək hətta sadəcə dinləmək, həyatın bütün mərhələlərində sizi daha ağıllı, xoşbəxt, sağlam daha məhsuldar edə bilər. Bu səbəbdən musiqinin insan sağlamlığına necə təsir etdiyini araşdırmaq istəyirəm.

Bir çox elmi tədqiqatlar sübut edib ki, musiqi terapiyası insan sağlamlığına həm fiziki, həm psixoloji cəhətdən müsbət təsir edir, həmçinin, demensiya (ağılsızlıq), anksiyətə (narahatlıq), depresiya, xərçəng başqa xəstəliklərə qarşı pozitiv effekt verir. 2006-cı ildən bəri Mərkəzi Florida Universitetinin iki professoru - neyrobioloq Kiminobu Sugayadünyaca məşhur skripkaçı Ayako Yonetani tərəfindən "Burnett Honors" kollecində tədris edilən "Musiqibeyin" kurslarında musiqinin beynin funksiyasına və insan davranışlarına necə təsir etməsini, o cümlədən, stress, ağrı və depressiya simptomlarını azaltmaqla yanaşı, koqnitivmotor bacarıqlarını inkişaf etdirdiyini, beynin neyron istehsal etmə qabiliyyəti olan neyrogenezini araşdırıb. Onlar həmçinin, alzheimerparkenson kimi degenerativ xəstəlikləri olan insanların musiqiyə müsbət reaksiya verdiklərini qeyd edirdilər.

Musiqinin beyin üzərindəki müsbət təsirləri bir çox alimlərin maraq obyektinə çevrildi. Sinir sisteminin musiqiyə necə reaksiya verdiyini araşdıran neyromusiqi (neuromusicology) elmi kimi tanınan yeni bir tədqiqat sahəsinin yaranmasına səbəb oldu. Musiqinin sağlamlığa və beynin funksiyalarına müsbət təsirini araşdırmaq üçün MRT vasitəsilə aparılan təcrübələrdə sübut olundu ki, musiqiçilərin beyni digər insanların beynindən fərqlənir. Beyin taramalarına görə onların beyni daha həssas, diqqətli, yaddaşı və eşitmə qabiliyyəti güclü olur. Əgər bir insan təqribən həftədə 32 saat musiqi dinləyərsə, o zaman onun beyin fəaliyyəti musiqiçilərinki kimi inkişaf edə bilər.

Musiqi terapiyası bəzi xəstəxanalarda, uzunmüddətli müalicə müəssisələrində və hətta ambulator klinikalarda psixoloqlar, terapevtlər tərəfindən müalicə üsulu kimi təqdim edilir. Burada məqsəd nəğmələrin köməyilə insanların sağlamlığını yaxşılaşdırmaqdır ki, mahnı oxumaq və dinləmək, improvizə etmək kimi musiqi təcrübələri xəstələrin əhvalını müsbət yönə dəyişir. Musiqi təkcə pasiyentlərin deyil, həkimlərin də düzgünsağlam şəkildə müalicə etməsi üçün çox vacibdir. Çünki hər bir insanın beyin rahatlığına, ruhunun dincəlməsinə ehtiyacı var. Bu, insanın vəzifəsindən, yəni həkim, yaxud xəstə olmasından asılı deyil. Beləliklə, musiqi bir çox müalicə metodlarından daha üstün ola bilər. Çünki hər şey insanın beynində başlayır və beynində bitir. Əgər biz beynimiziruhumuzu düzgün qidalandırsaq, o zaman həyat bizə daim güləcək. Son zamanlarda dünyada baş verən hadisələr səbəbindən həyatımızın xoşsağlam keçməsi ümidi ilə, hər kəsə ruhumuzu riqqətə gətirən gözəl nəğmələr diləyirəm.

 

Səidə MƏMMƏDOVA

Fizika İnstitutunun elmi işçisi

 

525-ci qəzet.- 2020.- 22 sentyabr.- S.11.