Film çəkmək üçün bir il qarın yağmasını gözlədim”

 

AMİL AMAL: "MƏNİM GÖRDÜYÜM İŞİN BİR AMALI VAR - ELƏ "AMAL" TƏXƏLLÜSÜNÜ GÖTÜRMƏYİM DƏ BUNDAN İRƏLİ GƏLİR"

 

Rejissor minimalist şair Amil Amal həmsöhbətimizdir.

- Amil Amal kimdir?

- Amil Amal - rejissor minimalist şair.

- Məncə, səndə olan minimalizmi təkcə şair tərəfinə yox, həm rejissor tərəfinə aid etmək olar. Nədir bu minimalizm sevdası?

- Düşünürəm ki, insan nəyi yazırsa, əslində, odur. Mən nəinki sənətdə, elə həyatda da minimalistəm. Bu, mənim həyat fəlsəfəmə çevrildiyi üçün şeirlərimə filmlərimə yansıyır. Məsələn, sonuncu çəkdiyim "Titrəmə" filmi minimalizm nümunəsidir. Bu, digər filmlərimdə hiss olunur. Qaldı ki həyatıma təsirinə, məncə, bu, təbiətimin diktəsidir. Azlığı, sakitliyi sadəliyi çox sevirəm. Məsələn, nadir hallarda hansısa aksessuardan istifadə edərəm. Demək olar ki, toqqadan, saatdan istifadə etmirəm. Evimdə az əşya, az mebel olmasına üstünlük verirəm. Qrup şəklində olan əyləncələrdən daha çox az adam olan yerləri sevirəm. Bir sözlə, minimalistəm. Bu da yaradıcılığıma birbaşa təsir edir.

- vaxt qərar verdin ki, Amil rejissor olmalıdır?

- Mən özümü dərk edəndən bəri bu peşəyə böyük marağım var idi. Məktəb vaxtı rejissorlarla maraqlanır, tez-tez tamaşalarda iştirak edirdim. Buna baxmayaraq, rejissor olmaqla bağlı qəti qərara gəlməmişdim. Atam dövlət qulluqçusu olduğu üçün məni iqtisadçı kimi görmək istəyirdi. Birinci il iqtisadiyyata qəbul oluna bilmədim. Yenidən hazırlaşdığım dövrdə isə başa düşdüm ki, mən rejissor olmalıyam. oldum.

- Çox vaxt insanlar peşə seçərkən iki amili nəzərə alır -  birincisi, işin maddi tərəfi, ikincisi, mənəvi tələbat. Məsələn, həkim olmaq istəyən bir uşaqdan niyə həkim olmaq istədiyini soruşsan, çox güman ki, insanları sağaltmaq, kömək olmaq cavabını eşidəcəyik. Bəs sən bu suala cavab verərdin?

- Həkim müayinə edib müalicə edirsə, rejissor müşahidə edib çəkir. Həkim fiziki baxımdan cəmiyyəti müalicə edirsə, rejissor bu işi mənəvi baxımdan görür, bir növ genefondu qoruyur. Elə dəyərlər var ki, onların qorunması, insanların mənəvi baxımdan "sağaldılması" məhz yaradıcı adamların öhdəsinə düşür. Yazıçıların, rəssamların, heykəltəraşların, rejissorların işi buna nümunədir. Mənim bu işi görməkdə məqsədim insanlara bacardığım qədər kömək olmaq, cəmiyyətdə gördüyüm pozitiv neqativ halları çatdırmaqdır. Elə Amal təxəllüsünü götürməyim bundan irəli gəlir - gördüyüm işin bir amalı var.

- Heç bu sənətə gəldiyinə görə peşman olduğun, "kaş ki..." dediyin anlar olubmu?

- , olub. Xüsusilə Moskvada oxuyub qayıdandan sonrakı iki ildə bu hissi keçirmişəm. Ancaq özümü tez toplamışam. Çünki işimi sevirəm. Məncə, yaradıcı adamların zaman-zaman bu depressiyalardan əziyyət çəkməsi labüddür. Yaradıcı əzabı hiss etməyən yaradıcı adam ali ola bilməz, uzaqbaşı işində ortabab biri olar. Van Qoqun ölüm ayağında dediyi "həyat əzabdan ibarətdir" fikri boşuna deyilməyib. Yaradıcı adamlar bu əzabı daha dərindən hiss edirlər. Bu əzablardan da sənət yaranır.

