"Çapar" dərgisinin xüsusi
sayı Rais Rəsulzadəyə təqdim
edilib
"Çapar"
tarix dərgisinin Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin
Rəsulzadənin vəfatının 65-ci ildönümünə
həsr edilmiş xüsusi buraxılışı nəşr
olunub.
Dərgidə
Azərbaycanın tanınmış alimlərinin - Ramiz
Abutalıbov, Vilayət Quliyev, Ədalət Tahirzadə, Nəsiman
Yaqublu, Aydın Balayev, Mehdi Gəncəli, Əfqan Vəliyevin
yazıları dərc edilib. Həmçinin, türkiyəli
tədqiqatçı Ömər Özcan tərəfindən
Rəsulzadənin geniş bir məktubu, Yusif Həmzəyev
imzası ilə Rəsulzadənin II Dünya müharibəsi
dövrünə aid sənədləri ilk dəfə olaraq təqdim
olunub.
Xüsusi
buraxılışda Rəsulzadənin həyat yoldaşı
Leyla xanımla bir müddət qonşu olmuş türkiyəli
iqtisadçı Bülent Danişoğlunun müsahibəsi də
yer alıb.
Dərginin
xüsusi buraxılışının və Rəsulzadənin
1930-cu ildə Fransada çap olunmuş "Azərbaycan
müstəqillik uğrunda mübarizə yolunda"
kitabının tərcüməsinin ilk nüsxəsi M.Rəsulzadənin
nəvəsi Rais Rəsulzadəyə təqdim olunub.
Qeyd edək
ki, "Çapar"
tarix jurnalı 2018-ci ilin dekabrından çap olunur, təsisçisi Yusif İlhamoğlu, baş redaktoru Dilqəm Əhməddir.
ŞAHANƏ
525-ci qəzet.- 2020.- 22 sentyabr.-
S.9.