- Əzablar sənətə yansıyır. Sənin yaradıcılığına baxanda biz müharibə əzablarını görürük. Sən özün müharibəni görmüsən?..

- Mən Laçındanam. Laçın itkisi istər yaradıcılığımda, istərsə düşüncələrimdə mühüm yer tutur. Mən müharibənin ağrılarını yaxşı bilirəm. Bu ağrılar mənim uşaqlıq travmalarımdır. Özüm humanist adamam. Ona görə içimdə daim humanist bu itkinin ağrısını yaşayan adamın müharibəsi gedir. qədər humanist olsam da, günümüzün reallıqlarına baxanda başqa şey görürəm. Biz hər şeyimizi itirmişdik. Bizim Laçında iki evimiz, çox yaxşı da imkanımız, gözəl həyatımız var idi. Onları itirdikdən sonra yenidən başlamaq asan deyil. Mən hələ mənəvi ağrılardan danışmıram. Biz dədə-baba torpaqlarımızı itirmişik - qədər şəhid, qədər göz yaşı. Axı, mən bunları görmüşəm. Əlbəttə, bu, mənim yaradıcılığıma təsirsiz ötüşə bilməzdi. Təsadüfi deyil ki, mənim ilk professional filmim "Qarabağ" filmidir.

- Müharibə səngərdə gedir, sənətdə yox. Bu fikirlə necə, razısanmı?

- Deməzdim. Məncə, müharibə hər sahədə gedir getməlidir. Ona görə bu anlayışları ayırmaq istəmirəm. Yeni qəhrəmanlar özlərindən əvvəlki qəhrəmanlardan mütləq güc alırlar. Onları oxumaq, tanımaq lazımdır. Bu da biz yaradıcı adamların vəzifəsidir. Biz Nəsimini, Babəki, Dədə Qorqudu həm filmlərdən tanıyırıq. Qəhrəmanlar haqqında həm yazmaq, həm film çəkmək çox məsuliyyətli işdir.

- Bir qəhrəman haqqında film çəkməli olsan, bu film kimin haqqında olardı?

- Atamın əmisi uşaqları vardı - Kamil, Asəf qardaşları. Deməli, müharibədə qardaşlardan biri ölür, o biri onun meyitini çıxarmaq üçün gedəndə o da həlak olur. Təsəvvür edirsinizmi, eyni gündə bir evdən iki şəhid çıxır. Bu faciə mənə çox təsir etdiyi üçün bu haqda həmişə film çəkmək istəmişəm. Son dövrlərdə isə mənə ən çox təsir edən general Polad Həşimovun ölümü olub ki, onun da həyatını çəkməyi çox istəyərəm. Lakin qəhrəmanların həyatına mövzu kimi toxunmaq müqəddəs bir kitaba toxunmağa bərabərdir. Mən onun ölümü ərəfəsində haqqında çəkilən film xəbərlərini alanda başa düşə bilmirdim ki, bu qədər qısa müddətdə belə bir həyatdan nə çəkmək olar. Onun nə həyatı, nə də ölümü sıradan olub. Ona görə də qısa müddətdə film çəkmək xətrinə bayağı şəkildə çəkilən filmlərin tərəfdarı deyiləm.

- Bir az da "Titrəmə"dən danışaq.

- "Titrəmə" filmi mənim ən son işimdir. Düzü, filmi çəkmək asan başa gəlmədi. Təsəvvür edin ki, bu filmi çəkmək üçün mən bir il qarın yağmasını gözləmişəm. Qar yağan gün sevincimin həddi-hüdudu yox idi. Film müharibə mövzusundadır. İyirmi dəqiqədir. Hazırda festivalların standartlarına uyğun olaraq daha da qısaltmağa çalışıram. Hələ işlər yekunlaşmayıb. Minimalizm "Titrəmə"də xüsusi yer tutur. Düşünürəm ki, bu film mənim rejissor kimi ən yaxşı işlərimdən biri olacaq.

- Sonda "Bəyin oğurlanması" filmində jurnalist qızın verdiyi o məşhur sualı vermək istəyirəm: Dünyaya bir daha gəlsən, yenə rejissor olardınmı?

- Mütləq olardım. Hərdən düşünürəm, rejissor olmasam, yaşaya bilərdim, ya yox?

 

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2020.- 23 sentyabr.- S.19.